Tapılan ümumi test sayı : 44

"Qılınc yarası sağalar, ancaq söz yarası sağalmaz"  cümləsinin morfoloji təhlilindəki səhvi göstərin.
A) söz - sadə isimdir, yiyəlik hadadır
B) yarası - isimdir, mənsubiyyət şəkilçisi qəbul etmişdir
C) sağalar - sifətdən düzəlmiş feldir, xəbər şəklinin qeyri-qəti gələcək zamandadır
D) ancaq - qarşılaşdırma bağlayıcısıdır
E) qılınc - sadə isimdir, adlıq haldadır
Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsindəki Rüstəm bəy surəti haqqındakı fikirlərdən biri yanlışdır:
A) Öz övladını dərin məhəbbətlə sevən atadır.
B) Qəddar, amansız və intiqamçı bir bəydir.
C) Oxumağın, maarifin qəddar düşmənidir.
D) Oğlu Rəşidin intiqamı yolunda hər şeyə razı olur.
E) Əsərin sonunda öz əməllərindən peşman olur.
M.F.Axundzadənin "Aldanmış kəvakib" povestində əks qütblərdə dayanan obrazlar:
A) Axund Səməd, Mövlana Cəmaləddin
B) Şah Abbas, Axund Səməd
C) Şah Abbas, Yusif Sərrac
D) Sərdar Zaman xan, Mirzə Sədrəddin
E) Mirzə Möhsün, Mirzə Yəhya
M.Füzulinin "Padişahi-mülk" əsəri ilə bağlı fikirlərdən biri səhvdir:
A) Qitədə hökmdar və şair surətləri qarşılaşdırılır.
B) Əsərin sonunda şair adını çəkir və padşahdan kömək ummaq fikrinə düşdüyü üçün peşmançılığını bildirir.
C) Şairin ictimai məzmunlu məşhur qitəsidir.
D) Əsərdən  çıxan nəticə budur ki, padşahın hakimiyyəti müvəqqəti, şairin sənəti isə əbədidir.
E) Əsərdə işğalçı müharibələrə nifrət hissi aşılanır.
R.Rza şerlərinin birində  "O kəs ki torpağa, xalqa bağlıdır, kökü xalq mənəviyyatının dərinliklərindəndir, onu əymək olmaz" qənaətinə gəlir:
A) "Çinar"
B) "Rənglər"
C) "Bu gün"
D) "Pəncərəmə düşən işıq"
E) "Vətən"
"Laçın yuvası", "Çərxi-fələk", "Şeytan", "Eşq və intiqam"  adlı pyeslərin və  "Qorxulu nağıllar"  silsiləsi adlı hekayələrin müəllifi:
A) A.Şaiq
B) C.Məmmədquluzadə
C) C.Cabbarlı
D) S.S.Axundov
E) Ə.Haqverdiyev
"Kitabi-Dədə Qorqud"da təsvir edilən Bayandır xan haqqında verilmiş fikirlərdən biri yanlışdır:
A) Oğuz elinin böyükləri onun çadırına toplaşaraq məsləhət alırdılar.
B) Oğuz elinin başçısıdır.
C) Heç bir boyda Bayandır xanla bağlı əhvalat yoxdur.
D) Qəhrəmanlıq göstərən bəylər onun igidləri sayılır və yanına gəlmək hüququ qazanırdılar.
E) Bayandır xan döyüşlərdə oğuzlara başçılıq edir və düşmənlə döyüşürdü.
Dil ilə dərvişlik olmaz,
Halı gərək yol əhlinin,
Balı gərək yol əhlinin
.
İlk bəndi nümunə gətirilən bu şerin müəllifini və janrını müəyyənləşdirin.
A) Aşıq Ələsgər, gəraylı
B) Xətayi, gəraylı
C) Xətayi, qoşma
D) Vaqif, qoşma
E) Zakir, gəraylı
Nümunədə işlənmiş məcazın növünü müəyyənləşdirin.
Gül bənizli, şahin baxışlı yarın
Könlünə saçdığı yeni ilham var. 
(H.Cavid)
A) təşbeh
B) təzad
C) mübaliğə
D) metonimiya
E) epitet
Qəsidənin sırf dini məzmun daşıyan növləri:
A) nət, fəxriyyə
B) nət, mədhiyyə
C) minacat, mədhiyyə
D) minacat, fəxriyyə
E) minacat, nət
M.Hadinin şeri hansıdır?
A) "Azərbaycan"
B) "Türkün nəğməsi"
C) "Nə işim var?"
D) "Göy göl"
E) "Ana"
"Anam və mən "Şah İsmayıl" operasına tamaşa etdim" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) qrammatik
B) orfoqrafik
C) orfoepik
D) leksik və qrammatik
E) leksik
"Bu işin öhdəsindən ancaq sən gələ bilərsən, Abbasqulu bəy"  cümləsindəki ədatın məna növünü göstərin:
A) qüvvətləndirici
B) dəqiqləşdirici
C) əmr
D) məhdudlaşdırıcı
E) arzu
Hansı cərgədəki sözlər yalnız kar qarşılığı olmayan cingiltili samitlərdən ibarətdir?
A) səməni, müsəlman
B) minarə, normal
C) namərdlik, varlanma
D) gülləbaran, Nargilə
E) söndürülmək, narahatlıq
Hansı əvəzliklər həm sifətin, həm də zərfin yerində işlənə bilər?
1. o                     2. bu               3. elə
4. belə                5. həmin
A) 2, 3
B) 4, 5
C) 1, 2
D) 3, 4
E) 1, 5
"Elan" sözünün leksik təhlili ilə bağlı fikirlərdən biri yanlışdır:
A) Alınma sözdür.
B) Antonimi yoxdur.
C) Çoxmənalı sözdür.
D) Ümumişlək sözdür.
E) Sinonimi "bildiriş" sözüdür.
"Həq bilir, sözümə hiylə qatmazam"  cümləsinin növünü göstərin.
A) Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlə
B) Cüttərkibli sadə geniş cümlə
C) Tabesiz mürəkkəb cümlə
D) Təktərkibli geniş cümlə
E) Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə
Biri rəsmi sənədlərin dili üçün istisnadır:
A) fikrin hüquqi əsaslılığı
B) fikrin maksimum mükəmməlliyi və yığcamlığı
C) fikrin aydınlığı, birmənalılığı
D) fikrin daha çox nitq şablonları və ya standart formalar üzrə qurulması
E) fikrin emosionallığı və obrazlılığı
"Tez fikirləşən" feli birləşməsinin tərəfləri arasında hansı sintaktik əlaqə vardır?
A) yanaşma
B) uzlaşma
C) tabesizlik
D) həm uzlaşma, həm idarə
E) idarə
"O, bizim imtahanlarımızın nəticəsini maraqla izləyirdi"  cümləsindəki tamamlıq nə ilə ifadə olunmuşdur?
A) III növ təyini söz birləşməsi ilə
B) isimlə
C) məsdər tərkibi ilə
D) II növ təyini söz birləşməsi ilə
E) I növ təyini söz birləşməsi ilə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top