Tapılan ümumi test sayı : 26

Ağıllı, ədalətli və igid hökmdardır. Ölkədə aclıq olarkən, dövlət xəzinəsini açaraq xalqa kömək edir. Lakin sonralar başı bir müddət eyş-işrətə qarışır və ölkənin idarəsi unudulur.
Bu sözlər N.Gəncəvinin hansı qəhrəmanını səciyyələndirir?
A) Hörmüzü
B) İsgəndəri
C) Bəhramı
D) Şirini
E) Xosrovu
S.Vurğunun "Azərbaycan" və S.Rüstəmin "Təbrizim" şerlərinin ortaq cəhətləri ilə bağlı fikirlərdən biri yanlışdır:
A) Hər iki şer beşlik formasında, heca vəznindədir.
B) Hər iki şerdə bütöv Azərbaycan idealından söhbət gedir.
C) Hər iki şerdə bəndlərin qafiyə quruluşu eynidir.
D) Hər iki şer lirik-emosional üslubda, obyektə müraciətlə yazılmışdır.
E) Hər iki şer bəndlər şəklindədir.
C.Cabbarlı yaradıcılığının birinci dövrünə aid əsəri göstərin:
A) "Sevil"
B) "Nəsrəddin şah"
C) "Od gəlini"
D) "Dönüş"
E) "Oqtay Eloğlu"
"-Sən Həzrət Abbas, Həsən ağanın qohumusan?
-Həzrət Abbas haqqı, Həsən ağanın qohumuyam.
-Bəs elə isə gəl min mənim boynuma.
Neyləyim Həsən ağanın qohumusan, gözlə, vaxtında kağız hazır olar apararsan".
Bu sözləri deyən obraz kimdir?
A) Heydər bəy (M.F.Axundzadə)
B) Novruzəli (C.Məmmədquluzadə)
C) Vəli xan (C.Məmmədquluzadə)
D) Mirzə Səfər (Ə.Haqverdiyev)
E) Usta Zeynal(C.Məmmədquluzadə)
Q.Zakirin "Durnalar" əsəri haqqında düzgün olan fikirləri seçin:
1. Qoşmada qürbət sıxıntısı, vətən həsrəti təsirli bir dillə əks etdrilib.
2. "Durnalar" mövzusunda yazılan digər qoşmalardan fərqli olaraq, bu əsərdə ictimai məzmun daha güclüdür.
3. Şair "Laçın yatğıdır bizim məkanlar" deməklə yurdunun mərdlər diyarı olmasını nəzərdə tutur.
4. Əsər qoşma janrında yazılmışdır.
5. Bu şeri Q.Zakir M.F.Axundzadəyə müraciətlə yazmış və ağır həbsxana şəraitindən şikayətlənmişdir.
A) 1, 3, 5
B) 2, 3
C) 1, 2, 4
D) 1, 2, 5
E) 1, 4, 5
Qafiyə quruluşuna görə qəzəllə eyni olan şer növü hansıdır?
A) mürəbbe
B) rübai
C) qitə
D) müxəmməs
E) qəsidə
"Bax" qəzəlinin müəllifi:
A) Şah İsmayıl Xətai
B) Molla Pənah Vaqif
C) İmadəddin Nəsimi
D) Molla Vəli Vidadi
E) Məhəmməd Füzuli
XIX əsrin sonlarında yaranmış bədii nəsr əsərlərini göstərin:
A) "Müsibəti-Fəxrəddin", "Dağılan tifaq", "Nadir şah"
B) "Kitabi-Əsgəriyyə", "Rəşid bəy və Səadət xanım", "Aldanmış kəvakib"
C) "Poçt qutusu", "Qurbanəli bəy", "Usta Zeynal"
D) "Səəbiyyə", "Pir", "İnsanların tarixi faciələri"
E) "Danabaş kəndinin əhvalatları", "Bahadır və Sona",  "Məktubatı-Şeyda bəy Şirvani"
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülü,
Sənin qəlbin əsmədi... (B.Vahabzadə)
Nümunədə hansı bədii ifadə vasitələri işlənmişdir?
1. kinayə                  2. təzad                   3. bədii sual
4. mübaliğə              5. litota
A) 1, 4
B) 3, 5
C) 2, 5
D) 2, 4
E) 1, 3
Şifahi xalq ədəbiyyatının lirik növünə daxildir:
1. mahnılar               2. əsatirlər                 3. laylalar         
4. nağıllar                 5. oxşamalar
A) 1, 3, 5
B) 2, 3, 4
C) 1, 3, 4
D) 3, 4, 5
E) 1, 2, 5
Aşağıdakı sözlərdən hansının tərkibində ancaq dodaqlanan saitlər iştirak edir?
A) yoluxmaq
B) meydança
C) nəsimişünas
D) yorğun
E) qiraət
Səhv fikir hansıdır?
A) Mübtəda ancaq adlıq halda ola bilər.
B) Qeyri-müəyyən yiyəlik hal ayrıldıqda heç bir cümlə üzvü ola bilməz.
C) Yerlik və çıxışlıq halda olan isimlər cümlənin yalnız zərfliyi və tamamlığı ola bilirlər.
D) Təsirlik hada olan sözlər cümlənin xəbəri ola bilməz.
E) Yerlik halda olan söz qoşmalarla işlənə bilmir.
Zaman zərflərindən ibarət cərgəni göstərin:
A) dünən, xeyli, əlüstü
B) bərkdən, sonra, yavaşca
C) asta, bu gün, qəfildən
D) yuxarı, istidən, axşam
E) həmişə, indi, çoxdan
"Xəstələnməyən adam" birəşməsinin asılı tərəfi nə ilə ifadə olunmuşdur?
A) feli sifətlə
B) məsdərlə
C) feli bağlama ilə
D) isimlə
E) sifətlə
Hansı cümlənin xəbərinin deyilişi yazılışından fərqlənir?
A) Süfrəyə isti çörək gətirdilər.
B) Sürücülər arasında mübahisə gedirdi.
C) Babamın söhbətləri çox maraqlıdır.
D) Quyunun suyu günbəgün azalırdı.
E) Balıqçılar qayığa mindilər.
Aşağıdakılardan biri məişət üslubunun əlamətlərindən sayıla biməz:
A) sərbəstlik
B) daha çox bütöv cümlələrdən istifadə
C) intonasiya, jest-hərəkət-mimika
D) yığcamlıq
E) dialoji nitq şəklində olması
Mürəkkəb yer zərfliyi işlənmiş cümlələri göstərin:
1. Dayımgil Cəlilabadda yaşayır.
2. Gündəliyim Həsən müəllimdə qalmışdı.
3. Bağımız dəniz kənarında yerləşir.
4. Kənd yerində yaşayan bunu bilməz.
5. Təzə evlər Babək prospektində yerləşir.
A) 3, 5
B) 1, 5
C) 2, 3
D) 2, 4
E) 1, 4, 5
"Zülmə adət etmiş xalq Yusif Sərraca qarşı üsyan qaldırdılar" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) fonetik
B) qrammatik
C) fonetik və qrammatik
D) leksik və fonetik
E) leksik
Sözlərin və ya cümlələrin təsir gücünü artıran nitq hissəsi:
A) modal söz
B) nida
C) ədat
D) sifət
E) qoşma
"Demişdim" felində "-di" nədir?
A) "idi" hissəciyinin qısaldılmışı
B) "-dir" şəkilçisinin tələffüz variantı
C) xəbər şəklinin şəkilçisi
D) şühudi keçmiş zaman şəkilçisi
E) nəqli keçmiş zaman şəkilçisi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top