Tapılan ümumi test sayı : 1487

Sərxoşluq vəziyyətinin yoxlanılması üçün nəqliyyat vasitəsini idarə edən şəxsin müayinədən boyun qaçırmasına görə sürücülərə qarşı hansı inzibati cəzalar tətbiq edilə bilər?
A) Cərimə və 5 bal.
B) Nəqliyyat vasitələrini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla 300 manatdan 700 manatadək miqdarda cərimə edilir.
C) Cərimə və 6 bal.
Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına görə sürücülərə qarşı hansı inzibati cəzalar tətbiq edilə bilər?
A) 60 manat miqdarında cərimə və 4 bal.
B) Nəqliyyat vasitələrini idarə etmə hüququ iki ilədək müddətə məhdudlaşdırılması.
C) 180 manat miqdarında cərimə.
Ümumi istifadədə olan nəqliyyat vasitələrinin, habelə adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına görə sürücülərə qarşı hansı inzibati cəzalar tətbiq edilə bilər?
A) 60 manat miqdarında cərimə və 3 bal.
B) 40 manat miqdarında cərimə.
C) Cərimə tətbiq edilmədən 10 balla qiymətlədirmək.
DYP əməkdaşlarının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirmədiyinə görə sürücü tənbeh olunur:
A) Cərimə + 4 bal.
B) Cərimə + 5 bal.
C) Cərimə + 3 bal.
Nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə görə təkrar olaraq bir il ərzində saxlanılmış sürücü hansı məsuliyyətə cəlb oluna bilər?
A) İnzibati və cinayət.
B) Ancaq inzibati.
C) Ancaq cinayət.
Aşağıdakı hansı hallarda DYP əməkdaşları nəqliyyat vasitəsini cərimə meydançasına apara bilər?
A) Mühərrik, ban və şassi nömrələri qeydiyyat şəhadətnaməsinə uyğun gəlmədikdə.
B) Dövlət qeydiyyat nişanı olmadıqda və ya saxta olduqda.
C) Sürücü sərxoş olduqda.
D) Bütün sadalanan hallarda.
Yol nəqliyyat hadisəsi törədən sürücü kimin qərarı ilə cinayət məsuliyyətinə cəlb oluna bilər?
A) İstintaq orqanının.
B) DYP.
C) Məhkəmənin.
D) Bunların hər hansı birinin.
Sürücülük hüququndan məhrum olmağa aid qayda pozuntusunda sürücülük vəsiqəsi nə zaman alınmalıdır?
A) Qayda pozuntusu aşkar olunan vaxt.
B) Sürücülük hüququndan məhrum olunma qərarının verildiyi vaxt.
C) Bu barədə sürücünün şikayətinə baxılandan sonra.
Sürücülük hüququndan məhrum olma hansı tarixdən hesablanır?
A) Sürücülük vəsiqəsinin alındığı tarixdən.
B) Qayda pozuntusu haqqında protokolun tərtib olunduğu tarixdən.
C) Məhrum olma haqqında qərarın verildiyi tarixdən.
Avtoxuliqanlıq hərəkətlərinə görə sürücülərə qarşı hansı inzibati cəzalar tətbiq edilə bilər?
A) Sadalananlardan hər biri tətbiq edilə bilər.
B) Nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500-700 manatadək miqdarda cərimə.
C) Nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 gündən 1 ayadək inzibati həbs.
Sürücü bir qaydanı pozduğuna görə hansı məsuliyyətlərə eyni vaxtda cəlb edilə bilməz?
A) İnzibati və cinayət.
B) Cinayət və mülki.
C) İnzibati və mülki.
Qaydaları pozduğuna görə sürücü nə vaxtdan etibarən nəqliyyat vasitəsini idarə etməkdən məhrum olunmuş hesab edilir?
A) Cəzalanması haqqında xəbərdar olunduğu vaxtdan.
B) İdarə etməkdən məhrum olunma haqda qərar qəbul olunduqdan sonra.
C) Sürücülük vəsiqəsinin alındığı vaxtdan.
D) İnzibati qaydanı pozduğu vaxtdan.
Qaydaları pozduğuna görə sürücü hansı cinayət məsuliyyətlərinə cəlb edilə bilər?
A) Ancaq cərimə edilə bilər və ya nəqliyyat vasitələrinin idarəetmə hüququndan məhrum edilə bilər.
B) Sadalanan hər bir məsuliyyətə cəlb edilə bilər.
C) Ancaq azadlıqdan məhrum edilə bilər və ya islah işlərinə cəlb edilə bilər.
Yol hərəkəti Qaydalarını pozduqlarına görə piyadalara qarşı hansı inzibati cəza növləri tətbiq oluna bilər?
A) Sadalanan cəza növlərindən hər biri.
B) Ancaq cərimə.
C) Ancaq xəbərdarlıq.
Aşağıdakı hansı qaydaları pozduğuna görə sürücü yerində ödəməklə cərimə olunur?
A) Bütün göstərilən hallarda.
B) Yük daşıma, işıq və səs siqnallarından istifadə qaydalarını.
C) Təhlükəsizlik kəmərindən istifadə qaydalarını.
D) Dayanma və durma qaydalarını.
Dəmir yol keçidinin keçilmə qaydasını yerinə yetirməməklə törətdikləri qayda pozuntularına görə sürücülər neçə cərimə balı ilə qiymətləndirilirlər?
A) 4 bal.
B) 5 bal.
C) 3 bal.
Yolda müəyyən edilmiş hərəkət sürətinin 40-60 km/saat həddində aşılması ilə törədilən qayda pozuntusuna görə sürücülər neçə cərimə balı ilə qiymətləndirilirlər?
A) 4 bal.
B) 2 bal.
C) 3 bal.
Operativ nəqliyyat vasitələrinə yol verməməklə törətdikləri qayda pozuntularına görə sürücülər neçə cərimə balı ilə qiymətləndirilirlər?
A) 5 bal.
B) 4 bal.
C) 3 bal.
Nəqliyyat vasitəsinin saxlanılması ilə nəticələnən inzibati hüquqpozma törədildikdə nəqliyyat vasitəsi saxlanılır:
A) Saxlanmanın səbəbinin aradan qaldırılmasına kimi.
B) İnzibati hüquqpozma haqqında işə məhkəmədə baxılana kimi.
C) İnzibati hüquqpozma haqqında protokolun tərtib olunmasına kimi.
Sürücülərin nəqliyyat vasitəsini idarə etmək hüququ hansı hallarda altı ay müddətində məhdudlaşdırılır?
A) Bir il ərzində 12 və daha artıq cərimə balı topladıqda.
B) Ancaq nəqliyat vasitəsini bir dəfə sərxoş halda idarə etdiyinə görə.
C) Bir il ərzində 20 və daha artıq cərimə balı topladıqda.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top