Tapılan ümumi test sayı : 130

Aşağıdakı sıraların hansında mitoz bölünmə mərhələlərinin ardıcıl düzgün sırası göstərilib?
A) Profaza – metafaza – telofaza – anafaza
B) Profaza – anafaza – metafaza – telofaza
C) Profaza – telofaza – metafaza – anafaza
D) Profaza – metafaza – anafaza – telofaza
Mitoz bölünmənin hansı mərhələsində xromosomlar cüt ekvator boyunca düzülmüş olur?
A) Anafaza
B) Metafaza
C) İnterfaza
D) Profaza
Hər hüceyrədə olan iki sentriol hüceyrənin əks qütblərinə çəkilir və onlar arasında bölünmə vətəri əməli gəlir, qılaf həll olur və xromosomlar sərbəst olaraq sitoplazmada yerləşir, nüvəcik itir. Bu proses mitozun hansı mərhələsində baş verir?
A) İnterfaza
B) Metafaza
C) Anafaza
D) Profaza
Mitoz prosesi nə qədər müddətə başa çatır?
A) 1 – 2 saata
B) 4 – 5 saata
C) 2 – 3 saata
D) 3 – 4 saata
Mitozun telofazasında hansı proseslər baş verir?
A) Sitoplazma bölünür və nəticədə iki qız hüceyrə bir – birindən ayrılır
B) Xromosomlar cüt – cüt ekvator xətti boyunca düzülür
C) Sentriollar hüceyrənin əks qütblərinə çəkilir.
D) Xromatidlər hüceyrənin qütblərinə çəkilir
DNT molekuluna hansı monosaxarid daxildir?
A) Qlükoza
B) Dezoksiriboza
C) Tetraza
D) Trioza
DNT – nin ikiləşməsi prosesi nə ilə başlayır?
A) DNT – nin quruluşu pozulur
B) ATF sintez olur
C) DNT – nin 2 zəncirli molekulunda hidrogen rabitələri qırılır
D) RNT və zülallar əmələ gəlir
Hansı orqanın daxili membranları arasında RNT, DNT və ribosomlar yerləşir?
A) Hüceyrə mərkəzində
B) Xloroplastlarda
C) Holci aparatında
D) Lizasomlarda
Hüceyrələrin bölünməyə hazırlıq mərhələsi yəni interfaza nə qədər davam edir?
A) 18 – 20 saat
B) 10 – 20 saat
C) 20 – 25 saat
D) 15 – 20 saat
İnterfaza hansı mərhələlərə bölünür?
A) Presintetik və sintetik
B) Sintetik və postsintetik
C) Postsintetik, sintetik və presintetik
D) Presintetik , sintetik və postsintetik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top