Tapılan ümumi test sayı : 1487

Sıx nəqliyyat axınında hərəkət edərkən qəza vəziyyətinin yaranma ehtimalı az olar, əgər idarə etdiyiniz nəqliyyat vasitəsinin sürəti:
A) Axının orta sürətindən az olarsa.
B) Axının orta sürətindən cox olarsa.
C) Axının sürətinə bərabər olarsa.
Yolun hansı sahəsində hərəkət edərkən yandan əsən güclü küləyin təsiri daha təhlükəlidir?
A) Açıq sahədə.
B) Ətraflardan ağaclarla bağlı sahədə.
C) Bağlı sahədən açıq sahəyə çıxarkən.
Meşə sahəsindən açıq sahəyə çıxarkən "Yandan əsən külək" nişanı quraşdırılmışdırsa, Siz nə etməlisiniz?
A) Sürəti dəyişmədən yolun sağ kənar hissəsinə yaxınlaşmalısınız.
B) Sürəti azaltmalısınız və avtomobilin hərəkət kursunda dəyişikliyin ehtimal olunmasına hazır olmalısınız.
C) Sürəti dəyişmədən yolun mərkəz hissəsinə yaxınlaşmalısınız.
Yük avtomobilinin tormoz yolunun uzunluğu necə dəyişir, əgər o, tormoz sistemi nasaz olan digər avtomobili yedəkdə aparırsa?
A) Artır.
B) Azalır, belə ki, yedəyə alınan avtomobil hərəkət üçün əlavə müqavimət yaradır.
C) Dəyişmir.
Minik avtomobilinin tormoz yolunun uzunluğu necə dəyişir, əgər o, tormoz sistemi olmayan qoşqu ilə hərəkət edərsə?
A) Azalır, belə ki, qoşqu hərəkət üçün əlavə müqavimət yaradır.
B) Dəyişmir.
C) Artır.
Nəqliyyat vasitəsinin tormoz yolunun azaldılması əldə edilir:
A) Təkərləri blakirovkalanmaya (sürüşməyə) çatdırmamaq şərti ilə tormoz pedalını bir neçə dəfə sıxmaq yolu ilə.
B) Təkərləri blakirovka (sürüşmə) etməklə tormozlama yolu ilə.
Dayanma yolu dedikdə nə başa düşülür?
A) Sürücü təhlükəni gördüyü andan nəqliyyat vasitəsinin tam dayanmağa kimi qət etdiyi məsafə.
B) Nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulmuş tormoz yolu.
C) Tormoz idarəsinin işə düşmə anından nəqliyyat vasitəsinin tam dayanmağa kimi qət etdiyi məsafə.
Avtomobillərin və avtobusların üzərində neçə ədəd duman faralarının quraşdırılmasına icazə verilir?
A) Ancaq iki ədəd.
B) Bir və ya iki ədəd.
C) İki və ya dörd ədəd.
Avtomobillərin üzərində neçə ədəd duman faralarının quraşdırılmasına icazə verilir?
A) İki və ya dörd ədəd.
B) Bir və ya iki ədəd.
C) Ancaq iki ədəd.
Qabarit işıqları və qeydiyyat nömrə nişanının işığını qoşmadan duman faralarından istifadə etməyə icazə verilir?
A) İcazə verilir, ancaq sutkanın işıqlı vaxtında.
B) Qadağandır.
Motosikletlərin üzərində neçə ədəd duman faralarının quraşdırılmasına icazə verilir?
A) Ancaq iki ədəd.
B) Bir və ya iki ədəd.
C) Ancaq bir ədəd.
Nəqliyyat vasitələrinin üzərində neçə ədəd arxa duman fənərlərinin quraşdırılmasına icazə verilir?
A) Ancaq bir ədəd.
B) Bir və ya iki ədəd.
C) Ancaq iki ədəd.
Aşağıdakı hansı nasazlıqlar olduqda belə nəqliyyat vasitəsinin istismarına icazə verilir?
A) Yan qapının şüşə qaldıranı işləmir.
B) Sürücünün oturacağının vəziyyətini nizamlayan mexanizm işləmir.
C) Şüşəqızdıran və havaüfürən işləmir.
D) Yanacaq çəninin tıxacının cəftələri işləmir.
Qabarit işıqları və qeydiyyat nömrə nişanının işığını qoşmadan arxa duman fənərlərindən istifadə etməyə icazə verilir?
A) Qadağandır.
B) İcazə verilir.
Aşağıdakı hansı nasazlıqlar olduqda belə yük avtomobilinin istismarına icazə verilir?
A) Yük platformasının bortlarının cəftələri işləmir.
B) Spidometr işləmir.
C) Soyutma sisteminin temperatur göstəricisi işləmir.
Aşağıdakı hansı hallarda minik avtomobilinin istismarına icazə verilir?
A) Spidometr işləmir.
B) Soyutma sisteminin temperatur göstəricisi işləmir.
C) Tormoz sistemi işləmir.
Aşağıdakı hansı hallarda avtomobilin istismarına icazə verilir?
A) Təhlükəsizlik kəmərləri istismara yararsız olduqda.
B) Yedəyə almaq (buksir) üçün tros olmadıqda.
C) Konstruksiyada nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri olmadıqda.
Əgər hərəkət zamanı daşın dəyməsindən qabaq süşə tam şəkildə sıradan çıxıbsa, Siz nə etməlisiniz?
A) Xüsusi ehtiyatla təmir və ya durma yerinə getməlisiniz.
B) Hərəkəti ancaq yedəkdə davam etdirməlisiniz.
C) Hərəkəti xüsusi ehtiyatla davam etdirməlisiniz.
Avtobusun pəncərələrindən pərdə asmağa icazə verilir?
A) İcazə verilir, ancaq hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda.
B) Qadağandır.
Minik avtomobilinin arxa şüşəsindən jalüz və ya pərdə asmağa icazə verilir?
A) İcazə verilir, ancaq hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda.
B) Qadağandır.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top