Tapılan ümumi test sayı : 162

Milli xörək adlarından neçəsi sadə, neçəsi düzəltmə, neçəsi mürəkkəbdir? Xəngəl, qovurma, tava kabab, lüləkabab, parça-bozbaş, xaş, kəlləpaça, kükü, küftə-bozbaş, qutab, çığırtma
A) 2 sadə, 3 düzəltmə, 5 mürəkkəb
B) 3 sadə, 2 düzəltmə, 3 mürəkkəb
C) 4 sadə, 2 düzəltmə, 5 mürəkkəb
D) 1 düzəltmə, 4 sadə, 4 mürəkkəb
Fikirlərdən biri səhvdir:
A) Dilimizdə 6 əsas nitq hissəsi var
B) Leksik şəkilçi sözə qoşulduqda həmişə yeni söz yaranır
C) Sifət cümlədə əksər hallarda təyin olur
D) Hər bir nitq hissəsi müəyyən bir suala cavab verir
Məntiqi tapın:
A) fel
B) samit
C) bağlayıcı
D) kök
Ümumişlək olmayan sözü tapın.
A) gəmi
B) dəniz
C) qayıq
D) ilan
E) ofis
Dördündən biri fərqlidir:
A) məğlubiyyət
B) keyfiyyət
C) fəaliyyət
D) məsuliyyət
Hansı cümlədə qoşma işlənib?
A) Tək sən bunu görə bilərsən
B) Tək əldən səs çıxmaz
C) Dediklərinə əsasən mən bunu dedim
D) Qabaq bunlar burada yox idi
Atributivləşmiş söz hansıdır?
A) gümüş qaşıq
B) beş kitab
C) Qoca oturdu
D) cavan oğlan
Morfem nədir?
A) söz
B) sözün mənalı hissəsi
C) tələffüzü fərqlənən hərf
D) məna dəyişən səs
Biri mürəkkəb zərfdir:
A) Qaçaqaç
B) Taybatay
C) Basabas
D) Gəlhagəl
Biri vurğusunu dəyişərək fel ola bilər;
A) əncir
B) nar
C) heyva
D) tut
E) alma
"İmtahan sabah olasıdır". Bu cümlədə xəbər felin təsriflənən formalarından hansı ilə ifadə olunub?
A) vacib şəkli ilə
B) əmr şəkli ilə
C) lazım şəkli ilə
D) arzu şəkli ilə
E) xəbər şəkli ilə
"Kimsə qapını doydu". "Maraqlı bir kitab oxudum". Bu cümlələr sadə cümlənin şəxsə görə növlərindən hansına aiddir?
A) Şəxssiz cümləyə
B) Ümumi şəxsli cümləyə
C) Qeyri-müəyyən şəxsli cümləyə
D) Müəyyən şəxsli cümləyə
Aşiq, bu gün həzinəm,                                                             Qəmlə dolub xəzinəm.                                                                  Mən elə oxlanmadım,                                                                    Bir də duram gəzinəm.                                                               Bayatının hansı misralarında əvəzlik var?
A) III və IV misralarda
B) I və II misralarda
C) yalnız III misrada
D) I və III misralarda
Tapşırığı tamamlayın:                                                 (səhər-hər) (cənnət-cən)=?
A) cəhrə
B) sənət
C) tən
D) hərə
Bayrağımızın rəngləri, təqvimdə bayramların qırmızı rənglə işarə olunması, nişan üzüyü hansı yazı növünə nümunədir?
A) hərfi(fonoqrafik)
B) fikri(ideoqrafik)
C) şəkli(piktoqrafik)
D) əşyəvi
Hansı sözdə iltisaqilik  prinsipi  üç dəfə pozulub?
A) nakişi
B) çiynimizdəki
C) oğlumgil
D) oğlumdakı
Kitabı qələmi dəftəri pozanı bir sözlə çantanı bura gətir cümləsində hanı durğu işarələri buraxılmışdır?
A) 5 vergül
B) 3 vergül, 1 qoşa nöqtə, 1 tire, 1 nöqtə
C) 4 vergül, 1 tire, 1 nöqtə
D) 4 vergül, 1 qoşa nöqtə, 1 nöqtə
Ta...ça, bo...ça, ba...ça. Nöqtələrin yerinə aşağıdakı hərflərdən hansılar yazılmalıdır?
A) x, ğ, ğ
B) x, x, ğ
C) x, x, x
D) ğ, x, x
Sözlərdən biri digərləri ilə eyniköklü deyil:
A) yazlıq
B) yazdırmaq
C) yazılmaq
D) yazışmaq
E) yazıçı
Sadə sifətlərdən hansılar yalnız azaltma dərəcəsində olur?
A) qara, uzun
B) şirin, soyuq
C) kar, etnik
D) ayaqyalın, göy
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top