Tapılan ümumi test sayı : 206

Qalıqlı bölmə əməlində qismət 19, bölən 9 – dur. Bu bölmə əməlində bölünən ən çoxu neçə ola bilər?
A) 183
B) 170
C) 179
D) 180
E) 190
Bir ədədi 8 dəfə artırsan 48 olar. Bu ədədi 12 dəfə artırsan, neçə olar?
A) 96
B) 72
C) 84
D) 60
E) 64
3 – ə bölünən ən kiçik üçrəqəmli ədədlə 8- in hasili nəyə bərabərdir?
A) 800
B) 816
C) 110
D) 850
E) 806
Kamilə iki qələmə 18 manat pul verdi. Qələmlərdən biri o birindən 2 dəfə baha idi. Kamilənin aldığı qələmdən bahalısının qiyməti neçə manatdır?
A) 12 manat
B) 14 manat
C) 13 manat
D) 11 manat
E) 10 manat
Biri 92, digəri bundan 4 dəfə kiçik olan iki ədədin hasilini yüzlüklərə qədər yuvarlaqlaşdır – saq, neçə olar?
A) 2000
B) 2300
C) 2100
D) 2200
E) 1200
5 yüzlük neçə onluqdur?
A) 500
B) 5
C) 10
D) 5000
E) 50
Mən yüzlüklərinin sayı 2 olan ən böyük üçrəqəmli cüt ədədəm. Yüzlüklərə qədər yuvarlaqlaşsam, 300 olaram. Mən neçəyəm?
A) 296
B) 293
C) 294
D) 298
E) 211
184 və 154 ədədlərinin fərqini 3-ə bölün:
A) 15
B) 19
C) 20
D) 10
E) 12
Avtomobil yarışının iştirakçıları birinci gün 52 km yol getmişdilər. Bu, ikinci gün gedilən yoldan 4 dəfə çox idi. İdmançılar iki günə neçə kilometr yol getdi?
A) 60 km
B) 92 km
C) 120 km
D) 78 km
E) 65 km
Ulduz işarəsinin yerinə bərabərsizliyi doğru edən ən kiçik ədədi yazın: 830 + * > 830 + 293
A) 254
B) 292
C) 295
D) 290
E) 294
Feli birləşmə hansıdır?
A) qorxulu film
B) dərilmiş meyvə
C) alma ağacı
D) alma dərmək
E) dalğalı dəniz
Yaxınmənalı sözlərin birləşməsindən yaranan mürəkkəb isim hansı bənddə verilib?
A) bacı-qardaş
B) sür-sümük
C) şərq-qərb
D) künc-bucaq
E) top-top
Verilmiş şeir parçasında neçə isim var: Bu qala bizim qala, Həmişə bizim qala. Tikmədim özüm qalam, Tikdim ki, izim qala.
A) 3
B) 1
C) 5
D) 4
E) 2
İsmi birləşməni göstər.
A) Fidan oxuyur
B) Quş uçur
C) evə baxan
D) evə baxan Təranənin qara qələmi
E) məktəbə getmək
Əsas tərəfi sayla ifadə olunan söz birləşməsi hansı bənddə verilmişdir?
A) çoxlu qızılgül
B) uşaqlardan beşi
C) az söz
D) üç dost
E) dadlı dondurma
Hansı sözdə şəkilçi sözün kökündən əvvəl gəlir?
A) nadir
B) nazik
C) narazı
D) nahar
E) nadan
Sayla isim arasındakı söz hansı cümlədə düzgün işlədilməyib?
A) Anam mağazadan iki cüt corab aldı.
B) Ad gününə on nəfər qonaq gəldi.
C) Qardaşım mənə bir dənə kostyum bağışladı.
D) Şamil on baş qoyunu otlağa apardı.
E) Nənə bazardan üç dəstə göyərti aldı.
“Tapdalamaq” sözünün tələffüzü hansı bənddə düzgün verilib?
A) [taftalamax]
B) [tabdalamax]
C) [tapdalamağ]
D) [taptalamax]
E) [tapdalamax]
Hansı cümlədə sual əvəzliyi işlənib?
A) Bəs yolda onu görmədin?
B) Bağlamanı sizə çatdırdılar
C) Orxan sənin kimi rəqs edə bilər?
D) Biz niyə qazana bilmədik?
E) Bu onun kitabıdır?
Şəkilçisi fərqli tələffüz olunan sözü göstər.
A) balıqlarda
B) kələmdən
C) evdən
D) çaydan
E) kəpənəkləri
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top