Tapılan ümumi test sayı : 27

"Sən, deyəsən, məni yaxşı tanımırsan"  cümləsinin morfoloji təhlilində yol verilmiş səhvi göstərin.
A) "yaxşı" - sifətdir, adi dərəcədədir.
B) "məni" - şəxs əvəzliyidir, təsirlik haldadır.
C) "sən" - şəxs əvəzliyidir, II şəxsin təkində, adlıq haldadır.
D) "tanımırsan" - məlum növdə olan feldir, inkardadır.
E) "deyəsən" - modal sözdür, güman, şübhə bildirir.
Ay həzərat, gəlin sizə söyləyim,
Bu dünyanın xəyanatı çıxıbdı.
İnsaflar azalıb, mürvət gödəlib,
Qazıların mazarratı çıxıbdı.

Bənd hansı sənətkarın əsərindədir?
A) Molla Vəli Vidadi
B) Molla Pənah Vaqif
C) Qasım bəy Zakir
D) Aşıq Ələsgər
E) Abbas Tufarqanlı
Bir yanda tərlanlar, dumanlı dağlar,
Bir yanda kəkliklər, ayna bulaqlar,
Bir yanda bülbüllər, çiçəkli bağlar
Mən bu tamaşadan necə əl çəkim?

                                      (M.Müşfiq)
Nümunədə işlənmiş bədii təsvir və ifadə vasitələrini göstərin.
I. epitet            II. təşbeh              III. metafora               IV. təkrir              V. bədii sual                   VI. mübaliğə
 
A) I, II, III
B) III, IV, VI
C) II, III
D) III, VI
E) I, IV, V
M.Ə.Sabirin Azərbaycanda, Yaxın və Orta Şərq ölkələrində əməlpərvər, qüdrətli xalq şairi kimi şöhrət qazanmasında hansı mətbuat orqanının xüsusi rolu olmuşdur?
A) "Şərqi-Rus"
B) "İrşad"
C) "Həyat"
D) "Füyuzat"
E) "Molla Nəsrəddin"
Bu şairlərdən birinin yaradıcılığı ilə Azərbaycan poeziyasına dərdli ana obrazı daxil olmuşdur:
A) Aşıq Pəri
B) Xurşidbanu Natəvan
C) Heyran xanım
D) Fatma xanım Kəminə
E) Məhsəti Gəncəvi
Xurşidbanunun ("Xurşidbanu Natəvan") son qərarı necə olur?
A) Seyid Hüseynin həbs olunması ilə əlaqədar olaraq  canişinə müraciət edir.
B) Söz-söhbətə, şayiələrə son qoymaq üçün Seyid Hüseynə ərə gedir.
C) İran  şahzadəsinin ona baş hərəm olmaq təklifini rədd edir.
D) Knyaz Xasayın nikahı təzələmək təklifini rədd edir.
E) Ata mülkündən, kəndlilərindən əl çəkməklə öz sinfi ilə əlaqəsini kəsir.
"Xosrov və Şirin" poemasında rəqibini xəyanətlə öldürtdürüb, xəyanət nəticəsində də özü məhv olan obraz:
A) Şapur
B) Xosrov
C) Şiruyə
D) Fərhad
E) Hörmüz
"Xosrov və Şirin" poemasında rəqibini xəyanətlə öldürtdürüb, xəyanət nəticəsində də özü məhv olan obraz:
A) Şapur
B) Hörmüz
C) Şiruyə
D) Xosrov
E) Fərhad
XIX əsrin sonlarında yaşamış və bədii nəsr əsəri yazmış sənətkar:
A) Zeynalabdin Marağayi
B) Marağalı Əvhədi
C) Arif Ərdəbili
D) Mirzəli Möcüz
E) Məhəmməd Bağır Xalxali
M.Füzulinin hansı əsəri məktub şəklində yazılmışdır?
A) "Bəngü Badə"
B) "Söhbətül-əsmar"
C) "Şikayətnamə"
D) "Səhhət və Mərəz"
E) "Rindü Zahid"
Y.V.Çəmənzəmənlinin həyat və yaradıcılığı ilə bağlı səhv cavabı göstərin.
A) "Azərbaycan ədəbiyyatına bir nəzər" onun ədəbiyyatımızın tarixinə aid sistemli tədqiqat əsəridir.
B) Repressiya qurbanlarından biridir.
C) İlk mətbu əsəri "Molla Nəsrəddin"də dərc olunmuşdur.
D) "Qızlar bulağı" tarixi-fəlsəfi, "Qan içində" tarixi romandır.
E) Tarixi roman janrının ilk nümunəsini yaratmışdır.
Süjet nədir?
A) bədii əsərdə əsas hadisədən kənara çıxılması
B) bədii əsərdə hadisələrin müəyyən bir xətt üzrə inkişaf etdirilməsi
C) bədii əsərdə əhvalatın sonluğu
D) ziddiyyətlərin ən gərgin nöqtəsi
E) hadisələrin inkişafında düyünün yaranması
Bu əlamətlər hansı üslubda özünü göstərir?
1. xalq danışıq dilinə aid sözlərdən daha çox istifadə
2. dialoji nitq formasının daha çox işlədilməsi
3. bağlayıcı məzmununun daha çox intonasiya ilə çatdırılması
4. yarımçıq cümlələrin işlədilməsi
A) rəsmi-işgüzar
B) publisistik
C) məişət
D) elmi
E) bədii
Kar-cingiltili samit cütlüyündən hansı səhvdir?
A) ş-j
B) x-q
C) k-g
D) ç-c
E) p-b
Hansı söz yalnız qoşma kimi işlənə bilər?
A) savayı
B) ilə
C) ancaq
D) özgə
E) başqa
İnkar əvəzliyi işlənmiş cümləni göstərin:
A) Tanrı özü balamı bəladan qorusun.
B) O özü bu işə əncam çəkər.
C) Kimsə qapını taqqıldatdı.
D) Hərə bir işin dalınca yollandı.
E) Bahar anasının tapşırığına əməl edərək o kağızı heç kəsə göstərmirdi.
Hərəkətin icrasını müxtəlif cəhətdən izah edən cümlə üzvü:
A) mübtəda
B) zərflik
C) xəbər
D) təyin
E) tamamlıq
Müraciət etiketlərini göstərin.
1. Xanım!
2. Salam!
3. Əlvida!
4. Mübarək!
5. Var ol!
6. Cənab!
A) 4, 5
B) 1, 6
C) 2, 3, 4
D) 1, 2, 5
E) 3, 4
"İstiləşməmişdi" sözünün morfoloji təhlilindəki səhvi göstərin.
A) düzəltmə feldir, sifətdən əmələ gəlmişdir
B) feldir, xəbər şəklinin rəvayətindəndir
C) məlum növdədir
D) təsirsiz feldir
E) nəqli keçmiş zamandadır
Cüttərkibli müxtəsər cümlə hansıdır?
A) Cavid mənalı-mənalı gülümsünürdü.
B) Bu, Müşkinazın xatirələrindəndir.
C) Yüz dəfə ölç, bir dəfə biç.
D) Yıxılana gülməzlər.
E) Gedənin dalınca danışmazlar.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top