Tapılan ümumi test sayı : 206

Yalnız baş üzvlərdən ibarət cümləni seçin.
A) Sinif otağını təmizlədilər.
B) Boyunbağı ona çox yaraşırdı.
C) Ülkərin anası bağça müdiridir.
D) Dünən qar yağırdı.
“Beşguşəli” sözünün tərkibi hansı sxemə uyğundur?
A) say + fel + şəkilçi
B) say + isim + şəkilçi
C) say + sifət + şəkilçi
D) isim + isim + şəkilçi
E) sifət+isim+şəkilçi
Hansı cümlədə keyfiyyət bildirən sifət var?
A) O zolaqlı heyvan pələngdir.
B) Məktəbin həyətində böyük futbol meydançası var
C) Quzular yaşıl çəməndə otlayır.
D) Ağıllı düşmən, ağılsız dostdan yaxşıdır.
E) Anam dadlı xörəklər bişirir.
Quruluşuna görə dördündən biri fərqlidir.
A) yaylaq
B) ovçu
C) sirdaş
D) məktəbli
E) yaylıq
Sual cümlələrinin biri sual əvəzliyinin köməyi ilə yaranıb.
A) Su yaxşıdırmı, təmizdirmi?
B) Səni buraya kim göndərib?
C) Bizi yeyəcəklər?
D) Əhməd oğlunu tanıya bilmirsən?
E) Məgər sən bunları öyrənməmişdin?
Hansı sırada cümlə üzvləri kim? necə? nəyə? nə etdi? suallarına cavab verir?
A) Uşaqların biri təəccüblə soruşdu.
B) Güllü əlini armuddan çəkdi.
C) Ovçu bu mənzərəyə təəccüblə baxdı.
D) Balaca Ülkər anasına baxıb güldü.
E) Qız heyrətlə ağaca baxdı.
Omonimlərdən ibarət cərgəni seçin:
A) düz, diş, ətək
B) ayaq, acı, aş
C) bit, daş, al
D) burun, baş, göz
E) əl, əqrəb, şirin
Vaqif onları ad gününə dəvət etdi- cümləsində əvəzlik hansı cümlə üzvünün yerində işlənib?
A) mübtəda
B) xəbər
C) tamamlıq
D) təyin
E) zərflik
Mürəkkəb cümlə hansı bənddə verilib?
A) Anam Səkinəni evə çağırdı, ona çörək almasını tapşırdı
B) Sürücü maşını yolun kənarında saxladı
C) Çanta Kamilin əlindən yerə düşdü, Kamil utandı
D) Uşaqlar meşədə göbələk yığdılar, çiçək topladılar.
E) Biz uşaqlarla həyətdə oynadıq, çox əyləndik.
Biri omonim deyil.
A) yol
B) yaş
C) cəza
D) şam
E) daş
Cümlələrin birində zərf işlənmişdir.
A) Bunu eşidən elçi geri qayıtdı.
B) Naxçıvan qədim şəhərdir.
C) Yaşlılar daşlı-kəsəkli yolla gedirdilər.
D) Arif məktəbə getdi.
E) Qərib quşun yuvası olmaz.
Hansı sıradakı sözlərin hamısı düz yazılıb?
A) faciyə, həyacan, samavar
B) məhşur, təbaşir, əskər
C) sümbül, panbıq, çiələk
D) böyürtkən, rəsmxət, şənbə
E) lanpa, corap, zəmbil
Aşağıdakılardan hansında inkar şəkilçisi işlənib?
A) Məmməd dondurma aldı.
B) Onun atası qazmaçıdır.
C) O, vurma əməlini yaxşı bilmir.
D) Fəhlələr taxtaları ikinci mərtəbəyə qaldırdılar.
E) Əynində yun jaket vardı.
“Alov torpaq səngəri keçə bilmədi” cümləsində işlənmiş söz birləşməsini göstərin.
A) torpaq səngəri
B) alov torpaq
C) alov bilmədi
D) səngəri keçə
E) keçə bilmədi
Hansı sözdə səslərin sayı hərflərin sayından çoxdur?
A) mütaliə
B) müəyyən
C) təbii
D) məqsəd
E) kitab
Hansı söz səhv yazılıb?
A) eyib
B) ümumilli
C) ləziz
D) boyun
E) nəfis
Əksmənalı sözləri seçin.
A) yaş, quru
B) çirkin-çirkli
C) dağ, bağ
D) oturur, əyləşir
E) gözəl, qəşəng
“Qardaş” sözünün əvvəlinə hansı sözü əlavə etsək, mürəkkəb söz alınar?
A) qohum
B) yoldaş
C) qonşu
D) dayı
E) əmi
Hansı cümlədə “aslan”sözü böyük hərflə yazılmalıdır?
A) Heyvanxanaya iki aslan gətirmişdilər.
B) Aqil albomda aslan şəkli çəkmişdi.
C) Meşədə aslanın nəriltisi hər yerə yayıldı.
D) O, aslanın pəncəsindən xilas olmağa çalışırdı.
E) Yaqub öz kitablarını aslana bağışladı.
Yazılışlardan hansı doğrudur ? Eyni hərflər eyni rəqəmləri göstərir.
A) ABABAB : AB = 10001
B) ABABAB : AB = 10111
C) ABABAB : AB = 10000
D) ABABAB : AB = 10101
E) ABABAB : AB = 1000
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top