Tapılan ümumi test sayı : 47

İsimdən sifət düzəldən şəkilçilər hansılardır ?
A) -ın4, -da4, -dan4
B) -ıntı4 , -ğı4 , -ış4
C) -ıq4 , -ı4 , -lıq4
D) -ağan2 , -qan2 , -ğın4 , -ıcı4
E) -lı4 , -sız4 , -dakı2 , -cıl4 
Epik növün əsas janrları hansılardır ?
A) oçerk, povest, təmsil, hekayə
B) qoşma, təcnis, bayatı
C) qəzəl, qəsidə, rübai
D) gəraylı, müxəmməs, qit`ə
E) dram, faciə,komediya
H.Cavidin "Səyavuş" faciəsində aşağıdakı xüsusiyyətlərdən hansılar Səyavuşun xarakterinə daha çox uyğun gəlir ?
A) elmə, maarifə bağlılıq
B) səxavət, uzaqgörənlik
C) lovğalıq, dikbaşlıq
D) vəzifəpərəstlik, şöhrətpərəstlik
E) qəhrəmanlıq, mə`nəvi saflıq
S.Rüstəmin "Cənub şe`rləri" hansılardır ?
A) "İki sahil", "Bir məktəbin qapısında", "On ikinci tüfəng"
B) "Gün o gün olsunki...","İldırım"
C) "Ələmdən nəş`əyə", "Qərəmanın vəsiyyəti"
D) "Gecənin romantikası", "Yaxşı yoldaş"
E) "Ana və poçtalyon", "Dənizdə şəhər"
Azərbaycan ədəbiyyatında tarixi romanlar müəllifi kimi tanınmış ən məşhur yazıçı.
A) M.İbrahimov
B) Ə.Əbülhəsən
C) M.S.Ordubadi
D) M.Hüseyn
E) S.Rəhimov
C.Cabbarlının ilk tarixi dram əsəri.
A) "Od gəlini"
B) "Nəsrəddin şah"
C) "1905-ci ildə"
D) "Sevil"
E) "Almaz"
Əsərin süjet xəttinin inkişaf mərhələlərində zirvə nöqtəsi  hansıdır ?
A) ekspozisiya
B) final
C) kulminasiya
D) zavyazka
E) razvyazka
Avropa intibahının böyük sənətkarı.
A) L.Tolstoy
B) Balzak
C) Hüqo
D) Şekspir
E) Molyar
C.Məmmədquluzadənin "Ölülər" komediyasındakı qadın obrazları hansılardır ?
A) Tükəz, Sona
B) Nazlı, Kərbəlayı Fatma
C) Səadət, Mələk
D) Zeynəb, İzzət, Şərəf
E) Kərbalayı Fatmansa, Yaxşı
M.F.Axundovun "Hacı Qara" komediyasının yazıldığı il:
A) 1850
B) 1852
C) 1851
D) 1857
E) 1855
Dörd misra və yeddi hecadan ibarət bitkin şe`r janrı hansıdır ?
A) Tapmaca
B) Bayatı
C) Qoşma
D) Rübai
E) Gəraylı
Diyari qürbətdə çoxdandı varam,
Axşam-səhər vətən deyib ağlaram
Mən də sizin kimi qəribü zaram,
Eyləməyin, məndən haşa, durnalar !
Laçın yatağıdır bizim məkanlar
Yavaş-yavaş gedin səsiniz anlar...
Yuxarıdakı şe`r parçasında hansı misralar səhv verilmişdir.?
A) 1-ci və 2-ci
B) 3-cü və 4-cü
C) 3-cü və 6-cı
D) 3-cü və 5-ci
E) 5-ci və 6-cı
A.S.Puşkinin nəsr əsərləri:
A) "Ruslan və Lyudmila", "Qafqaz əsəri"
B) "Yevgeni Onegin", "Tunc atlı"
C) "Azadlıq", "Çaadayevə"
D) "Boris Qodunov", "Xəsis çəngavər"
E) "Kapitan qızı", "Dubrovski"
M.Füzulinin alleqorik nəsr əsəri:
A) "Rindü Zahid"
B) "Səhhət və Mərəz"
C) "Şikayətnamə"
D) "Meyvələrin söhbəti"
E) "Leyli və Məcnun"
Aşağıda göstərilən fikirlərdən "Xosrov və Şirin" poemasının əsas ideyasına ən çox uyğun gələni hansıdır ?
A) qadın azadlığı
B) ədalətli şah
C) əməkçi insanın tərənnümü
D) saf məhəbbət
E) qəhrəmanlıq
Azərbaycan dilində əsəri bizə gəlib çatan ilk sənətkar.
A) Nizami
B) Xaqani
C) Nəsimi
D) Həsənoğlu
E) Xətai
Hansı cərgədə bütün sözlər orfoqrafik cəhətdən düzgün yazılmışdır ?
A) məs`ul, ne`mət, məşhur, hökmdar, xeyirxah
B) şücaət, e`zamiyət, kambinat, beynəlmiləl, samovar
C) çamadan, qəhqəhə, qürur, kəşviyyat, koridor
D) yə`qin, nəsiyət, səhv, dörd, professor
E) xasiyət, vağzal, institut, kabnet, stadiyon
"Kimin ki ağlı, bacarığı var, udur" - cümləsində budaq cümlənin növünü tapın: 
A) mübtəda budaq cümləsi
B) zərflik budaq cümləsi
C) xəbər budaq cümləsi
D) tə`yin budaq cümləsi
E) tamamlıq budaq cümləsi
Tabeli mürəkkəb cümləni göstərin.
A) Payız gəldi, havalar soyudu.
B) Nailə yer göstərdi, Kəmalə oturmadı.
C) Gah yağış yağır, gah da gün çıxırdı.
D) Kim dərsi bilir, əlini qaldırsın.
E) Bayırda yağan qar ağarır, xoş bir menzere yaranırdı.
"Əzizin dizi titrədi, yavaşcadan çamadanın üstündə oturdu" - tabesiz mürəkkəb cümləsində hansı mə`na əlaqəsi vardır ?
A) ardıcıllıq
B) səbəb və nəticə
C) aydınlaşdırma
D) zaman
E) ziddiyyət-qarşılaşdırma
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top