Tapılan ümumi test sayı : 1487

Real sürətin nisbətən az olması təəssüratını hansı rənglər yaradır?
A) Tünd rəngli nəqliyyat vasitələri - qara, yaşıl.
B) Al rəngli nəqliyyat vasitələri - qırmızı, narıncı.
Minik avtomobilində əlavə tormozlama siqnallarını quraşdırmağa icazə verilir?
A) İcazə verilir, 1 ədəddən artıq olmamaqla.
B) Qadağandır.
C) İcazə verilir, 2 ədəddən artıq olmamaqla.
Odsöndürən minik avtomobilinin hansı yerində yerləşdirilməlidir?
A) Sürücünün istəyi ilə sadalanan yerlərin birində.
B) Salonda.
C) Baqajda.

Hansı şəkildə təqtinin pedalda düzgün vəziyyəti göstərilib?

A) B şəkildə.
B) C şəkildə.
C) A şəkildə.
Aşağındakı hansı nəqliyyat vasitələri Dövlət Yol Polisində dövlət qeydiyyatına salınmalıdır?
A) Bütün nəqliyyat vasitələri.
B) Ancaq mexaniki nəqliyyat vasitələri.
C) Ancaq mexaniki nəqliyyat vasitələri və qoşquları.
Sürətin artırılması ilə görmə sahəsi:
A) Genişlənir.
B) Dəyişmir.
C) Daralır.

Hansı şəkildə sürücü yedəyə alınmasının Qaydaları pozub?

A) Ancaq soldakı.
B) Heç birində.
C) Hər ikisində.
D) Ancaq sağdakı.
Fərdi qaydada sürmə təlimi almaq üçün minik avtomobili nə cür təchiz olunmalıdır?
A) Yapışma otürücüsünün və tormozun əlavə pedalları ilə.
B) Avtomobilin hər iki tərəfindən quraşdırılmış arxa görünüşü güzgüləri ilə.
C) Qaydaların tələblərinə uyğun tanınma nişanları ilə.
D) Sadalanan bütün təchizat ilə.
Ətraflardan qanaxmanı dayandırmaq üçün qoyulan rezin qaytanı nə vaxta kimi sıxmaq lazımdır?
A) Zərəçəkən ağrı hiss edənə kimi.
B) Rezin qaytan bədənə öz qalınlığı qədər sıxılana kimi.
C) Qanaxma dayanan ana kimi.
Beyin silkələnməsini bildirən xarakterik əlamətlər hansılardır?
A) Baş ağrısı, ürək bulanması və qusma, huş itirmə.
B) Əzginlik, yorğunluq, tərləmə, ürək döyüntüsünün artması.
C) Dərinin qızarması, cuşa gəlmə, ağızdan su gəlmənin artması.
Əgər avtomobilin hərəkət sürəti üç dəfə artırılarsa, tormoz yolu neçə dəfə artar?
A) Doqquz dəfə.
B) Altı dəfə.
C) Üç dəfə.
Çanaq sümüklərinin zədəsini alan zərərçəkmiş hansı vəziyyətdə nəql olunmalıdır?
A) Kürəgi üstə uzanmış vəziyyətdə.
B) Oturmuş vəziyyətdə.
C) Böyrü üstə uzanmış vəziyyətdə.
Hansı cavabda yol örtükləri ilişmə əmsalının artmasına uyğun olaraq sadalanmışdır?
A) Beton-sementli, asfalt-betonlu, daş düzümlü.
B) Daş düzümlü, asfalt-betonlu, torpaq.
C) Torpaq, daş düzümlü, asfalt-betonlu.
Kəskin tormozlama zamanı avtomobilin hansı təkərləri blakirovkalanmaya daha çox meyilli olur?
A) Qabaq təkərlər.
B) Arxa təkərlər.
C) Qabaq və arxa təkərlər eyni dərəcədə.
Qarşıdan gələn hansı nəqliyyat vasitəsinin sürəti real olduğundan daha yüksək qəbul edilir?
A) Motosikletin.
B) İri qabaritli nəqliyyat vasitəsinin (avtoqatarlar, avtobuslar).
C) Minik avtomobilinin.
Yedəyə alınan avtomobildə yedəyə alınması zamanı hansı şərtlərə əməl olunmalıdır?
A) Duman faraları yandırılmalıdır.
B) Qəza dayanma işıqları yandırılmalıdır.
C) Yedəyə alınan nəqliyyat vasitəsinin sürücüsü yedəyə alan nəqliyyat vasitəsi sürücüsünün siqnallarına uyğun siqnallar verməlidir.
Şinlərlə yol örtüyü arasındakı ilişmə qüvvəsi sürətin artması ilə əlaqədar olaraq necə dəyişir?
A) Artır.
B) İlişmə qüvvəsi sürətin artmasından asılı deyil.
C) Azalır.
Dartı qüvvəsi ilə təkərin yolla yapışma qüvvələrinin hansı nisbətində hərəkət təkərin yerində fırlanması olmadan alınır?
A) Dartı qüvvəsi yapışma qüvvəsindən coxdur.
B) Dartı qüvvəsi yapışma qüvvəsindən azdır.
Yüksək sürətlə düzünə hərəkət edən avtomobillərdən hansı daha dayanlıqlı olur?
A) Hər iki avtomobil eyni dərəcədə dayanıqlı olur.
B) Arxa körpüsü aparıcı olan avtomobil.
C) Qabaq körpüsü aparıcı olan avtomobil.
Yolda müəyyən edilmiş hərəkət sürətinin 60 km/saat həddindən artıq aşılması ilə törədilən qayda pozuntusuna görə sürücülər neçə cərimə balı ilə qiymətləndirilirlər?
A) 5 bal.
B) 4 bal.
C) 10 bal.
D) 3 bal.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top