Tapılan ümumi test sayı : 27

H.Cavidin "İblis" əsərində Arifin faciəsinin əsas səbəbi:
A) dini mövhumat və fanatizm
B) hakimlərin zülmü, ədalətsizlik
C) təbiətindəki çirkin, alçaq ehtirasları boğa bilməməsi
D) köhnə adət-ən`ənələr
E) cəmiyyətin siyasi sistemindəki çatışmazlıqlar
Ailə-məişət problemlərini geniş epik lövhələrlə əks etdirən nəzm əsəri hansıdır?
A) S.Rüstəm "Ana və poçtalyon"
B) C.Cabbarlı "Solğun çiçəklər"
C) S.Vurğun "Aygün"
D) H.Cavid "Səyavuş"
E) R.Rza "Qızılgül olmayaydı"
"Molla Nəsrəddin" jurnalını sevdirən, məşhurlaşdıran səbəblərdən biri səhvdir:
A) Onun tənqid hədəfi böyük ictimai qüsurlar idi.
B) Müasirlik, aktuallıq jurnalın əsas ruhunu təşkil edirdi.
C) Jurnal fəaliyyəti müddətində həyat həqiqətinə həmişə sadiq qalmışdır.
D) Senzura zəif olduğundan hökumət nümayəndələri jurnalın məzmunundan xəbərsiz idilər.
E) Jurnalın ətrafında dövrün ən qüdrətli qələm sahibləri toplaşmışdı.
A. Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazehin yaradıcılığı üçün ortaq cəhət hansıdır?
A) Realist-maarifçi ədəbi cərəyanın nümayəndəsi olmaları
B) Xalq ədəbiyyatından və  aşıq şe`rindən geniş istifadə etmələri
C) Çar hakimlərinin zülmü əleyhinə mübarizə mövzusu
D) Klassik üslubda şe`r yazmaları
E) Yaradıcılıqlarında romantik üslubda əsərlərə geniş yer verilməsi
N.Vəzirovun "Müsibəti Fəxrəddin" əsəri ilə bağlı düzgün fikirləri seçin:
1. Azərbaycan ədbiyyatı tarixində ilk faciədir.
2. Əsərdə Mələk xanım və Şahmar bəy müsbət obraz kimi təsvir olunmuşdur.
3. Müəllif Rüstəm bəy obrazını yaratmaqla qan intiqamına susamış nadan bəylərə ibrət dərsi verir.
4. Sujeti iki mülkədar    ailəsi arasında gedən qan davası üzərində qurulmuşdur.
5. Əsər Fəxrəddin bəyin monoloqu ilə başlayır.
A) 2, 3, 4
B) 2, 4, 5
C) 1, 2, 3
D) 1, 3, 4
E) 1, 4, 5
Füzulinin "Məni candan usandırdı..."
qəzəlindən verilmiş aşağıdakı beyt haqqındakı fikirlərdən hansı səhvdir?
"Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?"
A) Beytdə mübaliğə işlədilmişdir.
B) Beytdə aşiq özünü gecələr yanan şama bənzətmişdir.
C) Qəzəlin mətlə beytidir.
D) Beytdə bədii sualdan istifadə olunmuşdur.
E) Beytdə daxili qafiyələr vardır.
Bu əsərlərdən birində ədaətli hökmdar ideyası əsas yer tutur:
A) Füzuli "Şikayətnamə"
B) Nizami "Yeddi gözəl"
C) Nizami "Leyli və Məcnun"
D) Xətai "Dəhnamə"
E) Məsihi "Vərqa və Gülşa"
"Hey, ana! Ərəbi atlar olan yerdə
Bir qulunu olmazmı olur?
Qızıl dəvələr olan yerdə
Bir köşəyi olmazmı olur?
Ağca qoyunlar olan yerdə
Bir quzusu olmazmı olur?" - sözlərini "Kitabi-Dədə Qorqud" dastanının hansı qəhrəmanı deyir?
A) Uruz
B) Dəli Dondar
C) Qaragünə oğlu Qarabudaq
D) Qaraca Çoban
E) Salur Qazan
Əzizim bağda dara,
Zülfünü bağda dara.
Bülbülü güldən ötrü,
Çəkdilər bağda dara.
Bayatıda daxili bölgünü göstərin:
A) 4-3
B) 5-2
C) 2-5
D) 3-4
E) 3-2-2
Bayatıda hansı bədii ifadə vasitəsi işlədilmişdir?
Mən aşiqəm sal yana,
Dara zülfün, sal yana.
Necəsən bir ah çəkim,
Kür quruya, sal yana.
A) mübaliğə
B) epitet
C) metafora
D) litota
E) bənzətmə
Dəqiqləşdirici xüsusiləşmiş üzvlər hansı cümlələrdə verilmişdir?
1. O, bə`zi vaxtlarda ailəsini, hətta özünü belə unudardı.
2. İcazə ver, bircə piyalə su için, susuzluğumu söndürüm.
3. Hava təmizlənmişdi, Kürün qıjıltısından başqa, heç nə eşidilmirdi.
4. Hamı, o cümlədən ustə Ramazanla Vasilyev də ovqatı təlx dayanmışdılar.
5. Zabit öz sualını inadla təkrar eləyəndə Abuzər bəy cavab verməyə məcbur oldu.
A) 1, 2, 5
B) 1, 3
C) 1, 4
D) 2, 5
E) 3, 4
"Kim ki öyrənməyi ar bilmir, sudan dürr, daşdan gövhər çıxarır" tabeli mürəkkəb cümləsində budaq cümlənin növünü müəyyənləşdirin:
A) təyin budaq cümləsi
B) tamamlıq budaq cümləsi
C) xəbər budaq cümləsi
D) mübtəda budaq cümləsi
E) şərt budaq cümləsi
"Biz zamanlar anam onu - kiçik oğlunu çox əzizləyirdi" cümləsində hansı cümlə üzvünün əlavəsi var?
A) tə`yinin
B) tamamlığın
C) mübtədanın
D) zərfliyin
E) xəbərin
"Xaqaninin yaradıcılığı Azərbaycan ədəbiyyatında yeni bir hadisə kimi qiymətləndirmişdir" cümləsində III növ ismi birləşmə hansı cümlə üzvü rolunda çıxış edir?
A) xəbər
B) zərflik
C) tamamlıq
D) mübtəda
E) tə`yin
Tabesizlik əlaqəsi ilə bağlananlar hansılardır?
A) təyinlə mübtəda
B) həmcins üzvlər
C) xəbərlə tamamlıq
D) xəbərlə zərflik
E) mübtəda ilə xəbər
Hansı cümlədə "düz" sözü "birbaşa" zərfinin sinonimidir?
A) Anası düz deyirdi.
B) Əhməd dəftərə düz xətt çəkdi.
C) Bir düz söylə görək nə hadisə baş verib?
D) Bir kəpənək hardansa gəlib, düz çiçəyin üstünə qondu.
E) Son zamanlar nəsə işi düz gətirmirdi.
"Başqa, qeyri, savayı, özgə" qoşmalarının mə`na növünü göstərin:
A) fərqlənmə
B) zaman
C) məsafə
D) səbəb-məqsəd
E) birgəlik
Zərflə sifətin oxşar əlamətləri kimi verilmiş cəhətlərdən biri yanlışdır:
A) Hər ikisi həm əşyaya, həm də hərəkətə aid olur.
B) Hər ikisi  necə? nə cür? suallarına cavab verir.
C) Hər ikisi cümlə üzvü kimi çıxış edir.
D) Hər ikisi quruluşca sadə, düzəltmə, mürəkkəb olur.
E) Hər ikisi əsas nitq hissəsidir.
Cümlələrin birində birgəlik növdə olan fe`l vardır:
A) Geoloqların tonqalı çoxdan alınmışdı.
B) Bu, çox maraqlı yarış idi.
C) Biz yazıçılara görüşə getdik.
D) Bu səhnəni görən tamaşaçılar gülüşdülər.
E) O, Türkiyədəki dostu ilə yazışırdı.
İsimlə sifətin birləşməsindən düzələn mürəkkəb sifətlərin cərgəsini  göstərin:
A) qaraqaş, şirindilli
B) dilişirin, qəlbitəmiz
C) çoxmərtəbəli, xoşqədəm
D) tünd-mavi, elmi-fantastik
E) ala-yarımçıq, yaşıl-qırmızı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top