Tapılan ümumi test sayı : 1487

Yük qoşqusunda adamların daşınmasına icazə verilir?
A) İcazə verilir, ancaq oturacaq yerləri olduğu halda.
B) İcazə verilir, əgər onlar yükü müşayiət edirlərsə.
C) Qadağandır.
Əyləci (tormoz sistemi) və sükan idarəsi nasaz olan avtomobili adi üsulla yedəyə almağa icazə verilir, əgər bu avtomobilin faktiki kütləsi yedəyə alan avtomobilin faktiki kütləsinin 50%-indən artıqdırsa?
A) İcazə verilir, ancaq sürət saatda 30 kilometrdən artıq olmamalıdır.
B) İcazə verilir.
C) Qadağandır.
Yan qoşqulu motosikletləri yedəyə almağa icazə verilir?
A) Bəli.
B) Xeyr.
Buzlu yol şəraitində yedəyə almağa icazə verilir, əgər yedəyə alan nəqliyyat vasitəsində əyləc (tormoz sistemi) və sükan idarəsi saz vəziyyətdədirsə?
A) Sərt yedəyə alma və ya qismən yükləmə yolu ilə icazə verilir.
B) Hər bir halda icazə verilir.
C) Qadağandır.
Hansı hallarda elastik yedəyə alma qadağan edilir?
A) Ancaq buzlu yol şəraitində.
B) Ancaq dağ yollarında.
C) Ancaq məhdudiyyətli görünmə şəraitində.
D) Sadalanan bütün hallarda.
Birləşdirici hissə sərt yedəyə almada nəqliyyat vasitələri arasında nə qədər məsafənin qalmasını təmin etməlidir?
A) 4 metrdən 6 metrə qədər.
B) 4 metrə qədər.
C) Qaydalar bu məsafəni təyin etmir.
Elastik yedəyə alma halında birləşdirici hissə nəqliyyat vasitələri arasında nə qədər məsafənin qalmasını təmin etməlidir?
A) Qaydalar bu məsafəni təyin etmir.
B) 4 metrdən 6 metrə qədər.
C) 4 metrə qədər.
Yedəyə alan minik avtomobilində sərnişinlərin daşınmasına icazə verilir?
A) İcazə verilir.
B) İcazə verilir, ancaq sərt birləşdirici ilə yedəyə alma zamanı.
C) Qadağandır.
Sərt birləşdirici ilə yedəyə alınan avtobusda sərnişinlərin daşınmasına icazə verilir?
A) İcazə verilir.
B) İcazə verilir, ancaq sutkanın işıqlı vaxtı.
C) Qadağandır.
Yedəyə alınan minik avtomobilində sərnişinlərin daşınmasına icazə verilir?
A) İcazə verilir.
B) Qadağandır.
C) İcazə verilir, ancaq sərt və elastik birləşdiricilərlə yedəyə alınan zaman.
Yaşayış məntəqəsindən kənarda ötülən nəqliyyat vasitəsinin sürücüsünü xəbərdar etmək məqsədi ilə hansı siqnallardan istifadə edə bilərsiniz?
A) Ancaq səs siqnalından.
B) Ancaq faraların işıqlarının qısamüddətli yandırılıb-söndürülməsindən.
C) Sadalanan hər bir siqnaldan.
Siz arxa duman fənərlərindən istifadə edə bilərsiniz:
A) Ancaq məhdud görünmə şəraitində.
B) Hər iki sadalanan hallarda.
C) Ancaq sutkanın qaranlıq vaxtı.
Dayanma və ya durma zamanı "Avtoqatar" tanınma nişanı yandırılmalıdır:
A) Sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində, süni işıqlandırmanın varlığından asılı olmayaraq.
B) Ancaq sutkanın qaranlıq vaxtında süni işıqlandırmanın olmadığı yerlərdə.
C) Ancaq məhdud görünmə şəraitində.
Sutkanın qaranlıq vaxtı hansı hallarda nəqliyyat vasitəsini işıq siqnalları söndürülmüş vəziyyətdə duracağa qoymağa icazə verilir?
A) Bütün hallarda bu, qadağandır.
B) Bütün hallarda icazə verilir.
C) İşıqlandırılmış yollarda nəqliyyat vasitəsi kifayət qədər məsafədən aydın göründükdə.
Sutkanın işıqlı vaxtında yaşayış məntəqəsində ötülən nəqliyyat vasitəsinin sürücüsünü xəbərdar etmək məqsədi ilə hansı siqnallardan istifadə edə bilərsiniz?
A) Ancaq səs siqnalından.
B) Ancaq faraların işıqlarının qısamüddətli yandırılıb-söndürülməsindən.
C) Sadalanan hər bir siqnaldan.
Sutkanın işıqlı vaxtında mütəşəkkil nəqliyyat dəstəsində hərəkət edən nəqliyyat vasitələrində hansı xarici işıq cihazları yandırılmalıdır?
A) Qabarit işıqlar.
B) Yaxın və ya uzaq işıqlar.
C) Faraların yaxın işıqları və ya duman faraları.
Sutkanın işıqlı vaxtında xüsusi olaraq ayrılmış zolaqda nəqliyyat vasitələrinin axınına qarşı hərəkət edən ümumi istifadədə olan nəqliyyat vasitəsində hansı xarici işıq cihazları yandırılmalıdır?
A) Yaxın və ya uzaq işıqlar.
B) Qabarit işıqlar.
C) Faraların yaxın işıqları və ya duman faraları.
Sutkanın işıqlı vaxtında təhlükəli, ağır çəkili və iri qabaritli yük daşıyan nəqliyyat vasitəsində hansı xarici işıq cihazları yandırılmalıdır?
A) Faraların yaxın işıqları və ya duman fənərləri.
B) Qabarit işıqlar.
C) Yaxın və ya uzaq işıqlar.
Sutkanın işıqlı vaxtında nasaz nəqliyyat vasitəsini yedəyə alan nəqliyyat vasitəsində hansı xarici işıq cihazları yandırılmalıdır?
A) Yaxın və ya uzaq işıqlar.
B) Faraların yaxın işıqları və ya duman fənərləri.
C) Qabarit işıqlar.
Sutkanın işıqlı vaxtında uşaq dəstələri daşıyan zaman hansı hallarda faranın yaxın işıqları yandırılmalıdır?
A) Ancaq məhdud görünmə şəraitində.
B) Ancaq mütəşəkkil nəqliyyat dəstəsində hərəkət edən zaman.
C) Uşaq dəstələri daşınılan bütün hallarda.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top