Tapılan ümumi test sayı : 206

Mürəkkəb zərfləri müəyyənləşdirin. 1. oğrun-oğrun   4. yaza- yaza 2. birdən-birə   5. görər-görməz 3. birə-beş   6. gedə-gedə
A) 2, 5, 6
B) 4, 5, 6
C) 2, 4, 5
D) 1, 3, 5
E) 1, 2, 3
“Mənim yazdıqlarım hamının diqqətini cəlb etdi” cümləsində mübtəda nə ilə ifadə olunmuşdur?
A) isim
B) təsriflənən feil
C) feili sifət tərkibi
D) III növ təyini söz birləşməsi
E) feili sifət
Omonim qoşmaların verildiyi cərgəni müəyyənləşdirin.
A) haqqında, sarı, üçün
B) ötrü, dək, cən
C) savayı, ayrı, özgə
D) barəsində, qədər, kimi
E) tərəf, qarşı, qabaq
“O, yalnız sənin kimi düşünür” cümləsinin morfoloji təhlili ilə bağlı doğru olmayan fikri müəyyənləşdirin.
A) Cümlədə iki köməkçi nitq hissəsi işlənmişdir.
B) Əvəzliklərdən biri yiyəlik haldadır.
C) Cümlədəki feil təsriflənən, təsirli, təsdiq, məlum növdədir.
D) Cümlədə 2 şəxs əvəzliyi işlənmişdir
E) “Yalnız” sözü burada ədatdır, sifətlə omonimdir.
         
A) E
B) B
C) D
D) A
E) C
Hansılar mürəkkəb söz birləşməsi hesab olunur? 1. mənim haqqımda kitab 2. sənin kimi düşünən 3. sahilə qədər yol gedən 4. evə qədər yol 5. anam məni gözləyərkən 6. onun əziz övladı
A) 2, 3, 5
B) 1, 3, 5
C) 3, 5, 6
D) 1, 2, 4
E) 2, 4, 6
Sözlərdəm neçəsi həm omonim, həm də çoxmənalı kimi başa düşülə bilər? yol, yar, burun, boğaz, diş, baş, kök
A) heç birini
B) 1
C) 6
D) hamısını
E) 4
Hansı sözün yazılışı ilə tələffüzü arasındakı fərqli məqamların sayı daha çoxdur
A) çəmənlikdə
B) ədalətlə
C) ebonit
D) hünərlə
E) təəccüblə
           
A) 4, 5
B) 2, 3, 4
C) 1, 3, 5
D) 1, 2
E) 3, 4, 5
Qeyri-müəyyən əvəzliklərdən ibarət cərgəni müəyyənləşdirin.
A) filan, hər kəs, heç nə
B) filnakəs, nə, kimi
C) öz, hər, filan
D) hamı, hərə, hər nə
E) mən, sən, heç kim
Hansı cümlədə sifətin isimləşməsinə aid nümunə var?
A) Körpələr heç zaman anasız yatmaz.
B) Gözəllik hər adamda olmaz.
C) Usta Zeynal onunla razılaşmadı.
D) Tənəli baxışlarla üzümə baxırdı.
E) Onun əlində dəri çanta var idi.
Omonim frazeoloji birləşmə hansı bənddədir?
A) Ondan heç vaxt xoşum gəlməyib.
B) Səndən ötrü burnumun ucu göynəyir.
C) Üz verirsən, astar istəyir.
D) Yaman yorulmuşduq.
E) Əlidən gözüm su içmir.
Biri ümumi qrammatik mənasına görə digərlərindən fərqlənir.
A) yaxşılıq
B) gözəllik
C) əyrilik
D) düzlük
E) həftəlik
         
A) E
B) B
C) D
D) A
E) C
Vurğuya görə məntiqi ardıcıllğı tamamlayın. 1. kamera  2. dizel  3…..
A) lupa
B) defis
C) ölgünləşmək
D) fərəh
E) mexanika
“Xoşniyyətli” sözünün fonetik təhlili ilə bağlı doğru olmayan fikirləri müəyyənləşdirin. 1. Vurğusu “dissertasiya” sözünün vurğusu ilə eyni yerdədir. 2. Yazılışı ilə tələffüzü arasındakı fərqli məqamların sayı “danmaq” sözündəki fərqli məqamların sayı qədərdir. 3. Sözdə qarşılığı olmayan bir samit səs var. 4. Ahəng qanununa tabe deyil.
A) 1, 2
B) 2, 4
C) 2, 3, 4
D) 3, 4
E) 1, 2, 4
Aşağıdakı cümlələrdən biri quruluşuna görə digərlərindən fərqlidir.
A) İstəyirəm, sənlə gələm.
B) Ana tezdən durmuş, çayı dəmləmişdi.
C) Nə qədər oxudusa da, bilmədi
D) Artıq beş ildir, onu görmürəm
E) Hərçənd eşitdi, ancaq əhəmiyyət vermədi
“Elə” sözünün işlənmə ardıcıllığı hansı variantda düzgün verilmişdir? 1. Elə sən də mənim tayımsan. 2. Mənimlə elə danışma. 3. Elə hərəkəti mənə xoş gəlmədi.
A) əvəzlik, əvəzlik, əvəzlik
B) əvəzlik, ədat, ədat
C) ədat, sifət, zərf
D) ədat, zərf, sifət
E) ədat, əvəzlik, əvəzlik
Aşağıdakı cümlələrdən biri nəqli cümlədir.
A) Bütün işlərin öhtəsindən gəldinmi?
B) Bəs sən mənimlə razılaşmadın?
C) Hamımız sənə arxayınıq.
D) Təbiəti qoruyaq.
E) Ah, nələr duyuram onun səsində
Hansı cümlədə feldən düzələn isim işlənib?
A) Aysel müəllimin dediklərini kitabçaya qeyd etdi.
B) O, uçuq evdə yaşayır.
C) Qırıcı təyyarələr səmada göründü.
D) Sərçə çörək qırıntılarını dimdiklədi.
E) Hamı uzaqdan gələn oğlana baxırdı.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top