Tapılan ümumi test sayı : 28

"Nəsrəddin şah", "Dönüş", "Solğun çiçəklər" pyeslərinin müəllifi kimdir?
A) Ə.Haqverdiyev
B) M.İbrahimov
C) C.Cabbarlı
D) S.S.Axundov
E) İ.Əfəndiyev
Aşağıdakı misralar "Aygün" poemasındakı hansı obrazı səciyyələndirir?
O dedi ki: Mən nə dahi, nə qəhrəmanam,
Qoy  bəşərin dərdlərini onlar düşünsün.
Məni adi bir insancıq doğmuşdur anam
Ki, dünyada dövran sürüb, kef çəkim beş gün.
A) Elyarı
B) Şəfiqəni
C) Əmirxanı
D) Neməti
E) Aygünü
Göstərilən xüsusiyyətlərdən yalnız biri "Danabaş kəndinin əhvalatları" əsərindəki Xudayar bəy surətini səciyyələndirir:
A) Xain, ikiüzlü, qəddar adamdır, kimsəsizlərin, gücsüzlərin qənimidir.
B) Ailəcanlıdır, övladlarını sevir.
C) Fanatikdir, mövhumatçıdır, harama meyl etmir.
D) Dostluqda sədaqətlidir, xəyanətdən uzaq adamdır.
E) Məzlumların, yoxsulların qayğısına qalır.
A.Bakıxanovun "Təbriz əhlinə xitab" satirasında tənqid hədəfi kimlərdir?
A) xalqı soyan, talayan mülkədarlar
B) xalqı cəhalətdə saxlayan hakimlər
C) yalançı kimyagər və münəccimlər
D) xalqın cəhalətinə səbəb olan xanlar və ruhanilər
E) savadsız müəllimlər, din xadimləri
M.F.Axundovun ilk dram əsəri:
A) "Müsyö Jordon və dərviş Məstəli şah"
B) "Sərgüzəşti-mərdi-xəsis"
C) "Hekayəti-xırs quldurbasan"
D) "Hekayəti-Molla İbrahimxəlil kimyagər"
E) "Mürafiə vəkillərinin hekayəti"
Cümlələrdən birində ara söz işlədilmişdir:
A) Bu işləri vaxtında görərsən.
B) Çox istedadlı uşaqdır, onun gələcəyini görərsən.
C) Elə görərdin ki, hey oxuyur, kitabdan ayrılmır.
D) Görəsən, Eldarın işi düzəldimi?
E) Bir onun səliqəsini görəsən!
Hansı cümlədə əlavə vardır?
A) Qazanc dövlət artırar, insaf şöhrət.
B) Ağac bar gətirəndə başını aşağı dikər.
C) Nizaminin əsərləri dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindəndir.
D) R.Rza - ədəbi gəncliyin bu xeyirxah hamisi hamının sevimlisi idi.
E) Ağac barı, insan yaxşılığı ilə qiymətlidir.
Nümunələrdən ikisi tabeli mürəkkəb cümlədir:
1. Sarvanın məqsədi bu idi ki, yarışda qalib gəlsin.
2. Gün çıxdı, ağacın şehli yarpaqları parıldadı.
3. Burada mənim dişim-dişimə dəyir, amma Bakıda bürküdən nəfəs almaq olmur.
4. Mən bir sönməz ulduzam ki, daim işıq saçıram.
5. Fasilə başladı və Ədilə ayağa qalxıb zaldan çıxdı.
A) 2, 4
B) 3, 5
C) 4, 5
D) 1, 4
E) 1, 2
Cüttərkibli müxtəsər cümlə hansıdır?
A) Bu, Müşkinazın xatirələrindəndir.
B) Yıxılana gülməzlər.
C) Gedənin dalınca danışmazlar.
D) Cavid mənalı-mənalı gülümsünürdü.
E) Yüz dəfə ölç, bir dəfə biç.
Epik növə daxil olmayan ədəbi janr bunlardan hansıdır?
A) təmsil
B) hekayə
C) qitə
D) povest
E) nağıl
Dövr üçün səciyyəvi olan, yazıçı tərəfindən dərk edilən və bədii əsərə gətirilən həyat hadisələri necə adlanır?
A) zavyazka
B) ideya
C) ekspozisiya
D) mövzu
E) kompozisiya
Məsəllər haqqında fikirlərdən hansı yanlışdır?
A) Məsəllər müəyyən rəvayətlə, hadisə ilə əlaqədar yaranır.
B) Atalar sözündən fərqli əsas cəhəti məsəllərdəki fikrin müstəqil işlənə bilməsidir.
C) Məsəllər atalar sözlərindən bir sıra xüsusiyyətlərinə görə fərqlənir.
D) Məsəllər yığcamlığı, sadəliyi, məna dərinliyi etibarilə atalar sözlərinə çox yaxındır.
E) Məsəllər xalq müdrikliyini ifadə edir, böyük tərbiyəvi əhəmiyyətə malikdir.
Nizaminin hansı qəhrəmanının adı bütün Yaxın Şərq xalqları içərisində qüdrətli sənətkar, mərdlik, həqiqi aşiq rəmzinə çevrilmişdir?
A) İsgəndər
B) Fərhad
C) Bəhram şah
D) Şapur
E) Xosrov
Göstərilən əsərlərdən hansının müəllifi M.V.Vidadidir?
A) "Görmədim"
B) "Şikayətnamə"
C) "Bax"
D) "Müsibətnamə"
E) "Dəhnamə"
Cümlələrdən birində xəbər sifətlə ifadə olunmuşdur:
A) Eldar hansınızdır?
B) O, xalqın qəlbində yaşayan sənətkardır.
C) Bu dağların sərin havası gözəldir.
D) Qılınc döyüşündə məharətin var!
E) Bu dağlar mülkünün çələngi sənsən!
Şəkilçilərdən biri qeyri qəti gələcək zamanın şəkilçisidir:
A) -ar2
B) -ır4
C) -ıl4
D) -acaq2
E) -lar2
Miqdar zərfi olan cümləni göstərin:
A) Gecə şiddətli külək əsdi.
B) Tək əldən səs çıxmaz.
C) Onlar bazardan xeyli meyvə aldılar.
D) Az danışsan yaxşı olar.
E) Sevil bu barədə düşündü.
Təsirli fellərdən ibarət cərgəni göstərin:
A) yaşamaq, yatmaq, oynamaq
B) oturmaq, durmaq, gəlmək
C) yatmaq, gülmək, getmək
D) yazmaq, geymək, güldürmək
E) görüşmək, görünmək, sevinmək
Cümlələrin hansında ədat vardır?
A) Sevil təkcə gəldi.
B) Tez gəl, gecikirik.
C) Arif, kitabı yerinə qoy!
D) Qoy sözünü desin.
E) Sən də, Sevda da növbətçisiniz.
Sifətdən düzəlmiş isimlər hansı cərgədədir?
A) yüzlük, onluq, çoxluq
B) dərzilik, ustalıq, mühəndislik
C) şadlıq, təmizlik, zəiflik
D) birlik, gündəlik, həkimlik
E) dostluq, tanışlıq, qardaşlıq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top