Tapılan ümumi test sayı : 24

Ustadnamələr haqqındakı səhv fikri göstərin.
A) Qafiyə sistemi birinci bənddə abcb, sonrakı bəndərdə isə dddb şəklində olur.
B) Məzmununa görə qoşmanın bir növüdür.
C) Bir qayda olaraq, məhəbbət dastanlarının əvvəlində verilir.
D) Nəsihətamiz məzmunda olur.
E) Həm heca, həm də əruz vəznində yazılır.
Ustadnamələr haqqındakı səhv fikri göstərin.
A) Nəsihətamiz məzmunda olur.
B) Bir qayda olaraq, məhəbbət dastanlarının əvvəlində verilir.
C) Məzmununa görə qoşmanın bir növüdür.
D) Həm heca, həm də əruz vəznində yazılır.
E) Qafiyə sistemi birinci bənddə abcb, sonrakı bəndərdə isə dddb şəklində olur.
"Hekayəti-molla İbahimxəlil kimyagər"
(M.F.Axundzadə), "Nadanlıq"
(N.Nərimanov), "Müsibəti-Fəxrəddin"
(N.Vəzirov),...
Aşağıdakılardan birini seçməklə yuxarıdakı cərgəni yazılma ardıcıllığı baxımından tamamlayan.
A) "İblis" (H.Cavid)
B) "Nadir şah" (N.Nərimanov)
C) "Hacı Qara" (M.F.Axundzadə)
D) "Vaqif" (S.Vurğun)
E) "Oqtay Eloğlu" (C.Cabbarlı)
XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatına aid edilmiş fikirlərdən biri səhvdir.
A) Poeziyada realizm və xəlqilik ənənələrinin əsası qoyulur.
B) Anadilli şerin mövqeyi get-gedə güclənir.
C) Bu dövrün ədəbiyyatına epik növün janrlarına təsadüf olunmur.
D) Füzuli ənənələri geniş yayılır.
E) Şifahi xalq ədəbiyyatı güclü inkişaf edir.
Qətran Təbrizinin yaradıcılığı ilə bağlı səhv cavabı göstərin.
A) Əsərlərini farsca yazmışdır.
B) "Ət-təfasir" əsəri bədii nəsr nümunəsidir.
C) Şairin lirik şerlərdən ibarət "Divan"ı da vardır.
D) Saray ədəbiyyatının ilk nümayəndəsi hesab olunur.
E) Yaradıcılığında mədhiyyəyə geniş yer vermişdir.
Bu əsərlərdən ikisi əsas etibarilə nəsr nümunəsi olsa da, onlarda şer parçaları da var:
1. A.Bakıxanov. "Kitabi-Əsgəriyyə"
2. Xətai. "Dəhnamə"
3. "Dastani - Əhməd Hərami
4. M.Füzuli. "Şikayətnamə"
5. C.Məmmədquluzadə. "Danabaş kəndinin əhvalatları"
6. M.F.Axundzadə. "Aldanmış kəvakib"
A) 2, 4
B) 3, 5
C) 1, 6
D) 2, 5
E) 1, 4
S.Vurğunun "Aygün" poeması ilə düzgün fikirləri seçin.
1. Əsər ailə-məişət mövzusundadır.
2. Əsərdə Elyar xudbin, yalnız özünü düşünən bir obraz kimi təqdim olunur.
3. Əsər Əmirxanla Aygünün Muğana getmələrinin təsviri ilə başlayır.
4. Qəhrəmanların bir-birinə qovuşmasında şairin özü də iştirak edir.
5. Şair Əmirxanın timsalında müasir insanın mənəvi aləminin müsbətə doğru dəyişməsini qələmə almışdır.
A) 2, 3, 4
B) 1, 4, 5
C) 1, 2, 3
D) 1, 2, 5
E) 1, 2, 4
Bədii əsərdə əsas mövzudan kənara çıxma necə adlanır?
A) lirik ricət
B) proloq
C) peyzaj
D) epiloq
E) epiqraf
Yusif Vəzir Çəmənzəminlinin elmi yaradıcılığı ilə bağlı fikirlərdən biri səhvdir:
A) "Azərbaycan ədəbiyyatına bir nəzər" əsəri 1920-ci ildə Türkiyədə çap olunmuşdur.
B) "Azərbaycan ədəbiyyatına bir nəzər" əsəri uzun müddət ədibin seçilmiş əsərləri sırasına daxil edilməmişdir.
C) Ədibin şifahi xalq ədəbiyyatına aid müxtəlif məqalələri də vardır.
D) "Azərbaycan ədəbiyyatına bir nəzər" adlı əsərində ərəb, fars və Azərbaycan dillərində yazan sənətkarlarhaqqında geniş məlumat vermişdir.
E) Elmi yaradıcılığında Nəsimi, Füzuli, Vaqifə ayrıca yer ayırmışdır.
"Fövcül-füsəha" ədəbi məclisi harada fəaliyyət göstərmişdir?
A) Lənkəranda
B) Ordubadda
C) Şamaxıda
D) Şuşada
E) Bakıda
Murtuzovun ("Mehman" S.Rəhimov) Mehmana dediyi bu nümunədə işarələnmiş söz bədii təsvir vasitəsi kimi nədir?
"Mən də heç sizin kül-külfətdən az şey bilmirəm...
Bu düyünlər açılanda, "sarı" üzə çıxanda baxarıq, tor qurmaq nədir, ya düyün salmaq nə?.."

 
A) təşbeh
B) metafora
C) simvol
D) epitet
E) metonimiya
Cüttərkibli müxtəsər cümləni göstərin.
A) Şeriyyat ilhama çağırar məni.
B) "Türk dillərinin müqayisəli qrammatikası" kitabının müəllifi mənim müəllimimdir.
C) Vardır o dağlarda izim, Qəbələ!
D) Vətən! Səndə nəyim qaldı?
E) Axıb gedər Kür sürünə-sürünə.
Yer budaq cümləli tabeli mürəkkəb cümləni göstərin.
A) Maqnit olmasaydı eşqin əsiri,
Özünə çəkməzdi dəmir zənciri.
B) Kim ki öyrənməyi bilməyirsə ar,
Sudan dürr, daşdan da gövhər çıxardılar.
C) O şey ki bizlərə lap aşikardır,
Orada gizli bir xəzinə vardır.
D) Gövhəri deşməkdən qorxur ustalar,
 Çünki onun ağır bir bahası var.
E) Onunçün eylədim ağzımı şirin
Ki, ağzımda dilim qənd dadı versin.
Hansı cərgədəki sözlərdə vurğunun yerini dəyişməklə sözün mənası dəyişə bilər?
A) motor, qazma, yoxsul
B) Asiya, kafedra, traktor
C) bildir, dimdik, qandır
D) barış, komediya, opera
E) demişsə, almışdı, gedirdi
Sözlərdən biri omonimlik xüsusiyyəti daşıyaraq, isim və fel kimi işlənə bilir:
A) əkin
B) ağrı
C) sancaq
D) yığın
E) bilək
Aşağıdakılardan biri orfoqrafik norma ilə tənzimlənir:
A) sözün düzgün tələffüzü
B) nitqin ifadəliliyi
C) sözlərin böyük və kiçik hərflərlə yazılması
D) sözün vurğusu
E) nitqin dəqiqliyi
Sadalanan türk dillərindən biri Azərbaycan dilinin də daxil olduğu oğuz qrupuna aiddir:
A) türkmən
B) qazax
C) özbək
D) tatar
E) qırğız
Məkan bildirən düzəltmə isimləri göstərin.
A) otlaq, qışlaq, Qazaxıstan
B) dənizçi, qulluqçu, çörəkçi
C) Göyçaylı, Şirvani, Gəncəvi
D) qazança, gödəkçə, azlıq
E) çığırtı, bağırtı, hönkürtü
"Elə, gəl, elə get, yol inciməsin" cümləsindəki elə hansı cümlə üzvüdür?
A) mübtəda
B) təyin
C) xəbər
D) zərflik
E) tamamlıq
Cümlədəki qoşmaların mənaca növlərini göstərin.
"Bir qədər dinlədikdən sonra ayağa qalxıb qapıya tərəf irəlilədi."
A) fərqlənmə, zaman
B) bənzətmə, istiqamət
C) məsafə, birgəlik
D) zaman, istiqamət
E) səbəb, zaman
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top