Tapılan ümumi test sayı : 130

Mutasiya anlayışı elmə ilk dəfə kim tərəfindən gətirilmişdir?
A) T. Morqan
B) De – Friz
C) Lui Paster
D) Q. Mendel
Modifikasiya dəyişkənliyi nədir?
A) Yaranan dəyişikliklərin irsən ötürülməsi
B) Orqanizmlərin kəmiyyət və keyfiyyətcə dəyişməsi
C) Mühit şəraitinə uyğunlaşma
D) Eyni genotipə malik orqanizmlərin xarici mühit amillərinin təsirindən müxtəlif fenotiplər əmələ gətirməsi
Müəyyən reaksiya norması hüdudunda əlamətin dəyişməsi hansı dəyişkənlik formasıdır?
A) Nisbətli
B) İrsi
C) Modifikasiya
D) Mutasiya
Modifikasiya dəyişkənliyinin əhəmiyyəti nədir?
A) Əlamətlər keyfiyyətcə dəyişir
B) Əlamətlər çoxalır
C) Əlamətlər irsən keçir
D) Əlamət əvvəlki həddinə qayıdır
Aşağıdakı mülahizələrdən hansı düzgün deyil?
A) Mutasiya istiqamətlənmiş olur
B) Mutasiya ancaq zərərli olur
C) Mutasiya irsən keçir
D) Mutasiyalar qəflətən və sıçrayışla baş verir
Dəyişkənliyin hansı formasında eyni genotipə malik olan fərdlərdə müxtəlif mühit şəraitində fenotipik əlamətlər fərqli ola bilər?
A) Mutasiya
B) Modifikasiya
C) Nisbətli
D) Kombinativ
Genetikada insanın nəsil ağacının öyrənilməsinə əsaslanan metod necə adlanır?
A) Sitogenetik
B) Əkizlik
C) Biokimyəvi
D) Genealoji
İnsan irsiyyətinin öyrənilməsinin çətinliyi nədədir?
A) İnsan üzərində eksperiment aparmaq çətindir
B) İnsan gec çoxalır, az nəsil verir
C) İnsanda xromosomların sayı 46 – dır
D) İnsanda çoxlu irsi xəstəliklər gizli keçir
Genealoji üsulla hansı xəstəliklərin irsən keçməsi müəyyən edilmişdir?
A) Şəkərli diabet, anadangəlmə resesiv karlıq
B) Virus xəstəlikləri
C) Qaraciyərin serrozu
D) Dəri xəstəlikləri
İnsanların neçə faizində qan mənfi rezuslu ( RH ) olur?
A) 15% - də
B) 25% - də
C) 20% - də
D) 30% - də
Genetikada insanın xromosomlarını öyrənməyə əsaslanan metod necə adlanır?
A) Əkizlik
B) Genealoji
C) Hibridoloji
D) Sitogenetik
Aşağıdakılardan hansı sitoplazmatik irsiyyəti müəyyən edir?
A) Holci aparatı ilə əlamətlərin ötürülməsi
B) Mitoxondri və ribosomla ötürülməsi
C) Nüvənin iki qız hüceyrəyə bölünməsi
D) Mitoxondri və xloroplastlarla ötürülmə
Homoloji xromosomların eyni sahəsində yerləşən gen cütünün bir neçə formasının yaranması nə adlanır?
A) Polimeriya
B) Genlərin çoxcəhətli təsiri
C) Çoxcəhətlilik
D) Çoxallellilik
Atanın qan qrupu I ( Jº - J° ) ananın qan qrupu IV ( J(A) J(B) ) olduqda uşaqlarda hansı qan qrupu olar?
A) II və IV
B) I və III
C) I və II
D) II və III
Bütün qan qruplarına malik uşaqların doğulduğu ailədə valideynlərin genotipi necə olar?
A) P - –>J(A) Jº x J(B) Jº
B) P - –> J(A) J(A)x J(B) J(B)
C) P - –> J° – Jº x J(A) J(A)
D) P - –>J(B) J(B) x Jº x Jº
Bir genin digərinin təsirini zəiflətməsi necə adlanır?
A) Krossenqover
B) Komplementarlıq
C) Polimeriya
D) Epistas
Bir əlamətin inkişafını eyni fenotip yaradan bir neçə genin tənzimləməsi necə adlanır?
A) Epistas
B) Komplementarlıq
C) Polimeriya
D) Mutasiya
Bir genin bir neçə əlamətin inkişafına və yaranmasına təsiri hansı bitkidə müşahidə olunur?
A) Gecəçiçəyində
B) Zəncirotunda
C) Akvilegiya bitkisində
D) Noxudda
Hansı genotip eyni allel təyin edin:
A) Bb
B) BB
C) Ee
D) Aa
Hansı genotip müxtəlif allel genləri saxlayır?
A) Cc
B) aa
C) Bb
D) CC
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top