Tapılan ümumi test sayı : 44

Azərbaycan dili hansı xüsusiyyətinə görə iltisaqi dillərə daxildir?
A) Morfoloji quruluşuna görə
B) Lüğət tərkibinin zənginliyinə görə
C) Cümlədəki sözlərin sırasına görə
D) Alınma sözlərin azalığına görə
E) Türk dilləri ilə qohumluğuna görə
"Mənim uşaqlıq illərim kənddə keçibdir" cümləsinin morfoloji təhlilindəki səhvi göstərin.
A) illərim - sadə isimdir, cəm və mənsubiyyət şəkilçiləri qəbul etmişdir
B) mənim - şəxs əvəzliyidir, yiyəlik haldadır
C) keçibdir - feldir, nəqli keçmiş zamandadır
D) kənddə - yer zərfidir, quruluşca sadədir
E) uşaqlıq - düzəltmə isimdir, yiyəlik haldadır
Hansı cümlədə fel icbar növdə deyil?
A) Yükləri daşıtdım.
B) Ana məktubu oxutdu.
C) Otağı bəzətdim.
D) Otağı təmizlətdim.
E) Onu kiməsə oxşatdım.
"Susmaq" sözünün fonetik təhlilindəki səhvləri göstərin:
1) 6 səs, 6 hərfdən ibarətdir.
2) Sözün yazılışı ilə deyilişi fərqlənmir.
3) İki cingiltili, iki kar samit vardır.
4) [u] - qalın, qapalı, dodaqlanan saitdir.
5) [q] - cingiltili samitdir, kar qarşılığı [x] - dır.
A) 1, 3, 4
B) 1, 2
C) 2, 3, 5
D) 4, 5
E) 2, 3, 4
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top