Tapılan ümumi test sayı : 24

"Səməd bu yollara həsrətlə baxardı"  cümləsinin morfoloji təhlili ilə bağlı səhv cavabı göstərin.
A) Səməd - adlıq halda olan xüsusi isimdir.
B) yollara - yönlük halda olan sadə isimdir.
C) həsrətlə - tərzi -hərəkət zərfidir.
D) bu - sifətin yerində işlənmiş işarə əvəzliyidir.
E) baxardı - sadə feldir, şühudi keçmiş zamandadır.
"Vertolyot" sözünün fonetik təhlilindəki səhv cavabı müəyyənləşdirin.
A) Saitlərin biri dodaqlanmayan, ikisi isə dodaqlananadır.
B) Üçhecalıdır.
C) Vurğu üçüncü hecaya düşür.
D) Dörd cingiltili, iki kar samit var.
E) Ahəng qanununa tabe deyil.
Cərgələrdən birində ədəbi dil normalarının pozulması faktı sayılan, lakin tipin dilində yolverilə bilən nitq təzahürləri göstərilmişdir:
A) alınma sözlər
B) bədii təsvir və ifadə vasitələri
C) terminlər, peşə-sənət sözləri
D) ümumişlək sözlər
E) dialektizmlər, vulqar və loru sözlər, varvarizmlər
Hansı cərgədəki fellər lazım şəklində deyil?
A) gediləsi yol, öyrəniləsi dərs
B) dərsi öyrənəsidir, işi başa çatdırasıdır
C) duz səpiləsidir, yol gediləsidir
D) sirlər açılasıdır, qələbələr qazanılasıdır
E) oxuyası deyiləm, mübarizəni dayandırası deyilik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top