Tapılan ümumi test sayı : 101

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən vətəndaşların Seçki hüququna aid deyil:
A) Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, , məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər
B) Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur
C) Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır
D) Din xadimlərinin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ heç bir halda məhdudlaşdırıla bilinməz
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Şərəf və ləyaqətin müdafiəsi hüququna  aid deyil:
A) Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz
B) Hər kəsin ləyaqəti dövlət tərəfindən qorunur
C) Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz
D) Qanunla müəyyən edilmiş hallarda müəyyən şəxslərə cinayəti etiraf etmək üçün işgəncə və əzab verilə bilinər
Konstitusiyaya görə vətəndaşların hüquqlarından biri deyil:
A) Vergi
B) Seçki
C) Vətəndaşlıq
D) Təhsil
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Sosial təminat hüququna aid deyil:
A) Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır
B) Hər kəs xəstəliyinə, əlilliyinə, ailə başçısını və əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə sosial təminat almaq hüququna malikdir
C) Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği Konstitusiya ilə müəyyən edilir
D) Yardıma möhtac olanlara kömək etmək, ilk növbədə, onların ailə üzvlərinin borcudur
Məntiqi uyğunluğu müəyyən edin: 1. Şəxsi toxunulmazlıq 2. Mənzil toxunulmazlığı 3. …
A) Ətraf mühitin qorunması
B) Sağlam ətraf mühitdə yaşamaq
C) Dövlət rəmzlərinə hörmət
D) Vətənə sədaqət
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Tətil hüququna aid deyil:
A) Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir
B) Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və digər silahlı birləşmələrdə xidmət edən hərbi qulluqçular və mülki şəxslər tətil edə bilməzlər
C) Hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ vardır
D) Əmək müqaviləsi əsasında işləyənlərin tətil etmək hüququ heç bir halda məhdudlaşdırıla bilinməz
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Əməh hüququ haqqında fikirlərdən biri səhvdir:
A) Hər kəs əmək müqaviləsi bağlamağa məcbur edilməlidir
B) İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır
C) Hər kəsin heç bir ayrı-seçkilik qoyulmadan təhlükəsiz və sağlam şəraitdə işləmək, hüququ vardır
D) Fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir
Konstitusiyaya görə kimlərin istisna hallarda seçki hüququ məhdudlaşdırıla bilinər? 1. Hərbi qulluqçuların 2. Qocaların 3. Hakimlərin 4. Məhbusların 5. Pedaqoji işlə məşğul olanların 6. Din xadimlərinin 7. Tibb işçilərinin
A) 1.2.5.6
B) 1.3.4.6
C) 2.4.5.7
D) 2.4.7
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Nigah hüququna aid deyil:
A) Nikah və ailə dövlətin himayəsindədir
B) Ər ilə arvadın hüquqları bərabərdir
C) Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda könüllü razılıq əsasında nigah bağlamaq və ailə qurmaq hüququ vardır
D) Müəyyən hallarda qanun zorla evləndirilməyə imkan verir
Konstitusiyaya görə Azərbaycan Respublikasının vətəndaşları haqqında fikirlərdən biri səhvdir:
A) Heç bir halda vətəndaş ölkədən qovula bilməz
B) Ölkədə yaşayan əcnəbilərdə ölkə vətəndaşlarıyla bərabər hüquq və azadlıqlara malikdir
C) Ağır cinayyət etdikdə belə şəxslər vətəndaşlıqdan məhrum edilə bilməz
D) İstisna hallarda şəxs vətəndaşlıqdan məhrum edilə bilər
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən şəxsi toxunulmazlıq hüququna aid deyil:
A) Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir
B) Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır
C) Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilir
D) Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izləmək, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən mülkiyyət hüququna aid deyil:
A) Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər
B) Mülkiyyət hüququ qanunla qorunur
C) Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz
D) Mülkiyyətin xüsusi növünə üstünlük verilir
Konstitusiyaya görə Azərbaycanda mülkiyyətin növləri: 1. Dövlət 2. Kolxoz 3.Xüsusi 4. İctimai 5.Bələdiyyə 6.Dini idarələrin
A) 3.5.6
B) 1.3.5
C) 1.4.5
D) 2.4.6
Konstitusiyaya görə hər bir kəsin dinə müstəqil münasibətini müəyyənləşdirir:
A) Mənsubiyyət hüququ
B) Məlumat azadlığı
C) Vicdan azadlığı
D) Fikir və söz azadlığı
Silah işlədilməsinə yol verilmir:
A) Hər bir kəsin müdafiəyə ehdiyacı olduqda
B) Dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınmasında
C) Ölkəyə silahlı basqın edilməsi hallarında
D) Həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınmasında son zərurət olduqda
Yaşamaq hüququna aid deyil:
A) Dövlətə silahlı basqın zamanı yaşamaq hüququ məhdudlaşdırıla bilinər
B) Heç bir halda yaşamaq hüququ məhdudlaşdırıla bilinməz
C) Müstəsna cəza tədbiri kimi ölüm cəzası ləğv olunmuşdur
D) Hər kəsin yaşamaq hüququ vardır
Uyğunluq pozulub:
A) İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır
B) İstisna hallarda milli mənşəyinə və sosial statusuna görə müəyyən şəxslərə imtiyazlar verilə bilər
C) Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır
D) Hər kəs qanun və məhkəmə qarşısında bərabərdir
Konstitusiyaya görə tətil edə bilməzlər:
A) Siyasi partiyaların üzvləri
B) Hərbi qulluqçular
C) Tibb işçiləri
D) Yetkinlik yaşına çatmayanlar
Konstitusiyaya görə seçkidə iştirak etmək hüququ yoxdur:
A) Din xadimlərinin
B) Dövlət orqanlarında çalışan işçilərinin
C) Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxslərin
D) Respublikadan kənarda yaşayan vətəndaşların
Konstitusiyaya görə dinə münasibəti ifadə edir:
A) İslam dininin dövlət dini elan edilməsi
B) Dini idarələrin dövlətə tabe edilməsi
C) Dövlətlə dinin vəhdət təşkil etməsi
D) Dinin dövlətdən ayrılması və bütün dinlərin qanun qarşısında bərabər olması
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top