Tapılan ümumi test sayı : 289

Nizami Gəncəvinin hansı poemasında Məshəti Gəncəviyə bir qəzəli üçün bir xəzinə bağışlandığı qeyd olunur?
A) "Sirlər xəzinəsi"
B) "Yeddi gözəl"
C) "Xosrov və Şirin"
D) "Leyli və Məcnun"
E) "İsgəndərnamə"
İlk rübai kimə məxsusdur?
A) Nizami Gəncəvi
B) Marağalı Övhədi
C) Məhsəti Gəncəvi
D) Övliya Cələbi
E) Qətran Təbrizi
Qətran Təbrizinin Təbriz zəlzələsi haqda yazdığı şerin janrı:
A) Rübai
B) Qəsidə
C) Qəzəl
D) Qitə
E) Poema
Məsnəvi nə deməkdir?
A) parça
B) qafiyə
C) təcnis
D) ikilik
Ədəbiyyatımızda ilk divan hansı dildə yazılıb?
A) Azərbaycan
B) Ərəb
C) Fars
D) Türk
E) Ərəb-fars
Ədəbiyyatımızda ilk rübainin müəllifi:
A) Nizami Gəncəvi
B) Məhsəti Gəncəvi
C) Qətran Təbrizi
D) Xaqani Şirvanı
E) Fələki Şirvanı
Zülfün camalına bir yaraşıqdır,
Xərabət əhlinə nurdur ,işıqdır.
Ey Şərq günəşinin nuru, xoş gəldin!
Gözəllər şahına qapı açıqdır.
Rübai kimə məxsusdur?
A) Nizami Gəncəvi
B) Ə. Xaqani
C) Qətran Təbrizi
D) M.S.Ordubadi
E) Məshəti Gəncəvi
Məhsəti Gəncəvi, Qətran Təbrizi, Ə.Xaqanini birləşdirən ümumi cəhət:
A) XI əsrdə yaşamaları
B) Poema yazmaları
C) "Divan" yazmaları
D) Saraylara tabe olmamaları
E) Bədii nəsr nümunələri yazmaları
Azərbaycan ədəbiyyatında ilk poema hansıdır?
A) “Dədə Qorqud”
B) “Isgəndərnamə”
C) “Töhfətül -İraqeyn”
D) “Leyli və Məcnun”
E) “Sirlər xəzinəsi”
Sayaçı sözlər bağlıdır:
A) Qoyunçuluqla
B) El mərasimləri ilə
C) Əkinçilik və cütçülüklə
D) Əmək prosesi ilə
Üçü bizə yağıdır,
Üçü cənnət bağıdır.
Üçü yığır, gətirir,
Üçü vurur dağıdır. – göstərilən nəğmə aiddir:
A) Mövsüm nəğmələrinə
B) Qəhrəmanlıq nəğmələrinə
C) Yas nəğmələrinə
D) Toy nəğmələrinə
“ Bayatıların ən qüvvətli nümunələrini sevgi lirikası adlandırmaq daha doğru olar. Burada həmişə incə insan hissləri dərin və səmimi bədii obrazlar vasitəsi ilə verilir. ” – bu sözlər aiddir:
A) İsmayıl Şıxlıya
B) Rəsul Rzaya
C) Mehdi Hüseynə
D) Səməd Vurğuna
Bu janrı epik növün başqa janrlarından fərqləndirən əsas əlamət burada real zəmindən kənar, müasir ağlın, düşüncənin uydurma, fantastika kimi qəbul etdiyi qeyri – adi, fövqəltəbii əhvalat və hadisələrin təsvir olunmasıdır:
A) Nağıllar
B) Əfsanələr
C) Lətifələr
D) Rəvayətlər
Nağılları göstərin:
a) “ Qarı dağı ” b) “ Qızıl ilan ” c) “ Beşbarmaq dağı ” d) “ Yeddi qardaş bir bacı ” e) “ Üç bacı ” ə) “ Tülkünün kələyi ” f) “ Xatın arxı ”
A) d, e, ə
B) a, c, f
C) a, d, e
D) b, ə, f
Nağıllar neçə qrupa bölünür?
A) 3
B) 6
C) 7
D) 5
E) 4
"Əsli və Kərəm” operasını kim yazmışdır?
A) Zülfüqar Hacıbəyov
B) Üzeyir Hacıbəyov
C) Anar
D) Nəbi Xəzri
Biri epik növə aid deyil:
A) atalar sözü və məsəllər
B) lətifələr
C) əfsanələr
D) sayaçı sözləri
E) tapmacalar
Biri əfsanə deyil:
A) "Dəmirqaya"
B) "Dədəgünəş"
C) "Turac"
D) "Şəms və Qəmər"
E) "Oğuz"
Aşağıdakılardan hansı rəvayətdir?
A) "Qarı dağı"
B) "Beşbarmaq dağı"
C) "Maral"
D) "Dədəgünəş"
Rəvayətlər neçə qrupa bölünür?
A) 2
B) 5
C) 4
D) 3
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top