Tapılan ümumi test sayı : 28

İ.Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" hekayəsində Səadət xanım obrazı ilə bağlı fikirlərdən hansı səhvdir?
A) Səadət xanım qulluqçusu Şamaha səmimi və mehriban münasibət bəsləyir.
B) Öz məhəbbətində vəfalı olan Səadət xanım romantik ruhlu, həssas, insanpərvər bir qızdır.
C) Müəllif Səadət xanımın simasında yeni fikirli gəncliyin nəcib insani xüsusiyyətlərini canlandırır.
D) Səadət xanımı yaşca özündən xeyli kiçik bir adama ərə vermək istəyirlər.
E) O, tək və arxasız olduğu üçün qarşısındakı maneələri yarıb sevgilisi Rəşid bəyə qovuşa bilmir.
Ədəbi irsi 17 min şer "Divan"ından, "Töhfətül-İraqeyn" poemasında 60-dan çox bədii nəsr nümunələrindən - məktublardan ibarət olan Azərbaycan şairi:
A) Qətran Təbrizi
B) Məhsəti Gəncəvi
C) Əfzələddin Xaqani
D) Fələki Şirvani
E) Nizami Gəncəvi
"Qonur atın vergil mana,
Altmış tutam göndərini vergil mana,
Ap-alaca qalxanını vergil mana...
Kafirə mən varayım".
Bu sözləri "Kitabi-Dədə Qorqud" dastanının hansı qəhrəmanı Salur Qazana deyir?
A) Beyrək
B) Qaragünə
C) Qaraca Çoban
D) Aruz
E) Uruz
Aşağıdakı nümunə hansı sənətkarın əsərindəndir?
" - Mənim anam kimdir?
Öz-özümə cavab verirə ki:
- Mənim anam rəhmətlik Zəhrəbanu bacı idi.
- Dilim nə dildir?
- Azərbaycan dilidir!"
A) Ə.Hüseynzadə
B) N.Nərimanov
C) C.Məmmədquluzadə
D) M.Ə.Rəsulzadə
E) Ə.Ağaoğlu
"Əlimdə bir əsa, gözümdə çeşmək,
Loğman tək gəzirəm vətən mülkünü."
Bu misralarda hansı bədii təsvir vasitəsi vardır?
A) metafora
B) simvol
C) təşbeh
D) metonimiya
E) epitet
Beytlər şəklində olan şer janrları hansılardır?
A) qəzəl, qoşma, təcnis
B) qəzəl, qəsidə, qitə
C) bayatı, qəzəl, qitə
D) məsnəvi, müxəmməs, qəzəl
E) rübai, tuyuq, qitə
Şerin müəllifi kimdir?
Zirvəndə oynaşan rüzgarlı acı,
İllərdir görünməz başının tacı,
Anlat ki, dərdinin nədir əlacı,
Nədir bu dumandan tüllər, a dağlar?!
A) Ə.Cavad
B) A.İldırım
C) S.Vurğun
D) M.Müşfiq
E) H.Cavid
M.F.Axundzadənin axırıncı komediyası:
A) "Mürafiə vəkillərinin hekayəti"
B) "Hekayəti - şüsyö Jordan və dərviş Məstəli şah"
C) "Hekayəti-xırs quldurbasan"
D) "Sərgüzəşti-vəziri-xani-Lənkəran"
E) "Hekayəti-Molla İbrahimxəlil kimyagər"
Ana dilimizdə yazılmış bu əsərlərdən birinin giriş hissəsində baharın təsviri verilir:
A) Xətai. "Dəhnamə"
B) Nizami. "Xosrov və Şirin"
C) Füzuli. "Leyli və Məcnun"
D) Nizami. "İsgəndərnamə"
E) Füzuli. "Rindü Zahid"
Rəsul Rzanın 60-70-ci illər lirikasının əsas və səciyyəvi mövzusu:
A) yeni həyatın tərənnümü
B) cənub həsrəti
C) insan və onun taleyi
D) repressiya dövrünün günahsız qurbanları
E) vətən məhəbbəti, torpağa bağlılıq
Feli sifətə dair səhv fikri göstərin:
A) Aid olduğu ismin əvvəlində gəlir.
B) Feli sifət isimləşə bilmir.
C) Təsdiq və inkar, təsirli və təsirsiz olur.
D) Həm felin, həm də sifətin əlamətlərini daşıyır.
E) Cümlədə ən çox təyin vəzifəsində işlənir.
Əsl Azərbaycan sözlərindən ibarət olan sinoniməri göstərin:
A) dünya-aləm
B) rütbə-çin
C) böyük-iri
D) dairə-çevrə
E) istedad-bacarıq
Biri işgüzar sənədlərə daxil deyil:
A) elan
B) protokol
C) əmr
D) arayış
E) tərcümeyi-hal
III növ təyini söz birləşmələri hansı sıradadır?
A) əli silahlı, beli kəmərli
B) səpin yeri, alın yazısı
C) qol saatı, cib dəftərçəsi
D) idmançıların biri, onların arzusu
E) asılı tərəf, bürkülü hava
Şərt budaq cümləli tabeli mürəkkəb cümlə baş cümləyə hansı vasitə ilə bağlanmışdır?
Əgər biz düşmənə vaxtında cavab versəydik, bu gün belə böyük bəlalarla üzləşməzdik.
A) bağlayıcı sözlə
B) -sa2 şəkilçisi iə
C) ədatla
D) bağlayıcı ilə
E) "əgər" bağlayıcısı və -sa2 şəkilçisi ilə
"Yazmalıyammış" sözünün morfoloji təhlilində harada səhvə yol verilmişdir?
A) məlum növdədir
B) -yam - şəxs şəkilçisi
C) -malı - felin vacib şəklinin şəkilçisi
D) -mış - felin nəqli keçmiş zaman şəkilçisi
E) yaz - sözün kökü, fel
"Quşun qanadı" və "təyyarənin  qanadı" birləşmələrindəki "qanad" sözü aşağıdakılardan hansına aiddir?
A) antonim
B) çoxmənalı söz
C) təkmənalı söz
D) sinonim
E) omonim
Azərbaycan dili hansı xüsusiyyətlərinə görə iltisaqi dillərı daxildir?
A) Morfoloji quruluşuna görə
B) Alınma sözlərin azlığına görə
C) Cümlədəki sözlərin sırasına görə
D) Lüğət tərkibinin zənginliyinə görə
E) Türk dilləri ilə qohumluğuna görə
Yalnız təyini əvəzliklərdən ibarət cərgəni göstərin:
A) hər, ora, heç kim
B) bütün, mən, bu
C) bütün, öz, hər
D) sən, öz, heç kəs
E) o, bütün, kim
"Qonaqları şam süfrəsi arxasında əyləşməyə dəvət etdilər." cümləsindəki vasitəli tamamlıq nə ilə ifadə olunmuşdur?
A) isimlə
B) məsdərlə
C) məsdər tərkibi ilə
D) feli sifət tərkibi ilə
E) II növ təyini söz birləşməsi ilə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top