Tapılan ümumi test sayı : 43

Müəyyənlik bildirən yiyəlik hala aid edilən əlamətlərdən biri səhvdir ?
A) Kimi, qədər, tək, ilə qoşmaları bu halda olan sözlərlə əlaqəyə girir.
B) Kimin? nəyin? haranın? suallarından birinə cavab verir.
C) Bu halda işlənən söz cümlənin xəbəri ola bilmir.
D) Mə`nasına görə müəyyənlik bildirir.
E) Bu hal III növ ismi söz birləşməsinin birinci tərəfi olur.
"Həyat davam edir" cümləsi nə üçün cüttərkibli müxtəsər cümlə sayılır ?
A) müxtəsər fikir ifadə etdiyinə görə
B) baş üzvlərin hər ikisi
C) bitmə intonasiyası ilə tələffüz olunduğuna görə
D) mübtəda ilə xəbər arasında uzlaşma olduğuna görə
E) yalnız baş üzvlərdən ibarət olduğuna görə
"Cəld tərpənən" fe`li birləşməsinin tərəfəri arasında hansı sintaktik əlaqə vardır ?
A) sintaktik əlaqə yoxdur
B) tabesizlik
C) uzlaşma
D) yanaşma
E) idarə
Tabe tərəfi sifətlə ifadə olunan I növ ismi söz birləşməsini göstərin.
A) ağır döyüş
B) beş tələbə
C) bu məsələ
D) rezin çəkmə
E) görüləsi iş
İsmi xəbərli cüttərkibli sadə cümləni göstərin.
A) İlyas tapşırığı yazdı.
B) Biz ondan tez-tez xəbər tuta bilmirik.
C) Yayın son günlərindən biri idi.
D) Yağışdan sonra təbiət də gözəlləşdi.
E) Həyat necə də gözəldir?!
Yalnız yönlük hal tələb edən qoşmalar hansı sırada verilmişdir ?
A) başqa, savayı, özgə
B) kimi, qədər, tək
C) tək, savayı, bəri
D) tərəf, doğru, sarı
E) üçün, ilə, ötrü
"İlqarla Vüqar bağda işləyirlər" cümləsində İlqarla sözündəki la nədir ?
A) qoşma
B) fe`l düzəldən şəkilçi
C) ədat
D) zərf düzəldən şəkilçi
E) bağlayıcı
Fe`li sifət ən çox hansı cümlə üzvü vəzifəsində işlənir ?
A) tamamlıq
B) tə`yin
C) zərflik
D) xəbər
E) mübtəda
Aşağıdakılar fe`li sifət şəkilçiləri kimi  verilmişdir. Səhv olanı göstərin.
A) -acaq(-əcək)
B) -ası(-əsi)
C) -an(-ən)
D) -malı(-məli)
E) -qan(-kən)
"Axtardığınız mənzil aşağıdadır" cümləsində xəbər hansı nitq hissəsi ilə ifadə olunmuşdur ?
A) sifətlə
B) isimlə
C) əvəzliklə
D) zərflə
E) fe`llə
"Şəkil" sözünün fonetik təhlilində hansı mərhələdə səhvə yol verilmişdir ?
A) Sözdə incə saitlərin ahəngi gözlənmişdir.
B) ş, l kar, k cingiltili samitdir.
C) İki hecalı sözdür, vurğu ikinci hecaya düşür.
D) ə, i, inə, dodaqlanmayan saitlərdir.
E) Bu sözdə 5 səs (ş, ə, k, i, l) və 5 hərf (şe, ə, ke, i, el) vardır
Hansı sırada vergül düzgün qoyulmamışdır ?
A) Aldığımız mə`lumata görə, müşavirə ayın axırında keçiriləcək.
B) O, doğrunu yalandan seçməyi bacarır.
C) Xülasə, çox şeydən danışmaq olar.
D) Bacım, Mətanət səni gözləyir.
E) Mən buraya atamın tapşırığına görə, gəlmişəm.
Hansı sıra bütünlüklə yazılışı ilə tələffüzü arasında fərq olan sözlərdən ibarətdir ?
A) hətta, doqquz, koridor, avtobus
B) doqquz, şkaf, həyat, bağban
C) hətta, iradə, atlas, avtobus
D) çiçək, kitab, vicdan, rahat
E) belə sıra yoxdur
Fe`lin lazım forması hansı şəkilçi ilə düzəlir ?
A) -malı(-məli)
B) -acaq(-əcək)
C) -sa(-sə)
D) -ası(-əsi)
E) -a(-ə)
Sifət qrammatik mə`nasına görə nə bildirir ?
A) sifətin konkret qrammatik mə`nası yoxdur
B) hərəkət
C) miqdar
D) əlamət
E) əşya
"Çiçəklənmişdir" sözündə vurğu neçənci hecaya düşür ?
A) 4-cü
B) 5-ci
C) 3-cü
D) 1-ci
E) 2-ci
"Bütün" sözü əvəzliklərin hansı növünə daxildir ?
A) şəxs
B) sual
C) tə`yini
D) qeyri-müəyyən
E) işarə
Qeyri-müəyyən miqdar sayı hansı cümlədə işlənmişdir ?
A) Onun çox işlərdən xəbəri yoxdur.
B) Siz xeyli yorğun görünürsüz.
C) Bu gün xüsusilə çox işləmisən.
D) İş saat 8-də başlanır.
E) Beşincilər daha sə`ylə çalışırlar.
Fe`ldən düzələn sifətlərin verildiyi sıranı göstərin.
A) bitkin, çalışqan, sönük, yorucu
B) zarafatcıl, rəngli, mə`nəvi, əqli
C) məzmunsuz, duyğusuz, küçədəki, mənzərəli
D) kiçik, zəngin, dünənki qabaqcıl
E) saf, təmiz, əxlaqlı, bəyaz
Təsirlik hallı söz hansı birləşmədə işlənmişdir ?
A) Xəzər dənizi
B) Azərbaycan istiqlalı
C) şabalıdı torpaqlar
D) dərsi öyrənmək
E) elmi fəaliyyət
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top