Tapılan ümumi test sayı : 1487

Hərəkət sürətinin birdən (qəfildən) artırılması ilə əlaqədar sürüşmə baş verdikdə sürücü qazın pedalına necə təsir etməlidir?
A) Pedalı sıxmağı azaltmalıdır.
B) Pedalın vəziyyətini dəyişməməlidir.
C) Pedalı sıxmağı gücləndirməlidir.
Sürüşkən yolda kəskin tormozlamanı necə yerinə yetirmək lazımdır?
A) İlişmə muftasını (ötürməni) ayırmadan tormoz pedalını tez-tez sıxmaqla.
B) İlişmə muftasını (ötürməni) ayırıb tormoz pedalını axıra kimi sıxmaqla.
Hansı tormozlama üsulu sürüşkən yolda avtomobilin manevr etmə qabiliyyətini saxlamağa imkan verir?
A) Təkərləri blakirovka etmədən mühərriklə tormozlama.
B) Təkərlərin tam blakirovkası (sürüşməsi) ilə.
Səthi quru olan asfalt-beton örtüklü yolda hərəkət edərkən çiskin yağış yağmağa başlayırsa, sürücü nə etməlidir?
A) Sürəti dəyişmədən hərəkəti davam etdirməlidir.
B) Sürəti azaltmalı və xüsusilə ehtiyatlı olmalıdır.
C) Nə qədər ki, yağış güclənməyib, sürəti artırmaqla böyük məsafə qət etməyə çalışmalıdır.
Düz yolda saatda 60 kilometr sürətlə hərəkət edərkən Siz qəflətən yolun böyük olmayan sürüşkən sahəsinə çıxırsınız. Bu halda nə etmək lazımdır?
A) Yavaşca tormoz vermək.
B) Sürəti və trayektoriyanı dəyişmədən hərəkəti davam etdirmək.
Su sahəsini keçdikdən sonra tormozun effektivliyini tez vaxtda bərpa etmək məqsədi ilə sürücü nə etməlidir?
A) Hərəkəti aşağı sürətlə, tormoz vermədən davam etdirməlidir.
B) Duracaq tormozun dəstəyini azca dartmaqla hərəkəti davam etdirməlidir.
C) Hərəkəti davam etdirməlidir və tormoz pedalını tez-tez sıxmaqla (qısa müddətli) tormoz kalodkalarının üzlüklərini qurutmalıdır.
Qarlı torpaq yolda hərəkət etmək üçün sürücü nə etməlidir?
A) Yolun vəziyyətindən asılı olaraq sürəti və ötürmələri dəyişməlidir.
B) Kəskin dayanmalar və dönmələr etmədən əvvəlcədən seçilmiş aşağı ötürmədə hərəkət etməlidir.
Avtoqatarın qoşqusu döngədə hansı tərəfə yerdəyişmə edir?
A) Döngənin mərkəzindən əks tərəfə.
B) Döngənin mərkəzinə doğru.
C) Yerdəyişmə etmir.
Sürücünün hansı hərəkətləri döngədə yaranan mərkəzdənqaçma qüvvəsinin azalmasına səbəb ola bilər?
A) Dönmə radiusunu azaltması.
B) Hərəkət sürətini artırması.
C) Hərəkət sürətini azaltması.
Döngədə mərkəzdənqaçma qüvvəsi hərəkət sürətinin artması ilə necə dəyişir?
A) Sürətin artmasına müvafiq olaraq artır.
B) Dəyişmir.
C) Sürətin artmasının kvadratına bərabər olaraq artır.
Hansı hallarda minik avtomobili döngələrdə aşmağa qarşı daha davamlıdır?
A) Sərnişinlərlə, amma yüksüz.
B) Sərnişinlərsiz, amma yuxarı baqajdakı yük ilə.
C) Yüksüz və sərnişinlərsiz.
Sərt enişdə ilişmə muftasının (ötürmələrin) ayrılması ilə uzun müddətli tormozlama nə ilə təhlükəlidir?
A) Tormoz mexanizmləri qızır və tormozlanmanın effektivliyi azalır.
B) Tormoz mexanizminin detallarının yeyilməsi artır.
C) Şinlərin naxışlarının yeyilməsi artır.
Sərt enişdə avtomobilin mühərriklə tormozlanması zamanı sürücü hansı şərtlərə görə ötürməni seçməlidir?
A) Eniş nə qədər sərtdirsə, ötürmə də aşağı olmalıdır.
B) Eniş nə qədər sərtdirsə, ötürmə də yüksək olmalıdır.
C) Ötürmənin seçimi enişin sərtliyindən asılı deyil.
Yük avtomobilinin arxasınca təhlükəsiz distansiyada uzun müddət hərəkət etdikdən sonra onu ötmək üçün şans yaranır. Bu halda Siz nə etməlisiniz?
A) Hər iki varianta icazə verilir.
B) Qarşı hərəkət zolağına çıxırsınız və bundan sonra ötülən avtomobillə bərabərləşərək onu keçirsiniz.
C) Ötülən avtomobilə maksimum yaxınlaşırsınız, qarşı hərəkət zolağına çıxirsınız və ötürsünüz.
Yoxuşda hərəkətə başlayan zaman hansı anda duracaq tormozun dəstəyini buraxmağa başlamaq lazımdır?
A) Hərəkətə başlayandan sonra.
B) Hərəkətə başlayana kimi.
C) Hərəkətə başlama ilə eyni vaxtda.
Avtomobilin sağ təkərləri yolun sağındakı yumşaq yaş torpağa çıxdığı halda məsləhət görülür:
A) Tormozdan istifadə etməməklə avtomobili astaca yolun hərəkət hissəsinə qaytarmaq.
B) Tormoz verməklə tam dayanmaq.
C) Tormoz verməklə avtomobili astaca sola döndərmək.
Gecə vaxtı küləkli qar yağmurunda hansı xarici işıq cihazlarının qoşulması yolun ən yaxşı görünməsini təmin edir?
A) Faraların uzaq işıqları ilə birgə duman faraları.
B) Faraların yaxın işıqları ilə birgə duman faraları.
Sutkanın qaranlıq vaxtı yoxuşun zirvəsinə yaxınlaşanda sürücüyə məsləhət görülür ki, faraların uzaq işığını yaxın işığa keçirsin:
A) Həmişə yoxuşun zirvəsinə yaxınlaşdıqda.
B) Ancaq qarşıdan gələn nəqliyyat vasitəsi göründükdə.
Sutkanın qaranlıq vaxtı işıqlandırılmayan avtomagistralda faranın yaxın işıqları ilə hərəkət edən yük avtomobilinin saatda 90 kilometr sürətlə hərəkətini Siz təhlükəsiz hesab edirsiniz?
A) Xeyr, belə ki, dayanma yolu görmə məsafəsindən artıqdır.
B) Bəli, belə ki, bu, Qaydalarla icazə verilən maksimum sürətə uyğundur.
Sutkanın qaranlıq vaxtı yaşayış məntəqəsindən kənarda işıqlandırılmayan yolda faranın yaxın işıqları ilə hərəkət edən minik avtomobilinin saatda 90 kilometr sürətlə hərəkətini Siz təhlükəsiz hesab edirsiniz?
A) Xeyr, belə ki, dayanma yolu görmə məsafəsindən artıqdır.
B) Bəli, belə ki, bu, Qaydalarla icazə verilən maksimum sürətə uyğundur.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top