Tapılan ümumi test sayı : 130

Mutasiya anlayışı elmə ilk dəfə kim tərəfindən gətirilmişdir?
A) Q. Mendel
B) T. Morqan
C) De – Friz
D) Lui Paster
Modifikasiya dəyişkənliyi nədir?
A) Eyni genotipə malik orqanizmlərin xarici mühit amillərinin təsirindən müxtəlif fenotiplər əmələ gətirməsi
B) Orqanizmlərin kəmiyyət və keyfiyyətcə dəyişməsi
C) Yaranan dəyişikliklərin irsən ötürülməsi
D) Mühit şəraitinə uyğunlaşma
Müəyyən reaksiya norması hüdudunda əlamətin dəyişməsi hansı dəyişkənlik formasıdır?
A) İrsi
B) Nisbətli
C) Modifikasiya
D) Mutasiya
Modifikasiya dəyişkənliyinin əhəmiyyəti nədir?
A) Əlamətlər irsən keçir
B) Əlamətlər keyfiyyətcə dəyişir
C) Əlamətlər çoxalır
D) Əlamət əvvəlki həddinə qayıdır
Aşağıdakı mülahizələrdən hansı düzgün deyil?
A) Mutasiya istiqamətlənmiş olur
B) Mutasiya irsən keçir
C) Mutasiyalar qəflətən və sıçrayışla baş verir
D) Mutasiya ancaq zərərli olur
Dəyişkənliyin hansı formasında eyni genotipə malik olan fərdlərdə müxtəlif mühit şəraitində fenotipik əlamətlər fərqli ola bilər?
A) Modifikasiya
B) Mutasiya
C) Kombinativ
D) Nisbətli
Genetikada insanın nəsil ağacının öyrənilməsinə əsaslanan metod necə adlanır?
A) Əkizlik
B) Genealoji
C) Sitogenetik
D) Biokimyəvi
İnsan irsiyyətinin öyrənilməsinin çətinliyi nədədir?
A) İnsanda xromosomların sayı 46 – dır
B) İnsanda çoxlu irsi xəstəliklər gizli keçir
C) İnsan gec çoxalır, az nəsil verir
D) İnsan üzərində eksperiment aparmaq çətindir
Genealoji üsulla hansı xəstəliklərin irsən keçməsi müəyyən edilmişdir?
A) Dəri xəstəlikləri
B) Qaraciyərin serrozu
C) Virus xəstəlikləri
D) Şəkərli diabet, anadangəlmə resesiv karlıq
İnsanların neçə faizində qan mənfi rezuslu ( RH ) olur?
A) 20% - də
B) 30% - də
C) 25% - də
D) 15% - də
Genetikada insanın xromosomlarını öyrənməyə əsaslanan metod necə adlanır?
A) Hibridoloji
B) Əkizlik
C) Genealoji
D) Sitogenetik
Aşağıdakılardan hansı sitoplazmatik irsiyyəti müəyyən edir?
A) Holci aparatı ilə əlamətlərin ötürülməsi
B) Nüvənin iki qız hüceyrəyə bölünməsi
C) Mitoxondri və xloroplastlarla ötürülmə
D) Mitoxondri və ribosomla ötürülməsi
Homoloji xromosomların eyni sahəsində yerləşən gen cütünün bir neçə formasının yaranması nə adlanır?
A) Çoxcəhətlilik
B) Polimeriya
C) Çoxallellilik
D) Genlərin çoxcəhətli təsiri
Atanın qan qrupu I ( Jº - J° ) ananın qan qrupu IV ( J(A) J(B) ) olduqda uşaqlarda hansı qan qrupu olar?
A) II və IV
B) II və III
C) I və II
D) I və III
Bütün qan qruplarına malik uşaqların doğulduğu ailədə valideynlərin genotipi necə olar?
A) P - –> J° – Jº x J(A) J(A)
B) P - –> J(A) J(A)x J(B) J(B)
C) P - –>J(A) Jº x J(B) Jº
D) P - –>J(B) J(B) x Jº x Jº
Bir genin digərinin təsirini zəiflətməsi necə adlanır?
A) Krossenqover
B) Epistas
C) Polimeriya
D) Komplementarlıq
Bir əlamətin inkişafını eyni fenotip yaradan bir neçə genin tənzimləməsi necə adlanır?
A) Polimeriya
B) Epistas
C) Mutasiya
D) Komplementarlıq
Bir genin bir neçə əlamətin inkişafına və yaranmasına təsiri hansı bitkidə müşahidə olunur?
A) Noxudda
B) Akvilegiya bitkisində
C) Gecəçiçəyində
D) Zəncirotunda
Hansı genotip eyni allel təyin edin:
A) Bb
B) Aa
C) BB
D) Ee
Hansı genotip müxtəlif allel genləri saxlayır?
A) CC
B) Cc
C) Bb
D) aa
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top