Tapılan ümumi test sayı : 130

Mikroorqanizmlərdən xalq təsərrüfatının hansı sahəsində istifadə olunmur?
A) Tikinti materiallarının hazırlanmasında
B) Yemçilik, yeyinti sənayesi
C) Süd məhsullarının hazırlanması
D) Çörəkbişirmə, şərabçılıq
Aşağıda istifadə olunan metodlardan hansı seleksiyada müasir metod sayılmır?
A) Hüceyrə mühəndisliyi
B) Xromosom mühəndisliyi
C) Gen mühəndisliyi
D) Biotexnologiya
Biotexnologiyada hansı mikroorqanizmlərdən istifadə edilir?
A) Bakteriyalardan
B) Parazit göbələklərdən
C) Maya göbələklərdən
D) Papaqlı göbələklər
Hansı mülahizə düzgün deyil?
A) Gen mühəndisliyi bir orqanizmdə olan genin digərinə köçürülməsidir
B) Gen mühəndisliyi xromosomların dəyişdirilməsinə əsaslanır
C) Hüceyrə mühəndisliyində müxtəlif bitki hüceyrələrindən regenerasiya yolu ilə tam orqanizm əmələ gəlir
D) Hüceyrə mühəndisliyi hüceyrə səviyyəsində gedən müasir seleksiya metodudur
Bir orqanizmdəki müəyyən genin digərinə köçürülməsi prosesi nə adlanır?
A) Hüceyrə mühəndisliyi
B) Gen mühəndisliyi
C) Biotexnologiya
D) Xromosom mühəndisliyi
Miçurin müxtəlif növ və cinslərin çarpazlaşdırılmasını tətbiq edərək hansı hibridləri almışdır?
A) Belfler – Kitayka alma sortu
B) Böyürtkənlə moruğun hibridi
C) Slavyanka alma sortu
D) Qış Beressi armud sortu
Mentor üsulu hansı orqanizmlərdə aparılır?
A) Mikroorqanizmlərdə
B) Göbələklərdə
C) Bitkilərdə
D) Heyvanlarda
Miçurin ilk dəfə hansı qanunauyğunluğu müəyyən etmişdir?
A) Dominantlığın idarə edilməsini
B) Uzaq hibridləşməni
C) Poliploidlik xüsusiyyətini
D) Daxili və xarici mühit amillərinin təsirini
Miçurin hansı metodla gavalı və göyəmin hibridlərini almışdır?
A) Dominantlığı idarə etməklə
B) Seçmə ilə
C) Mentor üsulu ilə
D) Uzaq hibridləşdirmə ilə
Azərbaycanda məhsuldar buğda sortlarının yaradılmasında hansı alimlərin böyük əməyi olmuşdur?
A) A. Qarayev
B) F. Məlikov
C) İ. Mustafayev və C. Əliyev
D) İ. Mustafayev
Təkamülün hərəkətverici qüvvələrinə aid deyil?
A) İrsi dəyişkənlik
B) Yaşamaq uğrunda mübarizə
C) Qeyri – irsi dəyişkənlik
D) Təbii seçmə
Aşağıdakılardan hansı təkamülün hərəkətverici qüvvələrinə aiddir?
A) Orqanizmlərin nisbi uyğunlaşması
B) Qeyri – irsi dəyişkənlik
C) Yaşamaq uğrunda mübarizə
D) Modifikasiya dəyişkənliyi
Təkamülün nəticələrindən biridir?
A) Canlı varlıqların quruluşunun mürəkkəbləşməsi
B) İrsi dəyişkənlik
C) Yaşamaq uğrunda mübarizə
D) Populyasiya dalğaları
Fərdlərin bir populyasiyada birləşməsinə səbəb nədir?
A) Eyni yaş həddi
B) Sərbəst çarpazlaşma
C) Yırtıcı həyat tərzi
D) Ümumi qidalanma
Yaşamaq uğrunda mübarizənin hansı növü kəskin gedir?
A) Növarası və növdaxili mübarizə
B) Əlverişsiz mühitlə mübarizə
C) Növdaxili mübarizə
D) Növlərarası mübarizə
Fərdi seçmə ən çox hansı bitkilərin seleksiyasında aparılır?
A) Öz – özünə tozlanan bitkilər
B) Həşərat və küləklə tozlanan bitkilər
C) Həşəratla tozlanan bitkilər
D) Küləklə tozlanan bitkilər
Heyvanların seleksiyasına aid olan sıra hansıdır?
A) Mənşə mərkəzlərinə görə valideyn cütlərinin seçilməsi
B) Xətlərarası hibridləşdirmə
C) Eksteryerə görə valideyn cütlərinin seçilməsi
D) Uzaq hibridləşdirmə
Ancaq bitkilərin seleksiyasında tətbiq olunur:
A) Hibridlərin alınması
B) Uzaq hibridləşdirmə
C) Mentor üsulu
D) Homoziqot xətlərin alınması
Həm bitki, həm də heyvan seleksiyası üçün tətbiq olunur:
A) Mentor üsulu
B) Sortlararası hibridləşdirmə
C) Xətlərarası hibridləşdirmə
D) Vegetativ çoxalma
Bitkilərin seleksiyasında tətbiq olunmur:
A) Fərdi seçmə
B) Kütləvi seçmə
C) Törədicilərin nəslə görə təyini
D) Uzaq hibridləşmə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top