Tapılan ümumi test sayı : 1487

Duracaq tormoz sistemi təchiz olunmuş vəziyyətdə minik avtomobillərinin tərpənməz vəziyyətini təmin etməlidir:
A) 16 dərəcədən az olmayan enişdə.
B) 31 dərəcədən az olmayan enişdə.
C) 23 dərəcədən az olmayan enişdə.
Tormoz sistemində hansı nasazlığın yaranması zamanı yük avtomobilinə (avtobusa) hərəkəti davam etdirmək qadağandır?
A) Tormozun pedalının boş gedişi azalıbsa.
B) Duracaq tormoz sisteminin nəzarət lampası qoşulmursa.
C) Pnevmatik və ya pnevmohidravlik tormoz ötürücülərinin manometri işləmirsə.
Tormoz sistemində hansı nasazlığın yaranması zamanı nəqliyyat vasitəsinin hərəkətini davam etdirmək qadağandır?
A) Duracaq tormoz sistemi tam yüklü nəqliyyat vasitələrinin 16 dərəcədən az olmayan enişdə tərpənməz vəziyyətini təmin etmədikdə.
B) Duracaq tormoz sisteminin nəzarət lampası qoşulmadıqda.
C) Tormozun pedalının boş gedişi azaldıqda.
Sutkanın qaranlıq vaxtı faralar və arxa qabarit işıqlar yanmadıqda (nasaz olduqlarına görə) nəqliyyat vasitəsinə təmir və ya duracaq yerinə kimi hərəkəti davam etdirməyə icazə verilir?
A) Qadağandır, ancaq süni işıqlandırılmayan yollarda.
B) Qadağandır.
C) İcazə verilir.
Faraları və arxa qabarit işıqları yanmayan (nasaz olan) nəqliyyat vasitəsinə hansı hallarda hətta təmir və ya duracaq yerinə kimi hərəkəti davam etdirmək qadağandır?
A) Ancaq məhdud görünmə şəraitində.
B) Ancaq sutkanın qaranlıq vaxtında.
C) Sadalanan hər iki halda.
Hansı nasazlığın yaranması zamanı hərəkətin yağış və ya qar yağdığı şəraitdə davam etdirilməsi qadağandır?
A) Nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmuş şüşəyuyanlar işləmədikdə.
B) Şüşə silgəci sürücü tərəfdə işləmədikdə.
C) Şüşə silgəcləri müəyyən edilmiş rejimdə işləmədikdə.
Arxa duman fənərləri hansı rəngdə olmalıdır?
A) Qırmızı.
B) Narıncı.
C) Ağ.
D) Sarı.
Hansı hallarda qoşqu aparan avtomobilin hətta təmir və ya duracaq yerinə kimi hərəkətini davam etdirmək qadağandır?
A) İlişmə-dartı qurğusu nasaz olduqda.
B) Avtoqatar tanınma nişanı quraşdırılmadıqda.
C) Konstruksiyada nəzərdə tutulmuş arxanı göstərən güzgülər olmadıqda.
Hansı nasazlığın yaranması zamanı hətta təmir və ya duracaq yerinə kimi hərəkəti davam etdirmək qadağandır?
A) Şüşəyuyanların işləməməsi.
B) İşçi tormoz sisteminin nasazlığı.
C) İşlənmiş qazların xaric olunma sisteminin nasazlığı.
Əgər nəqliyyat vasitəsində işçi tormoz sistemi nasazdırsa, Siz nə etməlisiniz?
A) Hərəkəti dayandırmalısınız.
B) Nasazlığı aradan qaldırmağa çalışmalısınız, əgər bu mümkün deyilsə, təhlükəsizlik qaydalarina riayət etməklə təmir və ya duracaq yerinə getməlisiniz.
C) Duracaq tormoz sistemindən istifadə edərək aşağı sürətlə hərəkəti davam etdirməlisiniz.
Sadalanan hansı hallarda yük avtomobilinin banında (kabinadaki sərnişinlər də daxil olmaqla) 8 nəfərdən az adam daşıya bilərsiniz?
A) Sürücüdə "C" kateqoriyalı sürücülük vəsiqəsi olduqda.
B) Sürücüdə "A" kateqoriyalı sürücülük vəsiqəsi olduqda.
C) Sürücüdə "D" kateqoriyalı sürücülük vəsiqəsi olduqda.
Nəqliyyat vasitəsində daşınılan yük elə yerləşdirilməli və bərkidilməlidir ki:
A) Platformanın və ya bortların yuxarı hissəsindən 1 metrdən artıq çıxmasın.
B) Qabaq və arxa tərəfdən nəqliyyat vasitəsinin qabaritlərindən 1 metrdən çox qırağa çıxmasın.
C) Səs salmasın və ətraf mühiti çirkləndirməsin.
Hansı hallarda yüklərin daşınması qadağandır?
A) Xarici işıq siqnallarının və işıqqaytarıcıların, qeydiyyat və tanınma nişanlarının üstünü tutduqda.
B) Sərnişin oturacağının üzərinə yığıldıqda.
C) Nəqliyyat vasitəsinin qabaritindən qabaq və arxa tərəfdən 1 m-dən çox çıxdıqda.
Yük avtomobilinin banında daşınan sərnişinlərin sayı hansı göstəriciyə görə müəyyən olunur?
A) Sürücünün istəyinə görə.
B) Düzəldilmiş oturacaqların sayına görə.
Adam daşımaq üçün müvafiq qaydada nəzərdə tutulmuş avadanlıq quraşdırılmayan yük avtomobilinin bort platformasında adamların daşınmasına icazə verilir?
A) İcazə verilir, ancaq yükü müşayiət edən və ya onu almalı olan şəxsləri (əgər bu şəxsləri daşımaq üçün avtomobil bortun səviyyəsindən aşağıda yerləşən oturacaq yeri ilə təmin olunmuşdursa).
B) İcazə verilir, ancaq torpaq yollarda.
C) Qadağandır.
Yük nəqliyyat vasitəsinin qabaritindən yan tərəfə hansı ölçüdən çox çıxdıqda xüsusi tanınma nişanı ilə işarələnməlidir?
A) 2,5 metrdən çox.
B) 0,4 metrdən çox.
C) 2,0 metrdən çox.
D) 1,0 metrdən çox.
Sadalanan hansı hallarda yük avtomobilinin banında (kabinadaki sərnişinlər də daxil olmaqla) 8 nəfərdən artıq adam daşıya bilərsiniz?
A) Sürücüdə "C" və "D" kateqoriyalı sürücülük vəsiqəsi olduqda.
B) Sürücüdə "C" kateqoriyalı sürücülük vəsiqəsi olduqda.
C) Sürücüdə "B" kateqoriyalı sürücülük vəsiqəsi olduqda.

Qoşqu-yaylaqda adamların daşınmasına icazə verilir?

A) İcazə verilir.
B) İcazə verilir, əgər oturacaq yerləri vardırsa.
C) Qadağandır.
Minik avtomobilinin qabaq oturacağında uşaqları neçə yaşdan daşımağa icazə verilir, əgər orada uşağı saxlayan xüsusi qurğu yoxdursa?
A) 12 yaşdan.
B) 7 yaşdan.
C) Yaşından asılı olmayaraq icazə verilir, əgər o, yaşlı sərnişinin qucağında oturubsa.
Avtomobildə adamların daşınması zamanı aşağıda göstərilən tələblərin hansılarını nəzərə almalısınız?
A) Avtomobilin faktiki kütləsi istehsalçı müəssisənin müəyyən etdiyi icazə verilən maksimum kütlənin kəmiyyətindən artıq olmamalıdır.
B) Adamların sayı, 12 yaşdan kiçik uşaqları hesaba almadan, nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq olmamalıdır.
C) Sadalanan hər iki tələb nəzərə alınmalıdır.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top