Tapılan ümumi test sayı : 130

Allel genlərin meyoz zamanı müxtəlif qametlərə düşməsini nə ilə izah etmək olar ?
A) Allel genlərin homoloji, cüt xromosomlarda yerləşməsi ilə
B) Qeyri – allel genlərin homoloji xromosomlarda yerləşməsi ilə
C) Allel genlərin qeyri – homoloji xromosomlarda yerləşməsi ilə
D) Allel genlərin homoloji xromosomlardan birində yerləşməsi ilə
Müxtəlif allel genləri saxlayan orqanizmin genotipi necə adlanır?
A) Ressesiv
B) Heteroziqot
C) Homoziqot
D) Dominant
Eyni allel genləri saxlayan orqanozmin genotipi necə adlanır?
A) Heteroziqot
B) Ressesiv
C) Dominant
D) Homoziqot
Aa genotipli fərd neçə sort qamet əmələ gətirə bilər?
A) 4
B) 1
C) 2
D) 3
BB genotipli fərd neçə sort qamet əmələ gətirə bilər?
A) 1
B) 3
C) 4
D) 2
Orqanizmlərin valideyinlərindən aldığı bütün genlərin cəmi necə adlanır?
A) Allel
B) Genotip
C) Genefond
D) Fenotip
Orqanizmin xarici və daxili əlamətlərinin cəmi necə adlanır?
A) Kariotip
B) Genofond
C) Fenotip
D) Genotip
Monohibrid çarpazlaşmanın F2 nəslində hansı nisbətdə fərdlər yaranır?
A) ¾ dominant, ¼ ressesiv
B) 2/4 dominant, 2/4 ressesiv
C) ¾ dominant , 2/4 ressesiv
D) ¼ dominant, 3/4 ressesiv
Parçalanma 3:1 nisbətində olarsa onda valideyinlərin genotipi necə olar ?
A) AA x aa
B) AA x Aa
C) aa x aa
D) Aa x Aa
Aa və Aa genotipinə malik fərdlərin çarpazlaşması zamanı hansı fenotip nisbətini gözləmək olar ?
A) 1 :2
B) 3 :1
C) 3 :2
D) 1 :1
Genetikanın əsasını qoyan və ilk dəfə irsiyyətin əsas qanunauyğunluqlarını hansı alim öyrənmişdir?
A) A. Q. Navaşin
B) T. Q. Morqan
C) Q. İ. Mendel
D) N. İ. Vavilov
Orqanizmlərin öz quruluş və inkişaf xüsusiyyətlərini qoruyub saxlamaq, yeni nəsilə ötürə bilmək necə adlanır?
A) Filogenez
B) İrsiyyət
C) Dəyişkənlik
D) Ontogenez
Bütün orqanizmlərin yeni əlamətlər qazanmaq kimi ümumi xassəsi necə adlanır?
A) Çoxalma
B) Dəyişkənlik
C) İrsiyyət
D) İnkişaf
Q. Mendel öz təcrübələrini hansı bitki üzərində aparmışdı?
A) Soya
B) Yerfındığı
C) Noxud
D) Lobya
Q. Mendel öz təcrübələrini nə üçün noxud bitkisi üzərində aparmışdı?
A) Öz – özünə tozlandığı üçün
B) Çarpaz tozlandığı üçün
C) Süni yolla çarpazlaşdığı üçün
D) Küləklə tozlandığı üçün
Aşağıdakılardan hansı ontogenezin mərhələləridir?
A) Qastrula, nevrula
B) Embrional, postembrional
C) Parçalanma, blastula
D) Blastula, qastrula
Ontogenez nədir?
A) Orqanizmlərin inkişaf tarixi
B) Orqanizmin mayalanmış yumurta hüceyrəsindən ölənə qədər olan fərdi inkişaf dövrü
C) Orqanizmin postembrional inkişaf dövrü
D) Orqanizmin embrional inkişaf dövrü
Çoxhüceyrəli heyvanların embrional inkişafı prosesində əmələ gələn ikinci rüşeym qatı nədir?
A) Ektoderma
B) Endoderma
C) Xorda
D) Mezoderma
Çoxhüceyrəli heyvanların embrional inkişaf prosesində əmələ gələn kürəşəkilli birqatlı qovuq necə adlanır?
A) Neyrula
B) Blastomer
C) Blastula
D) Qastrula
Əksər onurğasız heyvanların rüşeymində yoxdur?
A) Entoderma
B) Ektoderma
C) Xorda
D) Mezoderma
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top