Tapılan ümumi test sayı : 27

Bu gələn haralıdı?
Dağların maralıdı.
Gəl könlümü qırma sən, 
Ürəyim yaralıdı.
Nümunədə neçə mənsubiyyət şəkilçisi işlənib?
A) dörd
B) beş
C) bir
D) iki
E) üç
Hansı sıradakı bütün sözlər eyniköklüdür?
A) istək, istəyir, isti
B) gözlük, gözətçi, gözləmək
C) aldı, alır, almışdır
D) yağış, yağlamaq, yağlayır
E) ürəkdən, ürəyi, ürəyə
Hansı cərgə omonim sözlərdən ibarətdir?
A) tut, qaz, al, bal
B) kömək, qabaq, qax, kağız
C) qovurma, dolma, səma
D) baş, göz, bel
E) bölgə, alma, çəkmə, bölmə
Cümlələrin birində nidadan sonra vergül qoyulmamalıdır:
A) - Bıy, Şərəfnisə, necə uşaq-uşaq danışırsan?!
B) - A, gədə, Kərim, sənin mənim bağımda nə işin var?
C) - Pəh, bu mənim işimdir, xanım!
D) - Ay arvad,nəyin va, gətir görək, acmışıq.
E) - Vay, dədəm, vay, bu nə danışır?!
Saitlə başlanan şəkilçi artırdıqda hansı sözdə q-ğ əvəzlənməsi baş vermir?
A) Natiq
B) ocaq
C) yarpaq
D) torpaq
E) qatıq
"Nöqsan" sözünün fonetiktəhlilində səhv hansı  mərhələdə buraxılmışdır?
A) 6 səsdən və 6 hərfdən ibarətdir.
B) İki hecalıdır (nöq-san).
C)
[ö] incə,dodaqlanan; [a] qalın,dodaqlanmayan saitdir.
D) [n] və [q] cingiltili, [s] kar samitdir.
E) Vurğu 2-ci hecaya düşür.
Ahəng qanunu hansı sözdə pozulmamışdır?
A) qaranquş
B) mübarizə
C) qalib
D) ehtiram
E) südabə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top