Tapılan ümumi test sayı : 206

Yalnız baş üzvlərdən ibarət cümləni seçin.
A) Sinif otağını təmizlədilər.
B) Dünən qar yağırdı.
C) Ülkərin anası bağça müdiridir.
D) Boyunbağı ona çox yaraşırdı.
“Beşguşəli” sözünün tərkibi hansı sxemə uyğundur?
A) say + fel + şəkilçi
B) say + isim + şəkilçi
C) say + sifət + şəkilçi
D) isim + isim + şəkilçi
E) sifət+isim+şəkilçi
Hansı cümlədə keyfiyyət bildirən sifət var?
A) Anam dadlı xörəklər bişirir.
B) O zolaqlı heyvan pələngdir.
C) Quzular yaşıl çəməndə otlayır.
D) Ağıllı düşmən, ağılsız dostdan yaxşıdır.
E) Məktəbin həyətində böyük futbol meydançası var
Quruluşuna görə dördündən biri fərqlidir.
A) yaylaq
B) yaylıq
C) məktəbli
D) ovçu
E) sirdaş
Sual cümlələrinin biri sual əvəzliyinin köməyi ilə yaranıb.
A) Su yaxşıdırmı, təmizdirmi?
B) Bizi yeyəcəklər?
C) Məgər sən bunları öyrənməmişdin?
D) Səni buraya kim göndərib?
E) Əhməd oğlunu tanıya bilmirsən?
Hansı sırada cümlə üzvləri kim? necə? nəyə? nə etdi? suallarına cavab verir?
A) Güllü əlini armuddan çəkdi.
B) Uşaqların biri təəccüblə soruşdu.
C) Ovçu bu mənzərəyə təəccüblə baxdı.
D) Qız heyrətlə ağaca baxdı.
E) Balaca Ülkər anasına baxıb güldü.
Omonimlərdən ibarət cərgəni seçin:
A) əl, əqrəb, şirin
B) ayaq, acı, aş
C) burun, baş, göz
D) bit, daş, al
E) düz, diş, ətək
Vaqif onları ad gününə dəvət etdi- cümləsində əvəzlik hansı cümlə üzvünün yerində işlənib?
A) zərflik
B) tamamlıq
C) mübtəda
D) xəbər
E) təyin
Mürəkkəb cümlə hansı bənddə verilib?
A) Çanta Kamilin əlindən yerə düşdü, Kamil utandı
B) Uşaqlar meşədə göbələk yığdılar, çiçək topladılar.
C) Biz uşaqlarla həyətdə oynadıq, çox əyləndik.
D) Anam Səkinəni evə çağırdı, ona çörək almasını tapşırdı
E) Sürücü maşını yolun kənarında saxladı
Biri omonim deyil.
A) şam
B) yol
C) cəza
D) daş
E) yaş
Cümlələrin birində zərf işlənmişdir.
A) Naxçıvan qədim şəhərdir.
B) Yaşlılar daşlı-kəsəkli yolla gedirdilər.
C) Qərib quşun yuvası olmaz.
D) Arif məktəbə getdi.
E) Bunu eşidən elçi geri qayıtdı.
Hansı sıradakı sözlərin hamısı düz yazılıb?
A) böyürtkən, rəsmxət, şənbə
B) faciyə, həyacan, samavar
C) məhşur, təbaşir, əskər
D) sümbül, panbıq, çiələk
E) lanpa, corap, zəmbil
Aşağıdakılardan hansında inkar şəkilçisi işlənib?
A) O, vurma əməlini yaxşı bilmir.
B) Məmməd dondurma aldı.
C) Fəhlələr taxtaları ikinci mərtəbəyə qaldırdılar.
D) Əynində yun jaket vardı.
E) Onun atası qazmaçıdır.
“Alov torpaq səngəri keçə bilmədi” cümləsində işlənmiş söz birləşməsini göstərin.
A) alov bilmədi
B) alov torpaq
C) səngəri keçə
D) torpaq səngəri
E) keçə bilmədi
Hansı sözdə səslərin sayı hərflərin sayından çoxdur?
A) müəyyən
B) kitab
C) məqsəd
D) təbii
E) mütaliə
Hansı söz səhv yazılıb?
A) ləziz
B) eyib
C) nəfis
D) boyun
E) ümumilli
Əksmənalı sözləri seçin.
A) dağ, bağ
B) gözəl, qəşəng
C) yaş, quru
D) çirkin-çirkli
E) oturur, əyləşir
“Qardaş” sözünün əvvəlinə hansı sözü əlavə etsək, mürəkkəb söz alınar?
A) qonşu
B) qohum
C) əmi
D) yoldaş
E) dayı
Hansı cümlədə “aslan”sözü böyük hərflə yazılmalıdır?
A) Heyvanxanaya iki aslan gətirmişdilər.
B) Meşədə aslanın nəriltisi hər yerə yayıldı.
C) Aqil albomda aslan şəkli çəkmişdi.
D) O, aslanın pəncəsindən xilas olmağa çalışırdı.
E) Yaqub öz kitablarını aslana bağışladı.
Yazılışlardan hansı doğrudur ? Eyni hərflər eyni rəqəmləri göstərir.
A) ABABAB : AB = 10000
B) ABABAB : AB = 10001
C) ABABAB : AB = 10111
D) ABABAB : AB = 1000
E) ABABAB : AB = 10101
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top