Tapılan ümumi test sayı : 130

Əhliləşdirmənin aparıcı amili nədir?
A) Süni seçmə
B) Təbii seçmə
C) Mühit amilləri
D) Çarpazlaşdırma
Mədəni bitkilərin müxtəlifliyi və coğrafi yayılmasını kim öyrənmişdir?
A) T.Q. Morqan
B) Q. Mendel
C) N.İ. Vavilov
D) Q. Hardi və V. Vayenberq
Kələmin vətəni haradır?
A) Cənubi Amerika
B) Aralıq dənizi sahilləri
C) Şərqi – Afrika
D) Həbəşistan
Kartofun vətəni haradır?
A) Mərkəzi Amerika
B) Şərqi Asiya
C) Cənubi Amerika
D) Həbəşistan
N. İ. Vavilov homoloji sıralar qanununu hansı canlılar üzərində müəyyən etmişdir?
A) Çiçəkli bitkilər
B) İnsanlar
C) Taxıl bitkiləri
D) Heyvanlar
Hardi – Vayenberq qanunu nə vaxt özünü doğrulda bilmir?
A) Yeni mutasiyalar baş verərsə, başqa genotipli miqrasiya baş verərsə
B) Populyasiya böyük olduqda, yeni mutasiyalar yarandıqda və miqrasiya baş verdikdə
C) Populyasiya böyük olmadıqda, yeni mutasiyalar yarandıqda, başqa növlərlə genotipli miqrasiya baş verərsə
D) Yeni mutasiyaların yaranması, populyasiya böyük olmadıqda
Sərbəst çarpazlaşma zamanı genlərin nisbi tezliyi nəsildən – nəslə keçdikcə dəyişmir. Bu nə qanunudur?
A) Morqanın ilişikli irsiyyət qanunu
B) Mendelin I qanunu
C) Hardi – Vayenberq qanunu
D) Vavilovun homoloji sıralar qanunu
Alellər və genotiplər arasındakı riyazi asılılığı ilk dəfə kim kəşf etmişdir?
A) Vavilov
B) O. Hardi və V. Vayenberq
C) T. Q. Morqan
D) Q. Mendel
Genofond nədir?
A) Xromosomların cəmi
B) Bütün genlərin cəmi
C) Dəyişməyən genlərin cəmi
D) Dəyişən genlərin cəmi
Dominant genin rastgəlmə tezliyi ilə resessiv genin rastgəlmə tezliyinin cəmi nəyə bərabərdir?
A) 0,01
B) 0.02
C) 1
D) 0,99
Xromosom quruluşunda baş verən və işıq mikroskopu altında müşahidə edilən mutasiyalar hansıdır?
A) Gen
B) Xromosom
C) Haploid
D) Poliploid
Dəyişkənliyin hansı formasında eyni genotipə malik olan fərdlərdə müxtəlif mühit şəraitində genotipik əlamətlər fərqli ola bilər?
A) Kombinativ
B) İrsi
C) Nisbətli
D) Modifikasiya
Hansı mutasiya DNT molekulunda nukleotidlərin ardıcıllığının dəyişməsinə səbəb olur?
A) Poliploid
B) Gen
C) Genom
D) Hamısı
Hansı mutasiyalar irsən nəslə keçmir?
A) Samotik
B) Xromosom
C) Genom
D) Gen
Letal mutasiyalar nədir?
A) Genom mutasiyalar
B) Hetereziqot vəziyyətdə olan mutasiyalar
C) Samotik mutasiyalar
D) Homoziqot vəziyyətdə olan öldürücü mutasiyalar
Hansı mülahizə düz deyil?
A) Modifikasiya dəyişkənliyi genlərin dəyişməsi ilə əlaqədar olmur
B) Modifikasiya dəyişkənliyi genlərin dəyişməsinə səbəb olur
C) Modifikasiya dəyişkənliyi genlərə güclü təsir edə bilir
D) Modifikasiya dəyişkənliyi nəsilə ötürülmür
Variasiya sırasını nəyə əsasən qurmaq olar?
A) Ölçü ilə bitən əlamətlərə görə
B) Keyfiyyətə görə
C) Seçilən əlamətlərə görə
D) Fenotip dəyişkənliyə görə
Hansı əlamətlər daha çox dəyişir?
A) Reaksiya norması orta olanlar
B) Reaksiya norması geniş olanlar
C) Reaksiya norması olmayanlar
D) Reaksiya norması məhdud olanlar
Variasiyanın yaranmasına səbəb nədir?
A) Daxili amillər
B) Xarici mühit amilləri
C) Daxili və xarici amillər
D) Genotiplərin çoxluğu
Nə üçün variasiya sırasında orta variantlara tez – tez rast gəlinir?
A) Orta variantlarda rastgəlmə tezliyi azdır
B) Orta variantlarda rastgəlmə tezliyi çoxdur
C) Orta variantlarda əlamətlər çoxdur
D) Orta variantlarda əlamətlər məhduddur
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top