Tapılan ümumi test sayı : 289

Yeni Dövr Azərbaycan Ədəbiyyatı neçə inkişaf mərhələsinə bölünür?
A) 1
B) 5
C) 4
D) 2
E) 3
Ədəbiyyatımızda dodaqdəyməz təcnisin əsasını kim qoyub?
A) Xaqani Şirvani
B) Nizami Gəncəvi
C) Səməd Vurğun
D) Asıq Ələsgər
E) Süleyman Rüstəm
Azərbaycanın ilk dramaturqu kim olmuşdur?
A) Əhməd Bəy Topçubaşov
B) Səməd Vurğun
C) Molla Pənah Vaqif
D) Mirzə Fətəli Axundov
E) Cəlil Məmmədquluzadə
M. Füzulinin hansı əsərində XVI əsrin feodal – patriarxal münasibətləri, insan təbiətinə, azad məhəbbətə zidd olan adət - ənənələr, qadın hüquqsuzluğu tənqid olunur?
A) “ Rindu – Zahid ”
B) “ Leyli və Məcnun ”
C) “ Yeddi cam ”
D) “ Şikayətnamə ”
“ Əql yar olsaydı ...” qəzəlini Füzuli əruzun hansı bəhrində yazmışdır?
A) Həzəc
B) Rəməl
C) Rəcəz
D) Xəfif
Bunlardan biri Füzulinin nəsr əsəridir:
A) “ Bəngü Badə ”
B) “ Leyli və Məcnun ”
C) “ Səhhət və Mərəz ”
D) “ Yeddi cam ”
Füzulinin dini – fəlsəfi əsəri hansıdır?
A) “ Bəngü Badə ”
B) “ Mətləül – etiqad ”
C) “ Səhhət və Mərəz ”
D) “ Şikayətnamə ”
“ Bir sınmışa mumiya dilərdim,
Bir xəstə üçün şəfa dilərdim.
Gördüm, görünür bu əmr müşkil,
Bimar degil, əlacə qabil ”. – bu sözlər Füzulinin “ Leyli və Məcnun ” poemasında kimin dilindən deyilir?
A) Məcnunun
B) Nofəlin
C) Zeydin
D) Şairin özünün
Fizulinin Xətaiyə ünvanladığı əsəri:
A) "Bəngü Badə"
B) "Səhhət və Mərəz"
C) "Rindü Zahid"
D) "Şikayətnamə"
E) "Çay dəsgahı"
Məhəmməd Füzulinin ana dilində yazdığı alleqorik poemalar hansılardır?
A) "Leyli və Məcnun və "Həfti- Cam"
B) "Bəngü Badə" və "Söhbətül-əsmar"
C) "Şikayətnamə və "Bəngü- Badə"
D) .."Həft Cam və "Söhbətül-əsmar"
E) "Səhhət və Mərəz və "Mətləül-etiqad"
Müəllifləri yaşadıqları dövrə görə ardıcıllıqla düzün.1.Füzuli 2.Q.Bürhanəddin3.Nəsimi 4.Qövsi Təbrizi 5.Həbibi
A) 5, 1, 2, 3, 4
B) 4, 5, 1, 3, 2
C) 2, 4, 5, 3, 1
D) 2, 3, 4, 1, 5
E) 2, 3, 5, 1, 4
Şah İsmayıl Xətainin “ Dəhnamə ” poemasında hansı rəmzi obrazlar vardır?
A) Ah, Huş, Səba, Göz yaşı
B) Bulud, Günəş, Meh
C) Pərvanə, Bülbül, Şam
D) Şam, Pərvanə, Ay, Səba
Ş.İ. Xətainin “ Dəhnamə ” məsnəvisində aparıcı mövzu:
A) Qəhrəmanlıq
B) Dostluq
C) Məhəbbət
D) Əmək
Ş.İ.Xətainin “ Ayrılır ” qəzəli əruzun hansı bəhrində yazılmışdır?
A) Rəməl
B) Rəcəz
C) Xəfif
D) Həzəc
Məhəbbətdir yerin – göyün dirəyi,
Məhəbbət edənin yanar çırağı.
Aşiqə beytullah – məşuq durağı,
Həq nəzər etdiyi yerdir məhəbbət. – misralarının müəllifi:
A) Həbibi
B) Kişvəri
C) Nəsimi
D) Xətai
Ş.İ. Xətainin ədəbi irsinə aid deyil:
A) “ Nəsihətnamə ”
B) “ Divan ”
C) “ Fərhadnamə ”
D) “ Dəhnamə ”
Ş.İ.Xətayi "Dəhnamə" poemasını neçənci ildə yazmışdır?
A) 1514
B) 1506
C) 1502
D) 1524
E) 1508
Hökmdar şairlər hansılardır?
A) Cahanşah Həqiqi, Zülfüqar Şirvani
B) Zülfüqar Şirvani, Ş.İ.Xətayi
C) Cahanşah Həqiqi, İmadəddin Nəsimi
D) Zülfüqar Şirvani, İmadəddin Nəsimi
E) Qazi Bürhanəddin, Ş.İ.Xətayi
Ş.İ.Xətainin neçə dildə və neçə ədəd divanı olmuşdur?
A) 1 dildə və 2 ədəd
B) 2 dildə və 1 ədəd
C) 3 dildə və 3 ədəd
D) 2 dildə və 2 ədəd
E) 1 dildə və bir 1 ədəd
Xətainin “Dəhnamə” poemasında aşıq və məşuqənin ayrılıq səhnəsində oxunan qəzəl hansıdır?
A) vida şeiri
B) məhəbbət qəzəli
C) sevgi şeiri
D) ayrılıq qəzəli
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top