Tapılan ümumi test sayı : 206

“Hiss” sözünə hansı şəkilçini artırdıqda qoşa samitlərdən biri düşmür?
A) –in
B) – siz
C) -lər
D) –də
E) -dir
Hansı cümlədə q-ğ əvəzlənməsi baş verməyib?
A) Yaxşılığı et, balığı at dəryaya, balıq bilməsə də xaliq bilər
B) Etdiyin yaxşılığı xatırlama, gördüyün yaxşılığı unutma
C) Əsas odur ki, sənə pisliyi dəyən birisinə yaxşılıq edəsən.
D) Yaxşılığı edəndə ondan qarşılıq istəmə.
E) Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir.
Həm omonim, həm də çoxmənalı söz kimi işlənən sözlər cərgəsini seçin.
A) üz, qol
B) qaz, don
C) göz, baş
D) at, şam
E) yol, ağız
Sözlərdən biri orfoepiya lüğətində məhz bu şəkildə verilib?
A) kənt
B) müəllim
C) təbii
D) təəccüb
E) Nailə
“növbə” sözünün fonetik təhlili ilə bağlı səhv fikri seçin:
A) vurğu sonuncu hecaya düşür.
B) ikihecalıdır
C) ahəng qanununa tabedir.
D) tərkibində iki cingiltili samit var.
E) səslərin sayı hərflərin sayından çoxdur.
Həm əsas, həm də köməkçi nitq hissəsi kimi işlənən sözlər hansı cərgədə verilib?
A) tək, ki
B) kim, və
C) sarı, bir
D) qoy, üçün
E) də, ən
“Üzümçülərin” sözündə dörd cür yazılan neçə şəkilçi var?
A) 3
B) 1
C) yoxdur
D) 4
E) 2
“qaçmaq” feli indiki zamanda ikinci şəxsin cəmində necə olar?
A) qaçırsınız
B) qaçıram
C) qaçırıq
D) qaçır
E) qaçırsan
İsimdən düzələn sifət hansıdır?
A) zarafatcıl
B) tutqun
C) uçuq
D) qorxunc
E) qırıcı
Hansı sıra eyniköklü sözlərdən ibarətdir?
A) duzlu, duzla, duzlar
B) gül, güllər, gülüş
C) yağlı, yağmur, yağış
D) işləyir, işlədi, işləyəcək
E) qorxunc, qorxu, qorxaq
Birinin sinonimi yoxdur.
A) yüksək
B) bilik
C) yanlış
D) yarpaq
E) yeni
Hansı sözün tərkibində bir cingiltili, iki kar samit var?
A) limon
B) bitki
C) dovğa
D) yoldaş
E) armud
Hansı söz quruluşca düzəltmədir?
A) barmaq
B) balıq
C) qaymaq
D) başmaq
E) bolluq
Hansı atalar sözündə əksmənalı sözlər işlənib?
A) Dost dar gündə tanınar.
B) Saxla samanı, gələr zamanı.
C) El gücü sel gücü.
D) Dost başa baxar, düşmən ayağa.
E) Örtülü bazar dostluğu pozar.
Hansı əsərin adı cümlə ilə ifadə olunub?
A) Qaraca qız
B) Torağaylar oxuyur
C) Kapitan Qrantın uşaqları
D) Mavi qatarın sirri
E) Səfillər
Artıq sözü tapın:
A) düzgün
B) doğru
C) yenilməz
D) dürüst
E) gerçək
Hansı söz səhv yazılıb?
A) biraz
B) aşpaz
C) gec-tez
D) corab
E) qarpız
“sakit” sözü bunlardan hansının əlaməti ola bilməz:
A) mahnı
B) torpaq
C) uşaq
D) dəniz
E) hava
Hansı sözün sinonimi səhv göstərilib?
A) əzab-əziyyət
B) bilikli-savadlı
C) sülh-müharibə
D) azad-müstəqil
E) bənzər-oxşar
Yazılışlardan hansı doğrudur ? Eyni hərflər eyni rəqəmləri göstərir.
A) ABCABC : ABC = 1000
B) ABCABC : ABC = 1001
C) ABCABC : ABC = 10001
D) ABCABC : ABC = 1010
E) ABCABC : ABC = 1111
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top