Tapılan ümumi test sayı : 28

M.P.Vaqif və Q.Zakir yaradıcılığı üçün ortaq cəhətlər:
1. Həm lirik, həm də epik əsərlərin yazılması
2. İctimai motivli satirik şerlərin yazılması
3. Həm əruz, həm də heca vəznində şerlərin yazılması
4. Məhəbbətin və real gözəlliyin tərənnümü
5. Həm nəzmlə, həm də nəsrlə əsərlərin yazılması
A) 3, 4
B) 4, 5
C) 1, 3
D) 2, 4, 5
E) 1, 2, 4
"Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartılıb, ox kimi süzüb,
Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana, ceyran?"

Misralarında hansı bədii təsvir vasitəsindən istifadə edilmişdir.
A) mübaliğə
B) metafora
C) təşbeh
D) epitet
E) metonimiya
"Füyuzat" jurnalının redaktoru:
A) Ömər Faiq Nemanzadə
B) Məhəmməd Hadi
C) Əhməd bəy Ağaoğlu
D) Həsən bəy Zərdabi
E) Əli bəy Hüseynzdə
"Kitabi-Dədə Qorqud" dastanından götürülmüş aşağıdakı parçada hansı obrazdan bəhs olunur?
"Oğuzun ol kişi tamam bilicisiydi. Nə dersə olardı, qayibdən dürlü xəbər söylərdi ... oğuz qövmünün müşkülünü həll edirdi. Hər nə olsa ... danışmayınca işləməzlərdi. Hər nə ki buyursa, qəbul edərlərdi. Sözün tutub tamam edərlərdi."
A) Bayandır xan
B) Qazan xan
C) Dirsə xan
D) Beyrək
E) Dədə Qorqud
Bəndlə bağlı verilən izahlardan biri doğru deyil:
Darğınam mən belə baxta,
Ürəyim qan laxta-laxta,
Bax ki, kimlər çıxdı taxta,
Küsdü kimin baxtı, bağlar?
A) Ə.Cavadın "Səsli qız" poemasındandır.
B) Saranın dilindən verilmişdir.
C) Janrına görə qoşmadır.
D) Heca vəznindədir.
E) Xalqın naləsi, qəsbkara nifrəti öz əksini tapmışdır.
Məsnəvi formasında yazılmış bu əsərin mərkəzində Tülkü surəti dayanır:
A) M.Füzuli. "Söhbətül-əsmar"
B) A.Bakıxanov. "Mişkatül-ənvar"
C) S.Ə.Şirvani. "Aslan və iki öküz"
D) M.B.Xalxali. "Sələbiyyə"
E) B.Şirvani. "Töhfətül-əhbab"
Lirik növün janrları hansı sıradadır?
A) qoşma, rübai, gəraylı
B) hekayə, təmsil, qəzəl
C) qəsidə, roman, poema
D) təmsil, nağıl, təcnis
E) poema, povest, əfsanə
XI əsrdə yaşamış bu sənətkarın lirik şerlər "Divan"ı və "Ət-təfasir" adlı farsca lüğəti vardır:
A) İzzəddin Şirvani
B) Əfzələddin Xaqani
C) Məhsəti Gəncəvi
D) Qətran Təbrizi
E) Mücirəddin Beyləqani
Epik əsər yazmış sənətkarları göstərin.
I. Qazi Bürhanəddin
II. Arif Ərdəbili
III. İmadəddin Nəsimi
IV. Şah İsmayıl Xətai
A) I, III
B) II, IV
C) I, II
D) III, IV
E) II, III
M.Hüseynin  "Yeraltı çaylar dənizə axır" romanındakı Səmirə Aydın surəti ilə bağlı fikirlərdən biri səhvdir:
A) Həssas, iradəli və cəsarətli bir qadındır.
B) Ailəsinə, ocağına sadiq bir qadındır.
C) Müdhət haqqında qara xəbər aldıqdan özünü öldürmək istəyir.
D) İxtisasca jurnalistdir və başına gələnləri sürgündə ikən qələmə alır.
E) Xəstəxanada Kamranla tanış olur və sonra ona ərə gedir.
"Doğru" sözünün qoşma vəzifəsində işləndiyi cümləni göstərin.
A) Doğruya zaval yoxdur, çəksələr min divana.
B) Doğru söz acı olar, nəticəsi şirin.
C) Uşaq anasına doğru can atırdı.
D) Doğru büdrəyər, amma yıxılmaz.
E) Könül, doğru yoldan gəl olma kənar.
Hansı cərgədə altından xətt çəkilmiş sözlərin hər ikisi təsirlik haldadır?
A) Bir azdan avtobus gələcək, uşaqlar yola düşəcək.
B) Ayaqları sözünə baxmadı, çamadanı yerə qoydu.
C) Şahinin modeli yarışda birinci yeri tutdu.
D) Seyran göyərçin gördümü, dayanacaq, gözlərini göyə zilləyib duracaq.
E) Gözünü açanda gördü ki, dostları ətrafında dayanıb.
"Yandırılacaq" sözünün morfoloji təhlilində buraxılmış səhvi göstərin.
A) -ıl məchul növün şəkilçisidir.
B) Düzəltmə feldir, nə edəcəkdir? sualına cavab verir.
C) Yan feli sözün köküdür.
D) -dır icbar növün şəkilçisidir.
E) -acaq qəti gələcək zaman şəkilçisidir.
"Quru odun" və "quru adam" birləşmələrindəki "quru" sözü aşağıdakılardan hansına uyğun gəlir?
A) çoxmənalı söz
B) omonim
C) antonim
D) sinonim
E) təkmənalı söz
Tabe tərəfi düzəltmə sifət olan I növ təyini söz birləşməsini göstərin.
A) çoxlu məsələ
B) təcrübəli bağban
C) şirindil uşaq
D) ipək köynək
E) həmin tapşırıq
"Bu da bir həqiqətdir ki, Azərbaycanın minillik tarixi üzrə ilk araşdırmalar əsas etibarilə əsrimizin ortalarından aparılmağa başlanmışdır" tabeli mürəkkəb cümləsində əvəzlik - qəlib baş cümlədə hansı sintaktik vəzifəni daşıyır?
A) tamamlıq
B) xəbər
C) zaman zərfliyi
D) təyin
E) mübtəda
Hansı fikir səhvdir?
A) Fonetika, leksikologiya, qrammatika dilçiliyin şöbələridir.
B) Dilçiliyin dialekt və şivələri öyrənən sahəsi etimologiya adlanır.
C) Lüğətçilik dilçiliyin təcrübi sahələrindən biridir.
D) Dilçilik elmi ictimai hadisə olan dili tədqiq edir.
E) Türklərin ilk ən böyük dilçisi XI əsr alimi M.Kaşğaridir.
"Biz övladlarımızı körpəlik çağlarından Vətəni sevməyə alışdırmalıyıq" cümləsindəki vasitəli tamamlıq nə ilə ifadə olunmuşdur?
A) feli sifət tərkibi ilə
B) məsdərlə
C) II növ təyini söz birləşməsi ilə
D) məsdər tərkibi ilə
E) isimlə
"Ömrün uzun olsun!", "Canın sağ olsun!", "Bəxtin ağ olsun!" nümunələri nitq etiketlərinin hansı növünə aiddir?
 
A) təbrik
B) müraciət
C) ayrılma
D) alqış
E) görüşmə
Hansı cərgədəki antonim sözlər əsl Azərbaycan sözlərindən ibarətdir?
A) zəif-güclü
B) ələm-nəşə
C) sülh-müharibə
D) isti-soyuq
E) nainsaf-rəhmdil
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top