Tapılan ümumi test sayı : 130

Allel genlərin meyoz zamanı müxtəlif qametlərə düşməsini nə ilə izah etmək olar ?
A) Allel genlərin qeyri – homoloji xromosomlarda yerləşməsi ilə
B) Allel genlərin homoloji xromosomlardan birində yerləşməsi ilə
C) Allel genlərin homoloji, cüt xromosomlarda yerləşməsi ilə
D) Qeyri – allel genlərin homoloji xromosomlarda yerləşməsi ilə
Müxtəlif allel genləri saxlayan orqanizmin genotipi necə adlanır?
A) Heteroziqot
B) Dominant
C) Homoziqot
D) Ressesiv
Eyni allel genləri saxlayan orqanozmin genotipi necə adlanır?
A) Heteroziqot
B) Homoziqot
C) Dominant
D) Ressesiv
Aa genotipli fərd neçə sort qamet əmələ gətirə bilər?
A) 4
B) 1
C) 3
D) 2
BB genotipli fərd neçə sort qamet əmələ gətirə bilər?
A) 1
B) 3
C) 2
D) 4
Orqanizmlərin valideyinlərindən aldığı bütün genlərin cəmi necə adlanır?
A) Fenotip
B) Genotip
C) Genefond
D) Allel
Orqanizmin xarici və daxili əlamətlərinin cəmi necə adlanır?
A) Genofond
B) Fenotip
C) Genotip
D) Kariotip
Monohibrid çarpazlaşmanın F2 nəslində hansı nisbətdə fərdlər yaranır?
A) ¼ dominant, 3/4 ressesiv
B) ¾ dominant , 2/4 ressesiv
C) ¾ dominant, ¼ ressesiv
D) 2/4 dominant, 2/4 ressesiv
Parçalanma 3:1 nisbətində olarsa onda valideyinlərin genotipi necə olar ?
A) aa x aa
B) AA x Aa
C) AA x aa
D) Aa x Aa
Aa və Aa genotipinə malik fərdlərin çarpazlaşması zamanı hansı fenotip nisbətini gözləmək olar ?
A) 1 :2
B) 3 :2
C) 1 :1
D) 3 :1
Genetikanın əsasını qoyan və ilk dəfə irsiyyətin əsas qanunauyğunluqlarını hansı alim öyrənmişdir?
A) Q. İ. Mendel
B) N. İ. Vavilov
C) T. Q. Morqan
D) A. Q. Navaşin
Orqanizmlərin öz quruluş və inkişaf xüsusiyyətlərini qoruyub saxlamaq, yeni nəsilə ötürə bilmək necə adlanır?
A) Ontogenez
B) Filogenez
C) İrsiyyət
D) Dəyişkənlik
Bütün orqanizmlərin yeni əlamətlər qazanmaq kimi ümumi xassəsi necə adlanır?
A) Çoxalma
B) İrsiyyət
C) İnkişaf
D) Dəyişkənlik
Q. Mendel öz təcrübələrini hansı bitki üzərində aparmışdı?
A) Yerfındığı
B) Noxud
C) Soya
D) Lobya
Q. Mendel öz təcrübələrini nə üçün noxud bitkisi üzərində aparmışdı?
A) Küləklə tozlandığı üçün
B) Çarpaz tozlandığı üçün
C) Süni yolla çarpazlaşdığı üçün
D) Öz – özünə tozlandığı üçün
Aşağıdakılardan hansı ontogenezin mərhələləridir?
A) Blastula, qastrula
B) Parçalanma, blastula
C) Embrional, postembrional
D) Qastrula, nevrula
Ontogenez nədir?
A) Orqanizmin postembrional inkişaf dövrü
B) Orqanizmin embrional inkişaf dövrü
C) Orqanizmlərin inkişaf tarixi
D) Orqanizmin mayalanmış yumurta hüceyrəsindən ölənə qədər olan fərdi inkişaf dövrü
Çoxhüceyrəli heyvanların embrional inkişafı prosesində əmələ gələn ikinci rüşeym qatı nədir?
A) Mezoderma
B) Endoderma
C) Ektoderma
D) Xorda
Çoxhüceyrəli heyvanların embrional inkişaf prosesində əmələ gələn kürəşəkilli birqatlı qovuq necə adlanır?
A) Blastomer
B) Qastrula
C) Blastula
D) Neyrula
Əksər onurğasız heyvanların rüşeymində yoxdur?
A) Ektoderma
B) Entoderma
C) Mezoderma
D) Xorda
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top