Tapılan ümumi test sayı : 26

Monoloq və dialoqardan ibarət səhnə dili şəklində qurulur:
A) həm şer, həm də dramaturgiya dili
B) dramaturgiya dili
C) şer dili
D) nəsr dili
E) həm şer, həm də nəsr dili
Elə haqq var ki, gülüm,
haqqın özündən uludur

                           (B.Vahabzadə)
tabeli mürəkkəb cümləsinin növünü təyin edin.
 
A) tərzi - hərəkət budaq cümləli
B) mübtəda budaq cümləli
C) təyin budaq cümləli
D) şərt budaq cümləli
E) qarşılaşdırma budaq cümləli
Dil ailəsi hansı dillərə deyilir?
A) eyni kökdən törəyən qohum dillərə
B) eyni yazı mədəniyyətinə malik olan dillərə
C) eyni ölkədə yaşayan müxtəlif xalqların dillərinə
D) eyni tarixi inkişaf yolu keçmiş dillərə
E) eyni coğrafi məkanda yerləşən qonşu xalqların dillərinə
Tamamlıq, əsasən, hansı nitq hissələri və feli birləşmələrlə ifadə oluna bilər?
A) isim, əvəzlik;  feli sifət və məsdər tərkibləri
B) isim, fel, say; feli sifət və feli bağlama tərkibləri
C) isim, say, əvəzlik; feli bağlama tərkibləri
D) isim, əvəzlik, fel; feli bağlama və məsdər tərkibləri
E) isim, fel, zərf; feli sifət və məsdər tərkibləri
"Papaq" sözünün fonetik təhlilində səhv haradadır?
A) Sözdə 2 sait, 3 samit səs vardır.
B) [a] - qalın, açıq, dodaqlanmayan saitdir.
C) İkihecalıdır, vurğu ikinci hecaya düşür.
D) [p] - kar samitdir, cingitili qarşılığı [b] samitidir.
E) [q] - cingiltili samitdir, kar qarşılığı [k`] samitidir.
"Qəlbisınıq adam" birləşməsindəki sifətin morfoloji təhlili ilə bağlı səhv fikir hansıdır?
A) Birinci tərəfi təsirlik hal şəkilçili isimdir.
B) Necə? nə cür? suallarından birinə cavab verir.
C) Mürəkkəb sifətdir.
D) Adi dərəcədədir.
E) İkinci tərəfi feldən düzələn sifətdir.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top