Tapılan ümumi test sayı : 206

8 xalata 32 m parça işləndi. Bir xalata bir dondan 1 m artıq parça işlənir. 15 don tikmək üçün neçə metr parça lazımdır?
A) 60 m
B) 30 m
C) 42 m
D) 45 m
E) 28 m
8 eyni stula 64 manat verdilər. 24 belə stul neçəyədir?
A) 175 man
B) 200 man
C) 192 man
D) 175 man
E) 180 man
Çəndə 500 l su var idi. Çəndən hər dəfə 80 l olmaqla 6 dəfə su boşaltdılar. Çəndə neçə litr su qaldı?
A) 26 l
B) 35 l
C) 25 l
D) 20 l
E) 30 l
Birinci fəhlə bir günə 16 detal, ikinci fəhlə isə 12 detal hazırlayır. Bu hesabla, fəhlələr 6 günə neçə detal hazırlayarlar?
A) 172
B) 178
C) 168
D) 141
E) 148
x + 48 =53 olarsa, 585: x+722 ifadəsinin qiymətini tapın:
A) 843
B) 841
C) 839
D) 840
E) 821
Toy məclisi üçün 350 nəfərlik stol açılıb. Təbrik üçün 170 nəfər qohumlar, bundan 28 nəfər çox dostlar gəlib. Neçə nəfərə yer çatmayacaq?
A) 198
B)   20
C) 17
D) 15
E) 18
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top