Tapılan ümumi test sayı : 130

Mutasiya anlayışı elmə ilk dəfə kim tərəfindən gətirilmişdir?
A) Lui Paster
B) T. Morqan
C) Q. Mendel
D) De – Friz
Modifikasiya dəyişkənliyi nədir?
A) Orqanizmlərin kəmiyyət və keyfiyyətcə dəyişməsi
B) Yaranan dəyişikliklərin irsən ötürülməsi
C) Mühit şəraitinə uyğunlaşma
D) Eyni genotipə malik orqanizmlərin xarici mühit amillərinin təsirindən müxtəlif fenotiplər əmələ gətirməsi
Müəyyən reaksiya norması hüdudunda əlamətin dəyişməsi hansı dəyişkənlik formasıdır?
A) Modifikasiya
B) Mutasiya
C) Nisbətli
D) İrsi
Modifikasiya dəyişkənliyinin əhəmiyyəti nədir?
A) Əlamətlər keyfiyyətcə dəyişir
B) Əlamətlər çoxalır
C) Əlamət əvvəlki həddinə qayıdır
D) Əlamətlər irsən keçir
Aşağıdakı mülahizələrdən hansı düzgün deyil?
A) Mutasiya istiqamətlənmiş olur
B) Mutasiyalar qəflətən və sıçrayışla baş verir
C) Mutasiya ancaq zərərli olur
D) Mutasiya irsən keçir
Dəyişkənliyin hansı formasında eyni genotipə malik olan fərdlərdə müxtəlif mühit şəraitində fenotipik əlamətlər fərqli ola bilər?
A) Kombinativ
B) Mutasiya
C) Modifikasiya
D) Nisbətli
Genetikada insanın nəsil ağacının öyrənilməsinə əsaslanan metod necə adlanır?
A) Genealoji
B) Biokimyəvi
C) Sitogenetik
D) Əkizlik
İnsan irsiyyətinin öyrənilməsinin çətinliyi nədədir?
A) İnsanda xromosomların sayı 46 – dır
B) İnsan üzərində eksperiment aparmaq çətindir
C) İnsanda çoxlu irsi xəstəliklər gizli keçir
D) İnsan gec çoxalır, az nəsil verir
Genealoji üsulla hansı xəstəliklərin irsən keçməsi müəyyən edilmişdir?
A) Virus xəstəlikləri
B) Şəkərli diabet, anadangəlmə resesiv karlıq
C) Dəri xəstəlikləri
D) Qaraciyərin serrozu
İnsanların neçə faizində qan mənfi rezuslu ( RH ) olur?
A) 25% - də
B) 30% - də
C) 20% - də
D) 15% - də
Genetikada insanın xromosomlarını öyrənməyə əsaslanan metod necə adlanır?
A) Genealoji
B) Əkizlik
C) Sitogenetik
D) Hibridoloji
Aşağıdakılardan hansı sitoplazmatik irsiyyəti müəyyən edir?
A) Nüvənin iki qız hüceyrəyə bölünməsi
B) Mitoxondri və xloroplastlarla ötürülmə
C) Holci aparatı ilə əlamətlərin ötürülməsi
D) Mitoxondri və ribosomla ötürülməsi
Homoloji xromosomların eyni sahəsində yerləşən gen cütünün bir neçə formasının yaranması nə adlanır?
A) Çoxcəhətlilik
B) Polimeriya
C) Genlərin çoxcəhətli təsiri
D) Çoxallellilik
Atanın qan qrupu I ( Jº - J° ) ananın qan qrupu IV ( J(A) J(B) ) olduqda uşaqlarda hansı qan qrupu olar?
A) II və IV
B) I və II
C) I və III
D) II və III
Bütün qan qruplarına malik uşaqların doğulduğu ailədə valideynlərin genotipi necə olar?
A) P - –> J° – Jº x J(A) J(A)
B) P - –> J(A) J(A)x J(B) J(B)
C) P - –>J(B) J(B) x Jº x Jº
D) P - –>J(A) Jº x J(B) Jº
Bir genin digərinin təsirini zəiflətməsi necə adlanır?
A) Krossenqover
B) Polimeriya
C) Komplementarlıq
D) Epistas
Bir əlamətin inkişafını eyni fenotip yaradan bir neçə genin tənzimləməsi necə adlanır?
A) Mutasiya
B) Komplementarlıq
C) Epistas
D) Polimeriya
Bir genin bir neçə əlamətin inkişafına və yaranmasına təsiri hansı bitkidə müşahidə olunur?
A) Akvilegiya bitkisində
B) Zəncirotunda
C) Gecəçiçəyində
D) Noxudda
Hansı genotip eyni allel təyin edin:
A) BB
B) Aa
C) Bb
D) Ee
Hansı genotip müxtəlif allel genləri saxlayır?
A) CC
B) aa
C) Bb
D) Cc
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top