Tapılan ümumi test sayı : 44

M.F.Axundzadənin "Hekayəti-müsyö Jordan həkimi - nəbatat və dərviş Məstəli şah caduküni - məşhur" əsərinin qəhrəmanı Şahbaz bəy haqqındakı fikirlərdən biri yanlışdır:
A) Təhsilini artırmağa çalışan, böyük böyük arzularla yaşayan gəncdir.
B) Kənddə xəstəxana, məktəb açmaq, xalqı maarifləndirmək üçün mübarizə aparır.
C) Avamlar mühitində bir qığılcım kimi parlayan obrazdır.
D) XIX əsr Azərbaycan ədəbiyyatında mütərəqqi ideyaların ifadəçisi olan gənc ziyalıların nümayəndəsidir.
E) Parisə getmək, fransız dilini öyrənmək arzusundadır.
Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsində Cahangir bəy qan intiqamı uğrunda gedən çarpışmalara niyə qoşulur?
A) Səadət xanıma qovuşmaqda Fəəxrəddini özünə başlıca mane bildirdi.
B) Rüstəm bəyə xoş gəlsin deyə bu işə gedir.
C) Rəşidin intiqamını almaq istəyir.
D) Onun Fəxəddinlə köhnədən ədavəti var idi.
E) Fəxrəddinin apardığı islahatları qəbul edə bilmirdi.
M.Füzulinin hansı əsərində musiqi alətləri alleqorik obrazlar kimi iştirak edir?
A) "Yeddi cam"
B) "Söhbətül-əsmar"
C) "Səhhət və Mərəz"
D) "Ənisül-qəlb"
E) "Bəngü Badə"
Vaqif (S.Vurğun. "Vaqif") Qazax mahalına - Vidadinin evinə nə üçün gəlmişdi?
A) Kəndlilərin vəziyyətini öyrənmək fikrində idi.
B) Vəzirlikdən çıxrıldığı üçün kəndə qayıtmışdı.
C) Kənd üçün, kənd adamları üçün darıxmışdı.
D) Vidadini oğlu Əli bəyin toyuna aparmaq istəyirdi.
E) Daha sarayda xidmət etmək istəmədiyindən kəndə qayıtmışdı.
M.Müşfiqin mətbuatda çap olunmuş son əsəri:
A) "Gecə düşüncəsi"
B) "Duyğu və yarpaqları"
C) "Həyat sevgisi"
D) "Küləklər"
E) "Bir gün"
Aşıq Ələsgərin "Görmədim" şeri ilə bağlı fikirlərdən biri yanlışdır:
A) Şerdə vəfasız, namərd adamların mənəvi eybəcərlikləri təsvir olunur.
B) İctimai-əxlaqi məzmunludur.
C) Lirik qəhrəmanı öz aldanışları ağrıdır.
D) "Görmədim" sözü rədifdir.
E) Şer müxəmməs janrındadır.
Aşağıdakı xüsusiyyətlər N.Gəncəvinin hansı qəhrəmanına aiddir?
Gözəl rəqqasə və musiqiçidir. Ağıllı və cəsarətli bir insandır. Ağlı və tədbiri ilə ən çətin vəziyyətlərdən çıxış yolu tapır. Hökmdara sübut edir ki, insan məşqlə, zəhmətlə ən çətin işlərin öhdəsindən gələ bilər.
A) Nüşabə
B) Nəkisa
C) Şəkər
D) Fitnə
E) Məhinbanu
Dodağın qönçədi, dişlərin sədəf,
Qaşların qüdrətdən qara, Bəyistan! 

Birinci misrada hansı bədii təsvir vasitəsi işlənmişdir?
A) metonimiya
B) təşbeh
C) simvol
D) metafora
E) epitet
Bunlardan biri beytlər şəklindədir:
A) qoşma
B) müxəmməs
C) rübai
D) gəraylı
E) qitə
Çırmanırıq keçməyə çay gəlməmiş,
Başlayırıq qızmağa yay gəlməmiş  - 

misraları M.Ə.Sabirin hansı satirasındandır?
A) "Əkinçi"
B) "Bizə nə?"
C) "Satıram"
D) "Kim nə deyər bizdə olan qeyrətə?!"
E) "Ürəfa marşı"
Cümlədə köməkçi nitq hissələrindən hansılar işlənmişdir?
Rauf onları lap evəcən ötürdü. 
A) ədat və modal söz
B) ədat və qoşma
C) ədat və bağlayıcı
D) qoşma və bağlayıcı
E) bağlayıcı və modal söz
"Professor Ağayev həzin bir adamdır"  cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) həm leksik, həm qrammatik
B) leksik
C) həm fonetik, həm qrammatik
D) fonetik
E) qrammatik
Tərkibində yalnız qapalı saitlər işlənmiş, ahəng qanununa tabe olmayan əsl Azərbaycan sözlərini göstərin.
1. ilan              2. vücud                3. işıq                4. şüur                  5. vacib                  6. ildırım
A) 1, 6
B) 3, 6
C) 1, 2
D) 4, 5
E) 2, 5
Sifət hansı cümlədə isimləşmişdir?
A) Bu gözəl qız qoşunun  sərkərdəsi imiş.
B) O, əvvəlki əməllərinə görə xəcalət çəkirdi.
C) Qənirə bugünkü libasda daha gözəl görünürdü.
D) Məmməd bəy dəmir dəbilqəni başından götürdü.
E) Gözəl görünər, çirkin bürünər.
"Kamal" sözünün leksik təhlili ilə bağlı səhvi göstərin.
A) Sinonimi "yetkinlik" sözüdür.
B) Omonim kimi işlənə bilmir.
C) Avropa mənşəlidir.
D) Təkmənalıdır.
E) Alınma sözdür.
"Padşah əmr elədi, otağın bir tərəfinə pərdə çəksinlər"  cümləsi haqqındakı fikirlərdən yalnız biri doğrudur:
A) Tabeli mürəkkəb cümlə deyil, sadə cümlədir.
B) Təyin budaq cümləli tabeli mürəkkəb cümlədir.
C) Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlədir.
D) Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlədir.
E) Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlədir
Bir rəsmi-işgüzar üslub üçün əlamətdar deyil:
A) arxaik leksikanın və sintaktik konsruksiyaların uzun müddət mühafizə oluna bilməsi
B) fikrin olduqca yığcam ifadə olunması
C) sintaksisinin məhdudluğu
D) fərdi nitq ünsürlərinin, obrazlı söz və ifadələrin işlənməsi
E) lüğət tərkibinin yığcamlığı
"Qapını örtmək"  feli birləşməsinin tərəfləri arasında hansı sintaktik əlaqə vardır?
A) tabesizlik
B) uzlaşma
C) idarə
D) həm uzlaşma, həm yanaşma
E) yanaşma
Hansı cümlənin həm mübtədası həm, həm də xəbəri III növ təyini söz birləşməsiilə ifadə olunmuşdur?
A) Dünənki atlılar yolda qalacaq.
B) Nəvainin hədiyyəsi onu heyran etmişdir.
C) Kəmaləddin Behzadın fırçası ilahinin vergisidir.
D) Qurbaninin fikri özgə yerdə idi.
E) İsmayılın istək və arzuları bitib-tükənmirdi.
İltisaqi dillər üçün əsasdır:
A) söz kökünün daxildən dəyişməsi
B) şəkilçilərin söz sonuna artırılması
C) ahəng qanununun olmaması
D) sözə əvvəl qrammatik, sonra leksik şəkilçilərin artırılması
E) ön şəkilçilərin işlənməsi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top