Tapılan ümumi test sayı : 24

Ustadnamələr haqqındakı səhv fikri göstərin.
A) Məzmununa görə qoşmanın bir növüdür.
B) Qafiyə sistemi birinci bənddə abcb, sonrakı bəndərdə isə dddb şəklində olur.
C) Həm heca, həm də əruz vəznində yazılır.
D) Bir qayda olaraq, məhəbbət dastanlarının əvvəlində verilir.
E) Nəsihətamiz məzmunda olur.
Ustadnamələr haqqındakı səhv fikri göstərin.
A) Qafiyə sistemi birinci bənddə abcb, sonrakı bəndərdə isə dddb şəklində olur.
B) Həm heca, həm də əruz vəznində yazılır.
C) Bir qayda olaraq, məhəbbət dastanlarının əvvəlində verilir.
D) Məzmununa görə qoşmanın bir növüdür.
E) Nəsihətamiz məzmunda olur.
"Hekayəti-molla İbahimxəlil kimyagər"
(M.F.Axundzadə), "Nadanlıq"
(N.Nərimanov), "Müsibəti-Fəxrəddin"
(N.Vəzirov),...
Aşağıdakılardan birini seçməklə yuxarıdakı cərgəni yazılma ardıcıllığı baxımından tamamlayan.
A) "Hacı Qara" (M.F.Axundzadə)
B) "İblis" (H.Cavid)
C) "Vaqif" (S.Vurğun)
D) "Oqtay Eloğlu" (C.Cabbarlı)
E) "Nadir şah" (N.Nərimanov)
XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatına aid edilmiş fikirlərdən biri səhvdir.
A) Şifahi xalq ədəbiyyatı güclü inkişaf edir.
B) Füzuli ənənələri geniş yayılır.
C) Bu dövrün ədəbiyyatına epik növün janrlarına təsadüf olunmur.
D) Poeziyada realizm və xəlqilik ənənələrinin əsası qoyulur.
E) Anadilli şerin mövqeyi get-gedə güclənir.
Qətran Təbrizinin yaradıcılığı ilə bağlı səhv cavabı göstərin.
A) Yaradıcılığında mədhiyyəyə geniş yer vermişdir.
B) Əsərlərini farsca yazmışdır.
C) Şairin lirik şerlərdən ibarət "Divan"ı da vardır.
D) "Ət-təfasir" əsəri bədii nəsr nümunəsidir.
E) Saray ədəbiyyatının ilk nümayəndəsi hesab olunur.
Bu əsərlərdən ikisi əsas etibarilə nəsr nümunəsi olsa da, onlarda şer parçaları da var:
1. A.Bakıxanov. "Kitabi-Əsgəriyyə"
2. Xətai. "Dəhnamə"
3. "Dastani - Əhməd Hərami
4. M.Füzuli. "Şikayətnamə"
5. C.Məmmədquluzadə. "Danabaş kəndinin əhvalatları"
6. M.F.Axundzadə. "Aldanmış kəvakib"
A) 2, 4
B) 1, 4
C) 1, 6
D) 2, 5
E) 3, 5
S.Vurğunun "Aygün" poeması ilə düzgün fikirləri seçin.
1. Əsər ailə-məişət mövzusundadır.
2. Əsərdə Elyar xudbin, yalnız özünü düşünən bir obraz kimi təqdim olunur.
3. Əsər Əmirxanla Aygünün Muğana getmələrinin təsviri ilə başlayır.
4. Qəhrəmanların bir-birinə qovuşmasında şairin özü də iştirak edir.
5. Şair Əmirxanın timsalında müasir insanın mənəvi aləminin müsbətə doğru dəyişməsini qələmə almışdır.
A) 1, 2, 4
B) 1, 2, 5
C) 2, 3, 4
D) 1, 2, 3
E) 1, 4, 5
Bədii əsərdə əsas mövzudan kənara çıxma necə adlanır?
A) epiqraf
B) epiloq
C) lirik ricət
D) peyzaj
E) proloq
Yusif Vəzir Çəmənzəminlinin elmi yaradıcılığı ilə bağlı fikirlərdən biri səhvdir:
A) "Azərbaycan ədəbiyyatına bir nəzər" əsəri 1920-ci ildə Türkiyədə çap olunmuşdur.
B) Elmi yaradıcılığında Nəsimi, Füzuli, Vaqifə ayrıca yer ayırmışdır.
C) "Azərbaycan ədəbiyyatına bir nəzər" əsəri uzun müddət ədibin seçilmiş əsərləri sırasına daxil edilməmişdir.
D) Ədibin şifahi xalq ədəbiyyatına aid müxtəlif məqalələri də vardır.
E) "Azərbaycan ədəbiyyatına bir nəzər" adlı əsərində ərəb, fars və Azərbaycan dillərində yazan sənətkarlarhaqqında geniş məlumat vermişdir.
"Fövcül-füsəha" ədəbi məclisi harada fəaliyyət göstərmişdir?
A) Bakıda
B) Ordubadda
C) Şuşada
D) Şamaxıda
E) Lənkəranda
Murtuzovun ("Mehman" S.Rəhimov) Mehmana dediyi bu nümunədə işarələnmiş söz bədii təsvir vasitəsi kimi nədir?
"Mən də heç sizin kül-külfətdən az şey bilmirəm...
Bu düyünlər açılanda, "sarı" üzə çıxanda baxarıq, tor qurmaq nədir, ya düyün salmaq nə?.."

 
A) təşbeh
B) metonimiya
C) metafora
D) epitet
E) simvol
Cüttərkibli müxtəsər cümləni göstərin.
A) Vardır o dağlarda izim, Qəbələ!
B) Axıb gedər Kür sürünə-sürünə.
C) Şeriyyat ilhama çağırar məni.
D) Vətən! Səndə nəyim qaldı?
E) "Türk dillərinin müqayisəli qrammatikası" kitabının müəllifi mənim müəllimimdir.
Yer budaq cümləli tabeli mürəkkəb cümləni göstərin.
A) Gövhəri deşməkdən qorxur ustalar,
 Çünki onun ağır bir bahası var.
B) Maqnit olmasaydı eşqin əsiri,
Özünə çəkməzdi dəmir zənciri.
C) Onunçün eylədim ağzımı şirin
Ki, ağzımda dilim qənd dadı versin.
D) O şey ki bizlərə lap aşikardır,
Orada gizli bir xəzinə vardır.
E) Kim ki öyrənməyi bilməyirsə ar,
Sudan dürr, daşdan da gövhər çıxardılar.
Hansı cərgədəki sözlərdə vurğunun yerini dəyişməklə sözün mənası dəyişə bilər?
A) bildir, dimdik, qandır
B) Asiya, kafedra, traktor
C) barış, komediya, opera
D) motor, qazma, yoxsul
E) demişsə, almışdı, gedirdi
Sözlərdən biri omonimlik xüsusiyyəti daşıyaraq, isim və fel kimi işlənə bilir:
A) bilək
B) yığın
C) sancaq
D) əkin
E) ağrı
Aşağıdakılardan biri orfoqrafik norma ilə tənzimlənir:
A) nitqin dəqiqliyi
B) sözlərin böyük və kiçik hərflərlə yazılması
C) sözün düzgün tələffüzü
D) sözün vurğusu
E) nitqin ifadəliliyi
Sadalanan türk dillərindən biri Azərbaycan dilinin də daxil olduğu oğuz qrupuna aiddir:
A) qırğız
B) tatar
C) özbək
D) qazax
E) türkmən
Məkan bildirən düzəltmə isimləri göstərin.
A) çığırtı, bağırtı, hönkürtü
B) qazança, gödəkçə, azlıq
C) dənizçi, qulluqçu, çörəkçi
D) otlaq, qışlaq, Qazaxıstan
E) Göyçaylı, Şirvani, Gəncəvi
"Elə, gəl, elə get, yol inciməsin" cümləsindəki elə hansı cümlə üzvüdür?
A) mübtəda
B) xəbər
C) təyin
D) zərflik
E) tamamlıq
Cümlədəki qoşmaların mənaca növlərini göstərin.
"Bir qədər dinlədikdən sonra ayağa qalxıb qapıya tərəf irəlilədi."
A) səbəb, zaman
B) zaman, istiqamət
C) fərqlənmə, zaman
D) məsafə, birgəlik
E) bənzətmə, istiqamət
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top