Tapılan ümumi test sayı : 130

Allel genlərin meyoz zamanı müxtəlif qametlərə düşməsini nə ilə izah etmək olar ?
A) Allel genlərin qeyri – homoloji xromosomlarda yerləşməsi ilə
B) Qeyri – allel genlərin homoloji xromosomlarda yerləşməsi ilə
C) Allel genlərin homoloji xromosomlardan birində yerləşməsi ilə
D) Allel genlərin homoloji, cüt xromosomlarda yerləşməsi ilə
Müxtəlif allel genləri saxlayan orqanizmin genotipi necə adlanır?
A) Homoziqot
B) Ressesiv
C) Heteroziqot
D) Dominant
Eyni allel genləri saxlayan orqanozmin genotipi necə adlanır?
A) Heteroziqot
B) Homoziqot
C) Ressesiv
D) Dominant
Aa genotipli fərd neçə sort qamet əmələ gətirə bilər?
A) 1
B) 2
C) 3
D) 4
BB genotipli fərd neçə sort qamet əmələ gətirə bilər?
A) 4
B) 1
C) 2
D) 3
Orqanizmlərin valideyinlərindən aldığı bütün genlərin cəmi necə adlanır?
A) Fenotip
B) Genefond
C) Allel
D) Genotip
Orqanizmin xarici və daxili əlamətlərinin cəmi necə adlanır?
A) Genotip
B) Fenotip
C) Kariotip
D) Genofond
Monohibrid çarpazlaşmanın F2 nəslində hansı nisbətdə fərdlər yaranır?
A) ¾ dominant, ¼ ressesiv
B) ¾ dominant , 2/4 ressesiv
C) 2/4 dominant, 2/4 ressesiv
D) ¼ dominant, 3/4 ressesiv
Parçalanma 3:1 nisbətində olarsa onda valideyinlərin genotipi necə olar ?
A) AA x Aa
B) AA x aa
C) Aa x Aa
D) aa x aa
Aa və Aa genotipinə malik fərdlərin çarpazlaşması zamanı hansı fenotip nisbətini gözləmək olar ?
A) 1 :2
B) 3 :2
C) 1 :1
D) 3 :1
Genetikanın əsasını qoyan və ilk dəfə irsiyyətin əsas qanunauyğunluqlarını hansı alim öyrənmişdir?
A) A. Q. Navaşin
B) N. İ. Vavilov
C) Q. İ. Mendel
D) T. Q. Morqan
Orqanizmlərin öz quruluş və inkişaf xüsusiyyətlərini qoruyub saxlamaq, yeni nəsilə ötürə bilmək necə adlanır?
A) İrsiyyət
B) Filogenez
C) Dəyişkənlik
D) Ontogenez
Bütün orqanizmlərin yeni əlamətlər qazanmaq kimi ümumi xassəsi necə adlanır?
A) Çoxalma
B) İrsiyyət
C) İnkişaf
D) Dəyişkənlik
Q. Mendel öz təcrübələrini hansı bitki üzərində aparmışdı?
A) Yerfındığı
B) Noxud
C) Lobya
D) Soya
Q. Mendel öz təcrübələrini nə üçün noxud bitkisi üzərində aparmışdı?
A) Küləklə tozlandığı üçün
B) Süni yolla çarpazlaşdığı üçün
C) Çarpaz tozlandığı üçün
D) Öz – özünə tozlandığı üçün
Aşağıdakılardan hansı ontogenezin mərhələləridir?
A) Parçalanma, blastula
B) Embrional, postembrional
C) Qastrula, nevrula
D) Blastula, qastrula
Ontogenez nədir?
A) Orqanizmin mayalanmış yumurta hüceyrəsindən ölənə qədər olan fərdi inkişaf dövrü
B) Orqanizmin postembrional inkişaf dövrü
C) Orqanizmlərin inkişaf tarixi
D) Orqanizmin embrional inkişaf dövrü
Çoxhüceyrəli heyvanların embrional inkişafı prosesində əmələ gələn ikinci rüşeym qatı nədir?
A) Ektoderma
B) Mezoderma
C) Endoderma
D) Xorda
Çoxhüceyrəli heyvanların embrional inkişaf prosesində əmələ gələn kürəşəkilli birqatlı qovuq necə adlanır?
A) Qastrula
B) Blastula
C) Blastomer
D) Neyrula
Əksər onurğasız heyvanların rüşeymində yoxdur?
A) Entoderma
B) Ektoderma
C) Mezoderma
D) Xorda
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top