Tapılan ümumi test sayı : 26

Şirvanşahlar sarayında məliküş-şüəra rütbəsi almış Azərbaycan şairi:
A) Mücirəddin Beyləqani
B) Qətran Təbrizi
C) Əbül-üla Gəncəvi
D) Qivami Mütərrizi Gəncəvi
E) Fələki Şirvani
M.Hüseyn hansı şairin həyatından bəhs edən dram əsəri yazmışdır?
A) Nizami Gəncəvi
B) İmadəddin Nəsimi
C) Məhəmməd Füzuli
D) Şah İsmayıl Xətai
E) Əfzələddin Xaqani
Aləm oldu şad səndən, mən əsiri-qəm hənuz,
Aləm etdi tərki-qəm, məndə qəmi-aləm hənuz. (M.Füzuli)
Nümunədə işlənmiş bədii ifadə vasitələrini göstərin:
A) anafora və təzad
B) epifora və bədii sual
C) anafora və bədii sual
D) təzad və bədii sual
E) anafora və təşbeh
A.Bakıxanovun hansı əsəri poema sayılır?
A) "Gülüstani - İrəm"
B) "Kəşkül - qəraib"
C) "Əsrarül - mələkut"
D) "Mişkatül - ənvar"
E) "Kitabi - Əsgəriyyə"
M.P.Vaqifin şerləri:
1. "Hayıf ki yoxdur"
2. "Badi-səba, söylə mənim yarıma"
3. "Eylər"
4. "Gəlsin, gəlməsin?"
5. "Pəri"
6. "Görmədim"
A) 1, 2, 3
B) 3, 4, 5
C) 2, 3, 4
D) 1, 3, 4
E) 1, 5, 6
"Anamın kitabı" komediyasında atanın vəsiyyətinin oxunması epizodu ilə C.Məmmədquluzadə nə demək istəyirdi?
A) Torpağı və millətin dilini qorumaq lazımdır.
B) Övladlar ataının vəsiyyətini əziz tutub öz analarına ehtiram göstərməlidirlər.
C) Xilas yolu didişməkdə, onun-bunun ağuşuna atılmaqda yox, Vətən istiqlalı ideyası ətrafında birləşməkdədir.
D) Xalq üçün gərəkli işlə məşğul olmaq lazımdır.
E) Xalq öz ziyalılarını qiymətləndirməlidir.
Yalnız epik növün janrları olan cərgəni göstərin:
A) roman, povest, hekayə
B) poema, faciə, komediya
C) qəzəl, hekayə, rübai
D) qoşma, təmsil, lətifə
E) povest, əfsanə, faciə
"Koroğlu" dastanında yardımçı qüvvələr kimi göstərilənlərdən biri yanlışdır.
A) Çənlibel
B) Qoşabulaq
C) Dürat
D) Misri qılınc
E) Qırat
Z.Marağayinin "İbrahim bəyin səyahətnaməsi" romanı haqqındakı fikirlərdən biri yanlışdır:
A) Əsas ideyası vətənpərvərliyə çağırışdır.
B) Əsərdə hökumətin səhlənkarlığı, məmurların rüşvətxorluğu,əyanların lovğalığı tənqid  olunur.
C) Romanda məhəbbət mövzusu da əsas yer tutur.
D) Mövzusu Şimali Azərbaycan həyatından götürülmüşdür.
E) Romanın qəhrəmanı ibrahim bəy Azərbaycanın böyük tacirlərindən birinin oğludur.
H.Cavidin "İblis" faciəsində bu sözləri atasının intiqamını almaq hissləri ilə yaşayan hansı surət deyir?
Ah, babam, bir də anlı, şanlı babam,
İntiqam almadan, inan yaşamam.
A) Vasif
B) Xavər
C) Arif
D) Elxan
E) Rəna
Hansı söz quruluşca mürəkkəb deyil?
A) qırxayaq
B) böyürtkən
C) qaraquş
D) quşüzümü
E) günəbaxan
Hansı cümlədə say vardır?
A) Çox bil, az danış.
B) Az adam tapılar ki, ədalətin tərəfində olmasın.
C) Az ye, həmişə ye.
D) Natiq az danışdı.
E) Onlar bir azdan yola düşəcəklər.
Ara söz hansı cümlədədir (Durğu işarələri buraxılmışdır)?
A) Haqq yolu doğru yoldur.
B) Dediyim yalan deyil doğrudur.
C) Bu gün doğrusu heç halım yoxdur.
D) Sözün doğrusu həmişə acı olur.
E) Doğru sözə zaval yoxdur.
"Mənim qapım hər kəsin üzünə açıqdır"  cümləsinin morfoloji təhlili ilə bağlı doğru cavabları göstərin:
1. Mənim - şəxs əvəzliyidir, mənsubiyyət şəkilçisi qəbul etmişdir.
2. qapım - isimdir, mənsubiyyət şəkilçisi qəbul etmişdir.
3. hər kəsin - təyini əvəzlikdir, yiyəlik haldadır.
4. üzünə - isimdir, mənsubiyyət və hal şəkilçilərini qəbul etmişdir.
5. açıqdır - feldir, indiki zamandadır.
A) 2, 4, 5
B) 2, 4
C) 1, 2, 3
D) 1, 2
E) 3, 4
Çoxmənalı sözlər nədir?
A) Əks mənalı sözlərdir.
B) Yazılışı və deyilişi eyni, lakin mənaları müxtəlif olan sözlərdir.
C) Əsas məna ilə bağlı əlavə məna da bildirən sözlərdir.
D) Müxtəlif mənalı ayrı-ayrı sözlədir.
E) Eyni və ya yaxın mənalı sözlərdir.
İltisaqi dillərdə bir qayda olaraq müşahidə edilmir:
A) söz kökünün dəyişməsi
B) sözün kökünə bir neçə şəkilçinin qoşulması
C) ahəng qanunu
D) mənsubiyyətə görə dəyişmə
E) sözlərin hallanması
"Şərait" sözünün fonetik təhlilində harada səhvə yol verilmişdir?
A) sözün tələffüzü ilə yazılışı fərqlidir
B) [ş] və [t] samitləri kar, [r] və [y] samitləri cingiltilidir
C) 6 hərf, 7 səsdən ibarətdir
D) vurğu ikinci hecaya düşür
E) [ə] - incə, qalın, dodaqlanmayan; [a] - qalın, açıq, dodaqlanmayan saitdir.
Hansı fellər fel şəkillərinin hekayəsindədir?
I.    yazdırdı
II.   yazıldı
III.   yazırdı
IV.   oxutdurdu
V.   oxuyardı
A) I,V
B) I,IV
C) III,IV
D) III,V
E) II,V
"Vətəni sevmək niyə
Günah olur, ay Allah?" 
Burada mübtəda nə ilə ifadə olunmuşdur?
A) isimlə
B) məsdərlə
C) sifətlə
D) məsdər tərkibi ilə
E) ismi birləşmə ilə
Sözlərdən birinin yazılışı ilə deyilişi fərqlənmir:
A) Bəsti
B) Fəridə
C) Alyanaq
D) Nailə
E) Səadət
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top