Tapılan ümumi test sayı : 206

“Hiss” sözünə hansı şəkilçini artırdıqda qoşa samitlərdən biri düşmür?
A) – siz
B) -dir
C) –in
D) -lər
E) –də
Hansı cümlədə q-ğ əvəzlənməsi baş verməyib?
A) Yaxşılığı edəndə ondan qarşılıq istəmə.
B) Əsas odur ki, sənə pisliyi dəyən birisinə yaxşılıq edəsən.
C) Etdiyin yaxşılığı xatırlama, gördüyün yaxşılığı unutma
D) Yaxşılığı et, balığı at dəryaya, balıq bilməsə də xaliq bilər
E) Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir.
Həm omonim, həm də çoxmənalı söz kimi işlənən sözlər cərgəsini seçin.
A) üz, qol
B) yol, ağız
C) göz, baş
D) qaz, don
E) at, şam
Sözlərdən biri orfoepiya lüğətində məhz bu şəkildə verilib?
A) təəccüb
B) kənt
C) müəllim
D) təbii
E) Nailə
“növbə” sözünün fonetik təhlili ilə bağlı səhv fikri seçin:
A) ahəng qanununa tabedir.
B) səslərin sayı hərflərin sayından çoxdur.
C) vurğu sonuncu hecaya düşür.
D) ikihecalıdır
E) tərkibində iki cingiltili samit var.
Həm əsas, həm də köməkçi nitq hissəsi kimi işlənən sözlər hansı cərgədə verilib?
A) sarı, bir
B) kim, və
C) də, ən
D) tək, ki
E) qoy, üçün
“Üzümçülərin” sözündə dörd cür yazılan neçə şəkilçi var?
A) yoxdur
B) 1
C) 3
D) 2
E) 4
“qaçmaq” feli indiki zamanda ikinci şəxsin cəmində necə olar?
A) qaçırsan
B) qaçıram
C) qaçırıq
D) qaçırsınız
E) qaçır
İsimdən düzələn sifət hansıdır?
A) zarafatcıl
B) qorxunc
C) tutqun
D) uçuq
E) qırıcı
Hansı sıra eyniköklü sözlərdən ibarətdir?
A) qorxunc, qorxu, qorxaq
B) duzlu, duzla, duzlar
C) işləyir, işlədi, işləyəcək
D) gül, güllər, gülüş
E) yağlı, yağmur, yağış
Birinin sinonimi yoxdur.
A) yeni
B) bilik
C) yarpaq
D) yanlış
E) yüksək
Hansı sözün tərkibində bir cingiltili, iki kar samit var?
A) armud
B) bitki
C) dovğa
D) yoldaş
E) limon
Hansı söz quruluşca düzəltmədir?
A) bolluq
B) qaymaq
C) başmaq
D) barmaq
E) balıq
Hansı atalar sözündə əksmənalı sözlər işlənib?
A) El gücü sel gücü.
B) Dost başa baxar, düşmən ayağa.
C) Dost dar gündə tanınar.
D) Örtülü bazar dostluğu pozar.
E) Saxla samanı, gələr zamanı.
Hansı əsərin adı cümlə ilə ifadə olunub?
A) Səfillər
B) Qaraca qız
C) Torağaylar oxuyur
D) Kapitan Qrantın uşaqları
E) Mavi qatarın sirri
Artıq sözü tapın:
A) gerçək
B) yenilməz
C) doğru
D) düzgün
E) dürüst
Hansı söz səhv yazılıb?
A) corab
B) gec-tez
C) qarpız
D) biraz
E) aşpaz
“sakit” sözü bunlardan hansının əlaməti ola bilməz:
A) dəniz
B) hava
C) uşaq
D) torpaq
E) mahnı
Hansı sözün sinonimi səhv göstərilib?
A) əzab-əziyyət
B) bənzər-oxşar
C) sülh-müharibə
D) azad-müstəqil
E) bilikli-savadlı
Yazılışlardan hansı doğrudur ? Eyni hərflər eyni rəqəmləri göstərir.
A) ABCABC : ABC = 1000
B) ABCABC : ABC = 1001
C) ABCABC : ABC = 1111
D) ABCABC : ABC = 1010
E) ABCABC : ABC = 10001
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top