Tapılan ümumi test sayı : 26

Tənə sözünün leksik təhlili ilə bağlı fikirlərdən biri səhvdir:
A) Təkmənalı sözdür.
B) Ümumişlək sözdür.
C) Omonim kimi işlənə bilmir.
D) "Cəza" sözü ilə sinonimdir.
E) Alınma sözdür.
Rənglər könlümüzdən keçir
isti, sərin küləklər kimi.
Nəğmələr, sözlər, səslər
qəlbimizə dolur müxtəlif səslər kimdir?

Şer parçasının müəllifi kimdir?
A) S.Vurğun
B) M.Müşfiq
C) M.Şəhriyar
D) S.Rüstəm
E) R.Rza
Q.Zakirin aşağıdakı əsərlərindən biri satirə deyil:
A) "Qarabağ qazisi"
B) "Bax" rədifli məktubu
C) "Eylər" müxəmməsi
D) "Vilayətin məğşuşluğu haqqında"
E) "Şuşa mollaları haqqında"
N.Vəzirovun insanı qəddarlaşdıran burjua mühitinin yırtıcı qanunlarını ifşa edən əsəri:
A) "Təzə əsrin ibtidası"
B) "Adı var, özü yox"
C) "Yağışdan çıxdıq, yağmura düşdük"
D) "Müsibəti-Fəxrəddin"
E) "Pəhləvani-zəmanə"
"Sizi deyib gəlmişəm, ey mənim müsəlman qadaşlarım" sözləri ilə başlayan müraciətnamə kimə məxsusdur?
A) Ü.Hacıbəyova
B) M.Hadiyə
C) C.Məmmədquluzadəyə
D) Ə.Ağaoğluya
E) M.Ə.Sabirə
"Dialogiya" və "trilogiya" epik növün hansı janrına aid anlayışlardır?
A) oçerk
B) təmsil
C) roman
D) hekayə
E) povest
M.P.Vaqifin əruz vəznində yazdığı şerləri:
1. "Pəri"
2. "Bax"
3. "Hayıf ki, yoxdur"
4. "Görmədim"
5. "Zeynəb"
A) 1, 2
B) 4, 5
C) 2, 5
D) 3, 4
E) 2, 4
"Kitabi-Dədə Qorqud" dastanında aparıcı mövzu:
A) təbiət və insan gözəlliklərinin təsviri
B) dostluq
C) qəhrəmanlıq və vətənpərvərlik
D) əmək
E) məhəbbət
Sənətkarlardan biri Azərbaycan mühacirət ədəbiyyatının nümayəndəsi deyil:
A) A.İldırım
B) M.Ə.Rəsulzadə
C) H.Cavid
D) Ə.Ağaoğlu
E) Ə.Hüseynzadə
Bədii dildə çox geniş yayılmış məcaz növlərindən biridir. Köçürmə mənasını ifadə edir. Bir əşya və yaxud hadisənin müəyyən əlamətlinin başqa əşya üzərinə köçürülməsinə deyilir.
Bu hansı məcaz növüdür?
A) epitet
B) metafora
C) metonimiya
D) bənzətmə
E) mübaliğə
Konkret isimləri göstərin.
A) sevgi, həyat
B) düşüncə, duyğu
C) xeyirxahlıq, istək
D) ələk, ağac
E) dostluq, kədər
Cümlələrin birində xəbər mübtəda ilə kəmiyyətcə uzlaşmayıb:
A) Məktəblilər qonaqları böyük həvəslə qarşıladı.
B) Onlar imtahanlara ciddi hazırlaşırlar.
C) Biz vətənə layiqli övlad olmalıyıq.
D) Siz gəncləşirsiniz, tarix qocalır.
E) O, qəhrəmancasına döyüşürdü.
"Hələlik salamat qalın, görüşənə qədər"  ifadələri nitq etiketlərinin hansı növünə daxildir?
A) təbrik
B) görüşmə
C) müraciət
D) ayrılma
E) alqış
Hansı cərgədəki sözlər fel şəkillərinin hekayə və şərtinə aiddir?
A) alacaqdı, apararmış
B) gəlmişdi, baxırmış
C) qaçdı, baxmışsa
D) aparmışdı, gəldisə
E) görsə, görmürmüş
Aşağıdakı sözlərin neçəsində kar samit vardır?
adam, kağız, raket, boz, gül, alov, şam
A) 5
B) 1
C) 4
D) 2
E) 3
Bir cür yazılan şəkilçini göstərin.
A) -araq
B) -ar
C) -dıqca
D) -kar
E) -mış
Dialekt sözlərindən ibarət cəgəni göstərin.
A) çağdaş, durum, soyad
B) becid, peyğəmbəri, nimdər
C) rəndə, isgənə, balta
D) kvadrat, oksigen, reylef
E) ayıtmaq, damu, sayru
Bağlayıcının növünü müəyyənləşdirin.
Yazıq Ələsgərdən üz döndəribsən,
Ya bəxt yatıb, ya zamana dönübdü.

 
A) bölüşdürmə
B) qarşılaşdırma
C) inkar
D) iştirak
E) aydınlaşdırma
"Bu tədbir ardıcıl olaraq davam etdiriləcək" nümunəsində cümə üzvlərindən hansı işlənməyib?
A) mübtəda
B) tamamlıq
C) xəbər
D) təyin
E) zərflik
Hansı xüsusiyyət elmi üslub üçün məqbul sayılmır?
A) obrazlılıq, emosionallıq
B) elmi təfəkkürün ifadə vasitəsi olmaq
C) məntiqlik, ardıcıllıq, konkretlik
D) terminlərin olması
E) müəyyən bir elm sahəsinin dili olmaq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top