Tapılan ümumi test sayı : 130

Mikroorqanizmlərdən xalq təsərrüfatının hansı sahəsində istifadə olunmur?
A) Yemçilik, yeyinti sənayesi
B) Çörəkbişirmə, şərabçılıq
C) Tikinti materiallarının hazırlanmasında
D) Süd məhsullarının hazırlanması
Aşağıda istifadə olunan metodlardan hansı seleksiyada müasir metod sayılmır?
A) Gen mühəndisliyi
B) Xromosom mühəndisliyi
C) Hüceyrə mühəndisliyi
D) Biotexnologiya
Biotexnologiyada hansı mikroorqanizmlərdən istifadə edilir?
A) Bakteriyalardan
B) Maya göbələklərdən
C) Parazit göbələklərdən
D) Papaqlı göbələklər
Hansı mülahizə düzgün deyil?
A) Gen mühəndisliyi xromosomların dəyişdirilməsinə əsaslanır
B) Hüceyrə mühəndisliyində müxtəlif bitki hüceyrələrindən regenerasiya yolu ilə tam orqanizm əmələ gəlir
C) Hüceyrə mühəndisliyi hüceyrə səviyyəsində gedən müasir seleksiya metodudur
D) Gen mühəndisliyi bir orqanizmdə olan genin digərinə köçürülməsidir
Bir orqanizmdəki müəyyən genin digərinə köçürülməsi prosesi nə adlanır?
A) Xromosom mühəndisliyi
B) Gen mühəndisliyi
C) Biotexnologiya
D) Hüceyrə mühəndisliyi
Miçurin müxtəlif növ və cinslərin çarpazlaşdırılmasını tətbiq edərək hansı hibridləri almışdır?
A) Qış Beressi armud sortu
B) Belfler – Kitayka alma sortu
C) Böyürtkənlə moruğun hibridi
D) Slavyanka alma sortu
Mentor üsulu hansı orqanizmlərdə aparılır?
A) Bitkilərdə
B) Mikroorqanizmlərdə
C) Heyvanlarda
D) Göbələklərdə
Miçurin ilk dəfə hansı qanunauyğunluğu müəyyən etmişdir?
A) Poliploidlik xüsusiyyətini
B) Daxili və xarici mühit amillərinin təsirini
C) Uzaq hibridləşməni
D) Dominantlığın idarə edilməsini
Miçurin hansı metodla gavalı və göyəmin hibridlərini almışdır?
A) Seçmə ilə
B) Uzaq hibridləşdirmə ilə
C) Dominantlığı idarə etməklə
D) Mentor üsulu ilə
Azərbaycanda məhsuldar buğda sortlarının yaradılmasında hansı alimlərin böyük əməyi olmuşdur?
A) F. Məlikov
B) A. Qarayev
C) İ. Mustafayev
D) İ. Mustafayev və C. Əliyev
Təkamülün hərəkətverici qüvvələrinə aid deyil?
A) Təbii seçmə
B) Qeyri – irsi dəyişkənlik
C) İrsi dəyişkənlik
D) Yaşamaq uğrunda mübarizə
Aşağıdakılardan hansı təkamülün hərəkətverici qüvvələrinə aiddir?
A) Modifikasiya dəyişkənliyi
B) Qeyri – irsi dəyişkənlik
C) Yaşamaq uğrunda mübarizə
D) Orqanizmlərin nisbi uyğunlaşması
Təkamülün nəticələrindən biridir?
A) Yaşamaq uğrunda mübarizə
B) İrsi dəyişkənlik
C) Canlı varlıqların quruluşunun mürəkkəbləşməsi
D) Populyasiya dalğaları
Fərdlərin bir populyasiyada birləşməsinə səbəb nədir?
A) Ümumi qidalanma
B) Sərbəst çarpazlaşma
C) Yırtıcı həyat tərzi
D) Eyni yaş həddi
Yaşamaq uğrunda mübarizənin hansı növü kəskin gedir?
A) Növlərarası mübarizə
B) Növdaxili mübarizə
C) Əlverişsiz mühitlə mübarizə
D) Növarası və növdaxili mübarizə
Fərdi seçmə ən çox hansı bitkilərin seleksiyasında aparılır?
A) Küləklə tozlanan bitkilər
B) Həşərat və küləklə tozlanan bitkilər
C) Öz – özünə tozlanan bitkilər
D) Həşəratla tozlanan bitkilər
Heyvanların seleksiyasına aid olan sıra hansıdır?
A) Eksteryerə görə valideyn cütlərinin seçilməsi
B) Uzaq hibridləşdirmə
C) Xətlərarası hibridləşdirmə
D) Mənşə mərkəzlərinə görə valideyn cütlərinin seçilməsi
Ancaq bitkilərin seleksiyasında tətbiq olunur:
A) Homoziqot xətlərin alınması
B) Hibridlərin alınması
C) Uzaq hibridləşdirmə
D) Mentor üsulu
Həm bitki, həm də heyvan seleksiyası üçün tətbiq olunur:
A) Mentor üsulu
B) Sortlararası hibridləşdirmə
C) Vegetativ çoxalma
D) Xətlərarası hibridləşdirmə
Bitkilərin seleksiyasında tətbiq olunmur:
A) Fərdi seçmə
B) Uzaq hibridləşmə
C) Kütləvi seçmə
D) Törədicilərin nəslə görə təyini
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top