Tapılan ümumi test sayı : 28

Hansı sıra tamamilə romantizm ədəbi cərəyanının nümayəndələrindən ibarətdir?
A) H.Cavid, M.Hadi, C.Məmmədquluzadə, Ə.Qəmküsar
B) H.Cavid, M.Hadi, A.Səhhət, A.Şaiq
C) H.Cavid, M.Hadi, A.Şaiq, M.Ə.Sabir
D) A.Səhhət, A.Şaiq, M.Möcüz, M.Ə.Sabir
E) C.Məmmədquluzadə, M.Hadi, Ə.Haqverdiyev, H.Cavid
M.Füzulinin "Leyli və Məcnun" poemasının yazılma səbəbi hansı sırada düzgün göstərilmişdir?
A) Qeys və Leyli kimi gənclərin faciəsini açmaq niyyəti
B) Rum "zəriflərinin" bu barədə xahişi, onların bu mövzuda türk dilində də belə bir əsər görmək arzusu
C) Şairin Nizami Gəncəviyə olan böyük məhəbbəti və öz adının onunla qoşa çəkilməsi istəyi
D) Ana dilində bu mövzuda əsər yazmaqla Nizami Gəncəvidən də şöhrətli olmaq arzusu
E) Sultan Süleyman Qanuninin şairdən bu mövzuda ana dilində əsər yazmasını xahiş etməsi
S.Ə.Nəbatinin aşağıdakı şerlərindən birində dünyəvi eşqlə sufi-panteist məhəbbətin tərənnümü qovuşur:
A) "Ey Sənəm"
B) "Gəlsin, gəlməsin?"
C) "Yaradıb"
D) "Gözlərin"
E) "Eşq camından içən kimsənə..."
"Hökmdar! Yerlərə, göylərə bir bax,
Buludlar qaralır matəm tutaraq".   (S.Vurğun)
Nümunədə işlənmiş bədii təsvir vasitəsini göstərin:
A) epitet
B) simvol
C) təşbeh
D) metonimiya
E) metafora
Aşağıdakı şairlərdən birinin lirik şerlərində vətən həsrəti mövzusu əsas yer tutur:
A) M.Müşfiq
B) H.Cavid
C) S.Vurğun
D) Ə.Cavad
E) A.İldırım
Hansı xüsusiyyət nağıl aid edilə bilməz?
A) epiklik
B) mövzu və məzmununa görə müxtəliflik
C) hadisələrin təsvirində rəvayət üslubu
D) xalq müdrikliyinin ifadəsi
E) nəzmlə nəsrin üzvi vəhdət təşkil etməsi
Surətlərdən biri M.F.Axundzadənin "Aldanmış kəvakib" povestindədir:
A) Mirzə Yəhya
B) Ağa Mərdan
C) Mirzə Həbib
D) Molla Salman
E) Hacı Nuru
"Fəqət sevməyirəm mən heç bir kəsi,
Xəyalım bir yerdə qərar tutmayır.
Üzümə dəydikcə övlad nəfəsi,
Ürəyim ilk eşqi heç unutmayır".

S.Vurğunun "Aygün" poemasının qəhrəmanı  bu sözləri kimə yazmışdı?
A) Nemətə
B) Əmirxana
C) Elyara
D) müəllifə
E) Ülkərə
Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında hansı obraz Xosrovu məzəmmət edir, ona öyüd-nəsihət verərək, şahlıq qürurundan əl çəkməyə çağırır?
A) Fərhad
B) Məhinbanu
C) Şapur
D) Şirin
E) Hörmüz
"Yazıq ... oda salıbdı,
Fələk gözdən salıb, o da salıbdı.
Çeşmə kənarında oda saıbdı,
Cumub sona kimi ay üzə-üzə"
Buraxılmış sözü və şerin janrını göstərin:
A) Ələsgəri, təcnis
B) Sarı aşığı, gəraylı
C) Abbası, təcnis
D) Qurbanini, qoşma
E) Xəstə Qasımı, qoşma
II növ təyini söz birləşmələrindən ibarət olan cərgəni göstərin:
A) qartal yuvası, kənd havası, Şəki halvası
B) mənim qələmim, Əlinin kitabı, sənin nəğmən
C) ellər yaraşığı, sizin tərəflər, onun niyyəti
D) bizim ellər, "Od gəlini" pyesi, yaxşı oxumaq
E) Xanın səsi, muğam havası, mənim universitetlərim
Hansı fikir səhvdir?
A) "Xırdaca" sözü azaltma dərəcəsindədir.
B) İşlənmə yerinə görə sifət saya oxşayır.
C) Feldən sifət düzəltmək mümkündür.
D) Sifət cümlənin xəbəri kimi işlənə bilir.
E) Sifətin azaltma dərəcəsini əmələ gətirmək üçün "açıq" sözündən də istifadə edilir.
Nitq hissəsi və onların dəyişməsi qaydalarını öyrənən dilçilik şöbəsi necə adlanır?
A) sintaksis
B) orfoqrafiya
C) fonetika
D) morfologiya
E) leksikologiya
Aşağıdakılardan biri xəbərin ifadə vasitəsi kimi səhv göstərilmişdir:
A) ismi birləşmələr
B) şəxs əvəzlikləri
C) məsdər tərkibləri
D) felin təsriflənən formaları
E) feli bağlama tərkibləri
İsimlərdən sifət düzəldən -i(-vi) şəkilçisi hansı sözün fonetik tərkibinə təsir göstərmir?
A) kimya
B) dünya
C) məna
D) inqilab
E) xalq
Yazıda tabeli mürəkkəb cümlələrin tərkib hissələrini bir-birindən ayıran durğu işarəsi:
A) vergül
B) nöqtəli vergül
C) tire
D) nida işarəsi
E) dırnaq
İdi hissəciyi felin hansı şəkillərinə artırıla bilmir?
A) lazım, arzu
B) vacib, arzu
C) lazım, şərt
D) əmr, şühudi keçmiş zaman
E) lazım, nəqli keçmiş
Hansı sırada çoxmənalı söz işlənmişdir?
A) Mil düzü-sözün düzü
B) ayın işığı-may ayı
C) Kür çayı-şirin çay
D) yaş ağac-uşağın yaşı
E) uşağın üzü-suyun üzü
"Sizin sənədlərə baxılanda mən orda olmamışam" cümləsindəki altından xətt çəkilmiş sözün morfoloji təhlilində yol verilmiş səhvi göstərin:
A) təsirsizdir
B) quruluşca düzəltmədir
C) feli bağlamadır
D) məchul növdədir
E) təsdiqdədir
Bunlardan biri funksional üslublara daxil edilə bilməz:
A) fərdi üslub
B) elmi üslub
C) məişət üslubu
D) publisistik
E) bədii üslub
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top