Tapılan ümumi test sayı : 130

Əhliləşdirmənin aparıcı amili nədir?
A) Çarpazlaşdırma
B) Təbii seçmə
C) Mühit amilləri
D) Süni seçmə
Mədəni bitkilərin müxtəlifliyi və coğrafi yayılmasını kim öyrənmişdir?
A) Q. Mendel
B) Q. Hardi və V. Vayenberq
C) T.Q. Morqan
D) N.İ. Vavilov
Kələmin vətəni haradır?
A) Aralıq dənizi sahilləri
B) Şərqi – Afrika
C) Həbəşistan
D) Cənubi Amerika
Kartofun vətəni haradır?
A) Cənubi Amerika
B) Şərqi Asiya
C) Həbəşistan
D) Mərkəzi Amerika
N. İ. Vavilov homoloji sıralar qanununu hansı canlılar üzərində müəyyən etmişdir?
A) Heyvanlar
B) Taxıl bitkiləri
C) İnsanlar
D) Çiçəkli bitkilər
Hardi – Vayenberq qanunu nə vaxt özünü doğrulda bilmir?
A) Yeni mutasiyaların yaranması, populyasiya böyük olmadıqda
B) Populyasiya böyük olmadıqda, yeni mutasiyalar yarandıqda, başqa növlərlə genotipli miqrasiya baş verərsə
C) Populyasiya böyük olduqda, yeni mutasiyalar yarandıqda və miqrasiya baş verdikdə
D) Yeni mutasiyalar baş verərsə, başqa genotipli miqrasiya baş verərsə
Sərbəst çarpazlaşma zamanı genlərin nisbi tezliyi nəsildən – nəslə keçdikcə dəyişmir. Bu nə qanunudur?
A) Morqanın ilişikli irsiyyət qanunu
B) Mendelin I qanunu
C) Hardi – Vayenberq qanunu
D) Vavilovun homoloji sıralar qanunu
Alellər və genotiplər arasındakı riyazi asılılığı ilk dəfə kim kəşf etmişdir?
A) Q. Mendel
B) Vavilov
C) T. Q. Morqan
D) O. Hardi və V. Vayenberq
Genofond nədir?
A) Dəyişməyən genlərin cəmi
B) Dəyişən genlərin cəmi
C) Bütün genlərin cəmi
D) Xromosomların cəmi
Dominant genin rastgəlmə tezliyi ilə resessiv genin rastgəlmə tezliyinin cəmi nəyə bərabərdir?
A) 1
B) 0,01
C) 0,99
D) 0.02
Xromosom quruluşunda baş verən və işıq mikroskopu altında müşahidə edilən mutasiyalar hansıdır?
A) Haploid
B) Xromosom
C) Poliploid
D) Gen
Dəyişkənliyin hansı formasında eyni genotipə malik olan fərdlərdə müxtəlif mühit şəraitində genotipik əlamətlər fərqli ola bilər?
A) Kombinativ
B) Nisbətli
C) İrsi
D) Modifikasiya
Hansı mutasiya DNT molekulunda nukleotidlərin ardıcıllığının dəyişməsinə səbəb olur?
A) Poliploid
B) Genom
C) Hamısı
D) Gen
Hansı mutasiyalar irsən nəslə keçmir?
A) Genom
B) Gen
C) Xromosom
D) Samotik
Letal mutasiyalar nədir?
A) Hetereziqot vəziyyətdə olan mutasiyalar
B) Genom mutasiyalar
C) Samotik mutasiyalar
D) Homoziqot vəziyyətdə olan öldürücü mutasiyalar
Hansı mülahizə düz deyil?
A) Modifikasiya dəyişkənliyi genlərin dəyişməsi ilə əlaqədar olmur
B) Modifikasiya dəyişkənliyi genlərə güclü təsir edə bilir
C) Modifikasiya dəyişkənliyi nəsilə ötürülmür
D) Modifikasiya dəyişkənliyi genlərin dəyişməsinə səbəb olur
Variasiya sırasını nəyə əsasən qurmaq olar?
A) Seçilən əlamətlərə görə
B) Fenotip dəyişkənliyə görə
C) Keyfiyyətə görə
D) Ölçü ilə bitən əlamətlərə görə
Hansı əlamətlər daha çox dəyişir?
A) Reaksiya norması orta olanlar
B) Reaksiya norması olmayanlar
C) Reaksiya norması geniş olanlar
D) Reaksiya norması məhdud olanlar
Variasiyanın yaranmasına səbəb nədir?
A) Daxili amillər
B) Xarici mühit amilləri
C) Genotiplərin çoxluğu
D) Daxili və xarici amillər
Nə üçün variasiya sırasında orta variantlara tez – tez rast gəlinir?
A) Orta variantlarda rastgəlmə tezliyi azdır
B) Orta variantlarda əlamətlər çoxdur
C) Orta variantlarda əlamətlər məhduddur
D) Orta variantlarda rastgəlmə tezliyi çoxdur
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top