Tapılan ümumi test sayı : 27

"Mahnını gərək elə bəstələyəsən ki, S.Vurğunun şerləri kimi insanların qəlbinə axa, dinləyiciləri riqqətə gətirə"  cümləsi tabeli mürəkkəb cümlənin hansı növüdür?
A) tamamlıq budaq cümləli
B) təyin budaq cümləli
C) xəbər budaq cümləli
D) mübtəda budaq cümləli
E) tərzi-hərəkət budaq cümləli
Aşağıdakıladan biri neologizmdir:
A) təxəllüs
B) soyad
C) yenilikçi
D) zərbəçi
E) ləqəb
Hansı fikir səhvdir?
A) Lüğətçilik dilçiliyin təcrübi sahələrindən biridir.
B) Dilçiliyin dialekt və şivələri öyrənən sahəsi etimologiya adlanır.
C) Dilçilik elmi ictimai hadisə olan dili tədqiq edir.
D) Fonetika, leksikologiya, qrammatika dilçiliyin şöbələridir.
E) Türklərin ilk ən böyük dilçisi XI əsr alimi M.Kaşğaridir.
"Yanıq" sözünün fonetik təhlilində hansı mərhələdə səhvə yol verilmişdir?
A) sözdə qalın saitlərin ahəngi vardır
B) Sözdə 5 səs və 5 hərf var
C) [y], [n], [q] - cingiltili samitlərdir
D) İkihecalı sözdür, vurğu 2-ci hecaya düşür
E) [a] - qalın, açıq, dodaqlanmayan, [ı] - qalın, qapalı, dodalanmayan saitdir
Feli bağlama hansı nitq hissələrinin xüsusiyyətlərini daşıyır?
A) sifətin, zərfin
B) felin, zərfin
C) zərfin, əvəzliyin
D) felin, ismin
E) felin, sifətin
Felin təsriflənməyən formalarına aid edilmiş əlamətlərdən biri yalnız feli sifətə aiddir:
A) cümlədə təyin olmaq
B) təsdiq və inkarda olmaq
C) təsirli və təsirsiz olmaq
D) ətrafına söz toplaya bilmək
E) növ bildirmək
"İşıqlı" sözünün  fonetik təhlili ilə bağlı düzgün fikirləri seçin.
1. Yazılışı ilə deyilişi fərqlənmir.
2. İki kar, bir cingiltili samit işlənib.
3. Vurğusu ikinci hecaya düşür.
4. Ahəng qanunu pozulmuşdur.
5. Sözdə yalnız qapalı samitlər işlənib.
6. Sözdəki [ş] kar, [q] və [l] cingiltili samitlərdir.
A) 2, 4, 5
B) 1, 3, 4
C) 1, 2, 6
D) 1, 3, 5
E) 2, 4, 6
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top