Tapılan ümumi test sayı : 130

Mikroorqanizmlərdən xalq təsərrüfatının hansı sahəsində istifadə olunmur?
A) Yemçilik, yeyinti sənayesi
B) Tikinti materiallarının hazırlanmasında
C) Çörəkbişirmə, şərabçılıq
D) Süd məhsullarının hazırlanması
Aşağıda istifadə olunan metodlardan hansı seleksiyada müasir metod sayılmır?
A) Xromosom mühəndisliyi
B) Biotexnologiya
C) Gen mühəndisliyi
D) Hüceyrə mühəndisliyi
Biotexnologiyada hansı mikroorqanizmlərdən istifadə edilir?
A) Parazit göbələklərdən
B) Maya göbələklərdən
C) Bakteriyalardan
D) Papaqlı göbələklər
Hansı mülahizə düzgün deyil?
A) Hüceyrə mühəndisliyində müxtəlif bitki hüceyrələrindən regenerasiya yolu ilə tam orqanizm əmələ gəlir
B) Gen mühəndisliyi bir orqanizmdə olan genin digərinə köçürülməsidir
C) Hüceyrə mühəndisliyi hüceyrə səviyyəsində gedən müasir seleksiya metodudur
D) Gen mühəndisliyi xromosomların dəyişdirilməsinə əsaslanır
Bir orqanizmdəki müəyyən genin digərinə köçürülməsi prosesi nə adlanır?
A) Xromosom mühəndisliyi
B) Gen mühəndisliyi
C) Hüceyrə mühəndisliyi
D) Biotexnologiya
Miçurin müxtəlif növ və cinslərin çarpazlaşdırılmasını tətbiq edərək hansı hibridləri almışdır?
A) Slavyanka alma sortu
B) Belfler – Kitayka alma sortu
C) Böyürtkənlə moruğun hibridi
D) Qış Beressi armud sortu
Mentor üsulu hansı orqanizmlərdə aparılır?
A) Heyvanlarda
B) Göbələklərdə
C) Bitkilərdə
D) Mikroorqanizmlərdə
Miçurin ilk dəfə hansı qanunauyğunluğu müəyyən etmişdir?
A) Uzaq hibridləşməni
B) Dominantlığın idarə edilməsini
C) Daxili və xarici mühit amillərinin təsirini
D) Poliploidlik xüsusiyyətini
Miçurin hansı metodla gavalı və göyəmin hibridlərini almışdır?
A) Dominantlığı idarə etməklə
B) Uzaq hibridləşdirmə ilə
C) Seçmə ilə
D) Mentor üsulu ilə
Azərbaycanda məhsuldar buğda sortlarının yaradılmasında hansı alimlərin böyük əməyi olmuşdur?
A) F. Məlikov
B) İ. Mustafayev
C) A. Qarayev
D) İ. Mustafayev və C. Əliyev
Təkamülün hərəkətverici qüvvələrinə aid deyil?
A) Təbii seçmə
B) Qeyri – irsi dəyişkənlik
C) Yaşamaq uğrunda mübarizə
D) İrsi dəyişkənlik
Aşağıdakılardan hansı təkamülün hərəkətverici qüvvələrinə aiddir?
A) Modifikasiya dəyişkənliyi
B) Yaşamaq uğrunda mübarizə
C) Qeyri – irsi dəyişkənlik
D) Orqanizmlərin nisbi uyğunlaşması
Təkamülün nəticələrindən biridir?
A) Canlı varlıqların quruluşunun mürəkkəbləşməsi
B) Populyasiya dalğaları
C) Yaşamaq uğrunda mübarizə
D) İrsi dəyişkənlik
Fərdlərin bir populyasiyada birləşməsinə səbəb nədir?
A) Sərbəst çarpazlaşma
B) Eyni yaş həddi
C) Ümumi qidalanma
D) Yırtıcı həyat tərzi
Yaşamaq uğrunda mübarizənin hansı növü kəskin gedir?
A) Növlərarası mübarizə
B) Növdaxili mübarizə
C) Növarası və növdaxili mübarizə
D) Əlverişsiz mühitlə mübarizə
Fərdi seçmə ən çox hansı bitkilərin seleksiyasında aparılır?
A) Həşəratla tozlanan bitkilər
B) Küləklə tozlanan bitkilər
C) Həşərat və küləklə tozlanan bitkilər
D) Öz – özünə tozlanan bitkilər
Heyvanların seleksiyasına aid olan sıra hansıdır?
A) Eksteryerə görə valideyn cütlərinin seçilməsi
B) Uzaq hibridləşdirmə
C) Xətlərarası hibridləşdirmə
D) Mənşə mərkəzlərinə görə valideyn cütlərinin seçilməsi
Ancaq bitkilərin seleksiyasında tətbiq olunur:
A) Uzaq hibridləşdirmə
B) Hibridlərin alınması
C) Homoziqot xətlərin alınması
D) Mentor üsulu
Həm bitki, həm də heyvan seleksiyası üçün tətbiq olunur:
A) Mentor üsulu
B) Vegetativ çoxalma
C) Xətlərarası hibridləşdirmə
D) Sortlararası hibridləşdirmə
Bitkilərin seleksiyasında tətbiq olunmur:
A) Törədicilərin nəslə görə təyini
B) Kütləvi seçmə
C) Uzaq hibridləşmə
D) Fərdi seçmə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top