Tapılan ümumi test sayı : 27

S.Vurğunun aşağıdakı əsərlərindən biri müharibə mövzusunda deyil:
A) "Zəncinin arzuları"
B) "Mənə belə söylədilər..."
C) "Ananın öyüdü"
D) "Qızıl şahinlər"
E) "Şəfqət bacısı"
Hekayələrinin, demək olar ki, hamısını qadın azadlığı mövzusuna həsr etmiş yazıçı:
A) İ.Əfəndiyev
B) C.Məmmədquluzadə
C) M.Hüseyn
D) C.Cabbarlı
E) M.İbrahimov
" ..... İndiki halında ... bənzəyirdi bir elə şəxsə, hansı ki zəhər şüşəsini qabağına qoyub baxır və bilmir nə eləsin: içsin, ya yox. İçməsə, dərd, qəm və qüssə onu öldürəcək, içsə, zəhər öldürəcək. Bəs məsləhət budur ki, içim deyib şüşəni çəkir başına"
Bu parça C.Məmmədquluzadənin hansı obrazının həyatından bir məqamı əks etdirir?
A) Zəhrabəyim
B) İzzət
C) Gülbahar
D) Zeynəb
E) Şərəf
N. Vəzirovun "Müsibəti Fəxrəddin" faciəsində Rüstəm bəy hansı səhnədə özünü "biiman" adlandırır, etdiyi hərəkətlərin acı nəticəsindən sarsılır və özünə ölüm arzulayır?
A) Qızı Səadət xanımla söhbət səhnəsində
B) Fəxrəddinin ölümü səhnəsində
C) Oğlu Mahmudla söhbət səhnəsində
D) Mahmudun ölümü səhnəsində
E) Fəxrəddin bəyin təhsildən qayıtmasını eşitdiyi səhnədə
M.F.Axundovun "Hekayəti-müsyö Jordon həkimi - nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" əsərinin qəhrəmanı Şahbaz bəy haqqındakı fikirlərdən biri yanlışdır:
A) Təhsilini artırmağa çalışan, böyük arzularla yaşayan gəncdir.
B) Kənddə xəstəxana, məktəb açmaq, xalqı maarifləndirmək üçün mübarizə aparır.
C) Avamlar mühitində bir qığılcım kimi parlayan obrazdır.
D) XIX əsr Azərbaycan ədəbiyytında mütərəqqi ideyaların ifadəçisi olan gənc ziyalıların nümayəndəsidir.
E) Parisə getmək, fransız dilini öyrənmək arzusundadır.
Füzulinin hansı əsərində XVI əsrin feodal-patriarxal münasibətləri, insan təbiətinə, azad məhəbbətə zidd olan adət-ən`ənələr, qadın hüquqsuzluğu tənqid olunur?
A) "Söz"
B) "Padişahi-mülk"
C) "Leyli və Məcnun"
D) "Məni candan usandırdı"
E) "Şikayətnamə"
Nizami bu fikri hansı obraz haqqında deyir?
İndi o ədalət, o insaf hanı?!
Verə öz oğluna belə cəzanı.
İndi yüz yoxslun tökülsə qanı,
Nahaq qan tökənə bir cəza hanı?
A) Bəhram
B) Məhinbanu
C) Hörmüz
D) İsgəndər
E) Xosrov
Bədii əsərin sonunda verilən və onun yekunu olan kiçik hissə necə adlanır?
A) portret
B) peyzaj
C) proloq
D) epiqraf
E) epiloq
Yazıçının qələmə aldığı həyat hadisəsi haqqında gəldiyi qənaət , çıxardığı nəticə, oxuyucuya çatdırmaq istədiyi başlıca fikir necə adlanır?
A) mövzu
B) zavyazka
C) ideya
D) ekspozisiya
E) kompozisiya
Şifahi xalq ədəbiyyatının janrlarını seçin:
1. Müxəmməs                         2. Bayatı                                3. Qəzəl
4. Layla                                   5. Mərsiyə                              6. Ağı
7. Rübai
A) 3, 5, 6
B) 1, 3, 7
C) 2, 4, 6
D) 1, 2, 6
E) 4, 6, 7
Şəxssiz cümləni göstərin:
A) Səlimin məsələsinə baxıldı.
B) Poçtalyon bir söz demədi.                      
C) Bahar fəslini hamı sevir.
D) El bilir ki, sən mənimsən.
E) Çox oxuyan çox bilər.
"Mən bilirəm ki, çəkilən əmək itmir" - cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?
A) tamamlıq budaq cümləsi
B) mübtəda budaq cümləsi
C) tə`yin budaq cümləsi
D) xəbər budaq cümləsi
E) səbəb budaq cümləsi
İsmi xəbərli cüttərkibli müxtəsər cümləni göstərin
A) Zərifə qabaqcıl şagirddir.
B) Biz kənddə yaşayırıq.
C) Hamı susmuşdu.
D) Həyat bizi sınayır.
E) Mənim bacım həkimdir.
"Demək, sənin qərarın qətidir" - cümləsində işlənən ara sözün mənaca növünü tapın.
A) güman və şübhə
B) yəqinlik
C) mlumatın mənbəyi
D) burada ara söz yoxdur.
E) nəticə fikrin sırası
"Yuxarı" sözü cümlələrdən birində tə`yin kimi işlənmişdir:
A) O, Cəmildən cavab almamış, pilləkənlə yuxarı qalxdı.
B) Yuxarı - bu yüksəklik möhtəşəm qalaya bənzəyirdi.
C) Onların evi bizdən yuxarıdadır.
D) Kişi həmin araba ilə yuxarı kəndə su daşıyırmış.
E) Alpinist yuxarı qalxırdı.
Hanssı cümlədə "O" əvəzliyindən sonra vergül qoyulmalıdır?
A) O mahir ovçudur.
B) O gözəl sənətkar kimi ümumxalq şöhrəti qazanıb.
C) Bu gün o da şəhərə yola düşür.
D) O yaxşı ad qazanıb.
E) O uşaq bağçasında işləyir.
Yaxın mənalı sözlərin birləşməsi ilə yaranan mürəkkəb ismi göstərin:
A) uzunsaç
B) üzüyumşaq
C) yavaş-yavaş
D) acıdil
E) dost-tanış
Hansı fe`l şərt şəklinin hekayəsində işlənib?
A) gələsi idi
B) gəlsə imiş
C) gəlməli imiş
D) gəlməli idisə
E) gəlsə idi
Qüvətləndirici ədatların cərgəsini tapın.
A) gəl, məgər, axı
B) ki, təkcə, axı
C) ən, daha, lap
D) yalnız, ancaq, bəs
E) -mı4, bəs, yə`ni
Verilmiş cümlələrin hansında zərf yoxdur?
A) İstidən nəfəs almaq olmurdu.
B) Hava birdən tutuldu.
C) Qız cəld mətbəxə girdi.
D) Şəhərdə havalar istidir.
E) Yayda kəndə gələrsən.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top